Xəbərlər
04 noyabr 2017
6 056


“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Yəqin ki, küçədə, parkda, metro və ya avtobusda uşağının üstünə qışqıran, hətta vuran valideynlərə rast gəlmisiniz. O görüntü heç birimizə xoş təsir bağışlamır. Dərhal da valideyni qınamağa başlayırıq. Fikirləşirik ki, küçədə, camaatın içində belə edirsə, gör, evdə neyniyir?!

 

Bəs, görəsən bu cür şiddətə məruz qalan uşaqların psixologiyasında hansı dəyişikliklər olur? Doğrudanmı şiddətə məruz qalan uşaqlar sonradan daha yaxşı davranış sərgiləyirlər? Ümumiyyətlə, valideynlərinin sözünə qulaq asmayan, çətin tərbiyə olunan uşaqlarla necə davranmaq lazımdır?

 
"Uşaqları belə cəzalandırmaq olmaz”
 
Aztəhsil.com xəbər verir ki, mövzu ilə bağlı ailem.az-a danışan psixoloq Aydan Talıbova deyir ki, bir çox valideynlər çıxış yolunu uşaqları döyməkdə görürlər. Elə bilir şiddət göstərməklə uşaq onların sözünə qulaq asacaq. Halbuki bu, doğru üsul deyil:
 
"Valideyn deyir, uşağı döyəcəm, ona cəzalar verəcəm, şantaj edəcəm ağıllanacaq. Çox hallarda ana uşağı hədələyir ki, gözlə, atan gələndə deyəcəm döysün səni. Bu cür şantaj edərək, uşağı döyməyə, şiddətə meylləndirir. Şiddət dedikdə təkcə fiziki şiddətdən söhbət getmir. Sözlü şiddətdən, daha çox neqativ söyüşlərdən, təhqiramiz ifadələrdən də istifadə edirlər”.
 
Psixoloqun sözlərinə görə, ümumiyyətlə, uşaqları döymək düzgün metodika deyil. Bu, uşaqlarda aqressiyaya gətirib çıxarır:
 
"Uşağı hədələyib qorxutmaq da onların psixologiyasına mənfi təsir edir. Məsələn, uşağa deyirlər ki, səni qoyub gedəcəm, yaxud uşaq evinə verəcəm. Ya da qaranlıqda saxlayacam, gecə qoyacam qapıda qalasan. Bu kimi ifadələr uşaqları daha çox qorxutmağa yönləndirilir. Belə uşaqlarda artıq qorxular yaranmağa başlayır. Bu yaxınlarda Amerikada bir hadisə oldu. Ata 3 yaşlı uşağını cəzalandırmaq üçün onu bayırda qapının ağzında qoyur. Bir müddət keçdikdən sonra görür ki, uşaq orada yoxdur. Sonradan uşağın ölüsü tapılır. Üç yaşlı körpə nə bilsin ki, neyləmək lazımdır və yola düşüb gedib. Yəni bu cür cəzalar düzgün deyil. Uşaqları belə cəzalandırmaq olmaz. Bu, əksinə, onlara mənfi təsir göstərir”.
 
"Valideynlərim də məni döyüb”
 
A. Talıbova vurğulayır ki, övladına şiddət göstərən valideynlərlə çox rastlaşır. Onlara niyə uşağı döyürsünüz sualını verəndə isə qəribə cavab eşidir:
 
"Deyirlər, mənim valideynlərim də uşaq olanda məni döyüblər. Mən də atamdan, anamdan belə görmüşəm. Görürsünüzmü? Uşağa kiçik vaxtından bu nümunəni göstərəndə o da böyüyəndə eyni cür davranır. Buna görə də həmişə valideynlərə səslənirik ki, əgər uşaqlarınızla bacara, onu düzgün yönləndirə bilmirsinizsə, mütəxəssisə yönləndirin. Bu sahədə öz sözünü demiş psixoloqlar var”.
 
"Mənim uşağım dəli deyil ki, onu psixoloqa aparım”
 
A.Talıbova təəssüflə qeyd edir ki, valideynlərin çoxu uşağını psixoloqa aparmaq istəmir. Çünki elə bilirlər ki, psixoloq psixlərin həkimidir:
 
"Onların düşüncəsində belə bir fikir yer alıb - mənim uşağım dəli deyil ki, onu psixoloqa aparım. Psixoloq sözündə psix sözü olduğu üçün düşünürlər ki, biz dəlilərlə çalışırıq. Amma psixoloq insanların ruhi vəziyyətinə, emosional yaşına dəstək olur. Məsələn, özlərini pis aparan, dəcəllik edən, digər uşaqları döyən, yəni davranış pozuntuları olan uşaqlara psixoloji dəstək mütləqdir. Daha çox hiperaktiv davranış pozuqluğu olan uşaqlarda bu hallara rast gəlirik. Bu isə ailədən gələn bir durumdur. Hiperaktivlik genetikaya dayanır, davranış pozuntusu isə sonradan, ətraf mühitin təsirindən yaranan bir pozuntudur. Bir çox hallarda valideynlər özləri uşaqları təhrik edir ki, bu cür davransınlar.
 
Məsələn, uşaq ikən xırda kaprizlərinə göz yumuruq. Uşağın 3 yaşı var, bağçaya getmək istəmir, ağlayır. Ana da deyir ki, yaxşı, getmə. Və şüuraltı olaraq uşaq böyüdükcə daha artıq narahatlıqlar yaratmağa başlayır. Sabah o, gedib kiminsə şüşəsini, qapısını qıracaq, kiminsə uşağını döyəcək və sair. Əgər uşaqların davranışında xırda bir qüsur görürüksə, zamanında onun üzərinə düşməliyik”.
 
Artıq valideynin uşağa gücü çatmır
 
Həkim onlara müraciət edənlər arasında böyük yaşlı uşaqların çoxluq təşkil etdiyini bildirir. Çünki zamanında müdaxilə olunmayıb və indi də uşaq böyüyüb, artıq valideynin ona gücü çatmır:
 
"Yanımıza 5-6-7 yaşlı uşaqlar gəlir, adamı dişləyir, əlinə nə keçirsə, adamın başına atır. Bir uşaq nənəsinin saçını yolduqdan sonra ailə bizə müraciət etmişdi. Mən bir mütəxəssis olaraq böyük uşaqlara acıyıram. Çünki cəmiyyətin belə uşaqların üzərində qurulmasını istəmirəm. Belə uşaqlar gələcəkdə avtoritet olurlar, daha çox türməyə düşürlər, polis bölmələrində olurlar. Mən istəmirəm, uşaqlarımızın axırı belə olsun”.
 
Valideynlərin üzərinə böyük iş düşür
 
A.Talibova qeyd edir ki, uşaqlar düzgün yönləndirilməsində əsas və böyük iş məhz valideynlərin üzərinə düşür:
 
"Evdə valideyn 3 yaşına qədər uşağı düzgün yönləndirməlidir. 3 yaşından 5 yaşına qədər bağça yaş dövrü gəlir. Bağçada müəllimlər, təlimçilər düzgün yönləndirməlidir. Ondan sonra məktəbəqədər hazırlıq və məktəb dövrü başlayır. Burada da biz artıq cəmiyyətə yönlənirik, sosiallaşırıq. Valideyn görsə ki, övladı ilə bacarmır, onun daha qlobal bir iş törətməsini gözləmədən mütləq mütəxəssisə müraciət etsinlər”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

XƏTALARA GÖZ YUMUN

XƏTALARA GÖZ YUMUN

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Yapon uşaqları niyə dahi olur?

Yapon uşaqları niyə dahi olur?

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...