AzTehsil.com


Xəbərlər / Psixoloq
01 dekabr 2017
4 789


Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...



Könül Vaqifqızı: "Təəssüf ki, məktəb psixoloqu sahəsində ciddi problemlər hələ də qalmaqdadır”


Fatimə Hacıbəyli: "Psixoloqlar imtahan verməli və imtahanların nəticələri uğurlu olduqdan sonra bu sahəyə cəlb edilməlidirlər”

 

Günümüzün, yaşadığımız dövrün tələbləri bir sıra sahələrin uşaqların formalaşmasına müsbət təsir göstərdiyini açıq ortaya qoyur. Son illər uşaqların formalaşması və mənəvi inkişafı məsələsindən danışarkən burada müəllimdən əvvəl psixoloqun rolunu daha çox önə çəkirik. Bu gün, sözün əsl mənasında, peşəkar psixoloq uşaqlarımızın həyatında, onların həyata, cəmiyyətə, təhsilə bağlanmasında, adaptasiya olunmasında danılmaz rol oynaya bilir.


Psixoloqlardan danışarkən "peşəkar” sözü işlətməyimiz heç kəsə qəribə görünməsin. Ona görə ki, öz işini yaxşı bilməyən, uşaq psixikasından, xarakterindən xəbərsiz olan adamların "uşaq psixoloqu” adı ilə meydana çıxması, üstəlik də özlərinə orta ümumtəhsil məktəblərində, eləcə də məktəbə qədər təhsil müəssisələrində yer eləməsi, burada fəaliyyət göstərməsi müxtəlif neqativ halların meydana çıxmasına səbəb olur. Gizlin deyil ki, hazırda orta məktəblərdə, bağçalarda, bir sözlə, uşaq tərbiyəsi, təhsili ilə məşğul olan qurumlarda təsadüfi psixoloqlar nəzərə çarpır. Ən ağrılı yerimiz isə məktəblərdə kök salan savadsız insanlardır ki, onlar özlərinə "məktəb psixoloqu” statusu qazanırlar.

 

Bəlkə də elə bunun nəticəsidir ki, uşaq məktəbə gəldikdən sonra uzun müddət, hətta elə hallar olur ki, 3-4-cü sinfə qədər məktəbə, şagird yoldaşlarına, müəllimlərə öyrəşə bilmir. Onlara "məktəb psixoloqu”nun yardımı da təsirli olmur. Məktəblərdə elə şagirdlər var ki, onlar daim peşəkar məktəb psixoloqunun nəzarətində olmalıdırlar. Amma bəzən uşaqlar psixoloq nəzarətindən kənarda qalır. Doğrudur, məktəb və bağçalarda peşəkar, öz işini bilən, uşaq psixikasını dərindən öyrənən mütəxəssislər də yox deyil. Onlar var, ancaq peşəkar psixoloqların sayı az olduğundan, onlar bütün uşaqlara nəzarət edə bilmirlər. 


Bu gün uşaqların sosiallaşmasında, yəni cəmiyyətə, məktəbə adaptasiya olunmasında bir sıra problemlər var ki, onu ancaq öz işini dərindən bilən pedaqoq-psixoloqlar aradan qaldıra bilər. Söz yox ki, məktəblərin özündə bəzən psixoloq xidməti ödənişli olur. Bu halın da olması məktəbə adaptasiya olunmaqda çətinlik çəkən, yaxud fikir dağınıqlığı, diqqətsizlik problemi olan bir qrup uşağın psixoloqa yaxınlaşmasında əngəl olur. Bu öz yerində, fakt budur ki, yaş qrupundan asılı olmayaraq, bəzi şagirdlərin psixoloqla işləməsində problem yaranıb. Bu da, qeyd etdiyimiz kimi, əsasən bəzi məktəblərdə öz peşəsindən xəbərsiz psixoloqların işləməsi ilə bağlıdır. Öz işini bilməyən adam şagirdə necə yardım göstərə bilər?


Tanınmış psixoloq Könül Vaqifqızı bizimlə söhbətində bildirdi ki, o da fəaliyyəti dövründə tez-tez valideynlərdən məktəb psixoloqları ilə bağlı şikayətlər eşidir. O qeyd etdi ki, məktəb psixoloqları bu sahəyə diplomlarına və sertifikatlarına görə deyil, bilik və təcrübələri, şagirdlərlə işləmək bacarıqları nəzərə alınmaqla götürülməlidir. Onun sözlərinə görə, uşağın sosiallaşması prosesi bağçadan başlamalıdır ki, o, normal şəkildə cəmiyyətə adaptasiya oluna bilsin.

 

"Uşaq şagird olana qədər cəmiyyətə, ətrafa adaptasiya prosesini qismən keçməlidir. Onun gələcəkdə cəmiyyətin fəal bir üzvünə çevrilməsi üçün bu əsas şərtlərdən biridir. Bilirsiniz, sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. Liderlik isə şəxsiyyət kimi formalaşmanın ən yuxarı pilləsi sayılır. Bunu dahi filosof, pedaqoq və psixoloqlar deyib. Bu gün biz təcrübədə bunun əyani şahidi oluruq. Sirr deyil ki, şəxsiyyət kimi formalaşmada bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir amili də mövcuddur. Sosiallaşma üçün, ilk növbədə, mühit - cəmiyyət, insanın buna psixoloji hazırlığı və sosiallaşmaya olan ehtiyac kimi amillər mühüm rol oynayır.

 

Bunu qeyd etdim. Keçək indi də məktəb psixoloqlarının fəaliyyətinə. Əvvəlcədən deyim ki, bu sahədə çalışan peşəkarlar da var və onlar çalışdıqları məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində bu problemlər qismən olur. O da uşağın, valideynin məktəb psixoloqu xidmətindən yayınması ilə bağlıdır. Təəssüf ki, uşaq tərbiyəsində rol oynayan bir sıra sahələrdə olduğu kimi, məktəb psixoloqu sahəsində də ciddi problemlər hələ də qalmaqdadır. Bilirsiniz ki, bu bizdə yeni sahədir.

 

Buna baxmayaraq, bizdə öz işini bilən mütəxəssislər var, onlar çalışırlar, uşaqlara fayda verirlər. Əvvəlki illərdə çətin tərbiyə olunan, psixikasında müəyyən pozuntular olan, müxtəlif xoşagəlməz vərdişlər qazanan uşaqlarla məktəbdə xüsusi pedaqoq işləyirdi. Bu pedaqoqlar o qədər peşəkar idi ki, onlar şagirdi həyata qaytara bilir, cəmiyyətin layiqli vətəndaşına çevirirdilər. Bu gün təkcə psixoloq olmaq kifayət etmir, onlar həm də pedaqoq olmalıdırlar. Bu gün məktəb psixoloqlarının çoxunda pedaqoqluq xüsusiyyətləri yoxdur. Bu da təəssüf doğurur.

 

Şagirdlərlə işləmək xüsusi metodlar tələb edir. Bunun üçün psixoloqdan səbr, təmkin, uşaqlarla dost olmaq, səmimi münasibət qurmaq tələb olunur. Ancaq bəzən biz bunu məktəb psixoloqlarında görə bilmirik. Bu da belələrinin məktəblərə, uşaq bağçalarına təsadüfən gəlib çıxmasının "bəhrəsi”dir. Bəzi psixoloq adı daşıyanlar məktəbə, sadəcə, bir iş yeri, maaş aldığı bir yer kimi yanaşırlar. Bu halda onları şagird maraqlandırmır”- deyən K.Vaqifqızının sözlərinə görə, bu gün şagirdlər arasında aqressiv xarakterə malik olanlar çoxdur.


O hesab edir ki, uşaqlarda aqressiyanı azaltmaq, yüngülləşdirmək üçün mütləq psixoloqlar işlər görməli, yeni metodlardan istifadə etməlidirlər.

K.Vaqifqızı dedi ki, uşaq müəssisələrinə, xüsusən də orta məktəbə işə götürülən psixoloqlar imtahandan, attestasiyadan keçməlidirlər: "Onların işə qəbulu böyük bir prosesdən keçməlidir. Yaxşı olardı ki, məktəbdə, bağçada psixoloq vəzifəsində işləmək istəyənlərdən bir neçə mərhələli imtahan götürülsün. Bunun nəticəsi müsbət olar”.


"Vəfa” İctimai Birliyinin sədri Fatimə Hacıbəylinin fikrincə də məktəb psixoloqları diplomlarına, sertifikatlarına görə deyil, uşaqlarla işləmək bacarıqlarına görə işə götürülməlidirlər:

 

"Təəssüflər olsun ki, orta məktəblərdə ciddi psixoloq probemi yaşanır. Müşahidələr göstərir ki, məktəblərdə təsadüfi adamlar da psixoloq vəzifəsinə təyin olunurlar. Amma peşəkarlar da var. Bəziləri gedib hardansa bir diplom, sertifikat alıb gəlir və təhsil müəssisəsinə işə düzəlir. Öz sahəsini bilməyən adam uşaqlara kor-koranə yanaşır. Hesab edirəm ki, məktəb və bağçalara psixoloq götürülərkən onların öz peşələrinə münasibəti əsas götürülməlidir. Müəllimlə şagird, şagirdlə məktəb, məktəblə valideyn arasında sıx əlaqələrin, sağlam münasibətlərin formalaşmasında psixoloq xüsusi rol oynayır. Amma müşahidəmiz göstərir ki, məktəblərdə münasibətlər üzrə saysız psixoloji boşluqlar var. Bu da psixoloqlarla bağlı məsələdir.

 

Düşünürəm ki, məktəblərdə psixoloji xidmət genişləndirilməli, bu işə peşəkar psixoloqlar cəlb edilməlidirlər. Yaxşı psixoloqların azlığı, yaxud peşəkarların tədrisə cəlb edilməməsi analoji problemə rəvac verir. Mən təklif edərdim ki, psixoloqlar imtahan versin və imtahanların nəticələri uğurlu olduqdan sonra bu sahəyə cəlb edilsinlər. Onlar imtahandan keçib gəlsələr, öz işlərinə daha ürəkdən bağlanarlar”.




Загрузка...
Həmçinin oxuyun:
Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma