AzTehsil.com


Psixoloq / Valideyn / Müəllim
21 noyabr 2016
7 279


Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması



 

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

 

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması və onun inkişafının gecikməsi onların təlimdə geri qalmasına və müəlimlər üçün müəyyən çətinliklər yaranmasına səbəb olur. Beyin yarımkürəsinin bu və ya digər hissəsinin disfunksiyası və ya inkişafının ləngiməsi yazı vərdişinin (disqrafiya), oxumanın (disleksiya), hesablamanın (diskalkuliya) pozulması şəklində özünü göstərir. Bu pozğunluqlar bəzən ayrı-ayrılıqda, bəzən də əlaqəli şəkildə təzahür edir. Valideynlərin və müəllimlərin, hətta məktəb psixoloqunun bu cür uşaqları müəyyənləşdirmək üçün bilgilərinin kifayət qədər olmaması onların təliminə və hətta şəxsiyyətinə səhv münasibət bəsləməyə gətirib çıxardır.
 
Belə uşaqlar, ya valideynləri ittiham olunur ya da əksinə, müəllim şagirdin təlimdə geri qalmasında günahkar bilinir. Uşaqların 20 faizə qədəri bu xəstəlikdən əziyyət çəkirlər. Yarımçıq doğulma, doğuş zamanı və ya erkən yaşda olan kəllə-beyin travmaları,neyro infeksiyalar və sair bu xəstəliyin yaranmasına səbəb olur. Uşaqların erkən psixo-motor inkişafı, yaşa görə geri qalması yəni gec oturması, gec yeriməsi, gec danışması, çox hərəkətli, hövsələsiz, diqqətsiz, tələskən və ya əksinə,çox sakit, az hərəkətli, tez yorulan olması, qamət pozğunluğu, əyri-pəncəlik, görmə zəyifliyi, baş ağrıları, kəkələmə, enurez, kiçik motori-kanın geriliyi yəni düymə bağlamaqda, ayaqqabı geyinməkdə, qayçıdan istifadə etməkdə çətinlik çəkməsi və sair halar bu xəstəliyin əlamətləridir.
 
Məktəbdə müəllimlər və evdə də valideynlər bu cür uşaqları təlimdə geri qaldqlarına görə daim danlayır lakin bunu xəsətəlik olmasını və lazımı müalicəyə cəlb edilməli olduğunu anlamırlar. Buna cavabdeh olan məktəbin psixoloqu da belə halları müəyyənləşdirib valideyn və müəllimə lazımi bilgi verməyə və şagirdlə psixoloji iş aparmağa meyl göstərmirlər və ya bunu sadəcə bacarmırlar. Bölgələrdə isə peşəkar psixloq, loqoped, pediatr olmaması əlavə çətinliklər sırasındadır. Diskalkuliya yəni uşaqlarda hesablama vərdişinin olmamsında şagirdlərin azı 6 faizini əhatə edir. Lakin onu da qeyd edək ki yama, oxuma və hesablama vərdişi olmayan şagirdlərin heç də hamısı bu xəstəliyin nəticəsində əmələ gəlmir. Buna valideyn, müəllim və şagird səhlənkarlığı da səbəb ola bilər. Bu xəstəlik və onun nəticəsi olan disleksiya, disqrafiya və diskalkuliya heç də aradan qaldırılması mümkün olmayan hal hesab oluna bilməz.
 
İxtisaslı pediatr, psixoloq, nevroloq, loqoped və ibtidai sinif müəllimi və onlar tətəfindən məlumatlandırılan valideyn bütün bunların öhdəsindən gəlməyə qadirdir. Təlimdə geri qalan bu kimi uşaqlar Psixoloji-Tibbi-Pedoqoji komissiyanın qərarı ilə fərdi təhsilə cəlb oluna bilər və dövlət bu kimi şagirləri maliyyələşdirməsini də öz üzərinə götürmüşdür. Təssüf ki biz reallıqda bu kimi hallara rast gəlmirik. Heç ölkəmizdə bu kimi uşaqlarda olan problemlərin həlli üçün bir ədəbiyyat tapmaq belə çətindir. Lakin xarici dillərdə valideyn və maraqlı tərəflər internet üzərindən axtarış verməklə bu şagirdlərlə hətta ev şəraitində işləmək üçün tibbi, psixoloji və didaktik materialalr əldə edə bilirlər.
Rabil Abdinov  Masallı



Загрузка...