Valideyn / Müəllim
03 iyul 2016
18 535


Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

 

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

 

Bu gün Azərbaycan məktəbi haqqında geniş ictimaiyyət arasında müxtəlif fikirlər səslənir. Yaxşı və pis məktəb, güclü və zəif müəllim anlayışları bütün hallarda müasir təhsilimizin səviyyəsinin göstəricisi kimi çıxış edir. Hazırda müəllim nüfuzu, müəllim-şagird münasibətləri, məktəbə olan hörmət və ehtiram barədə söhbət düşəndə mənfi məqamlar daha çox narahatlıq doğurur. İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır.

Təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır. Həm də müasir anlamda yalnız öyrətmir, eyni zamanda, yetişdirir, tərbiyə edir, formalaşdırır və hər bir gənci xalqa, cəmiyyətə təqdim edir. O, şagirdlərin zehni fəallığını təmini, müstəqil işləmələrinin qayğısına qalır, yetirmələrini düşündürücü suallar üzərində çalışdırır, keçilən mövzunu müasir həyatla əlaqələndirir, hər bir dərsin həm də tərbiyəvi xarakter daşımasına, uşaqların mənəvi aləminin zənginləşməsinə ciddi diqqət yetirir.

Ekspert deyir ki, müəllim şagirdin səhvini ona elə çatdırmalıdır ki, bu həm  uşağın dərsə olan marağını, həm də müəlimə olan hörməti azaltmamalıdır. Müəllimlər tənbehedici üsullardan istifadə edərkən bu uşağı sındırmağa yox təhsilə münasibətini, davranışa münasibətini dəyişməyə təhrik etməlidir.

M.Mürşüdlü məktəblərimizdə bu problemlərin başlıca səbəbi kimi müəllim-şagird, müəllim-valideyn münasibətlərinin aşağı səviyyədə olmasından, müəllimlərin pedaqoji savadsızlığından irəli gəldiyini deyir. Buna görə müəllimlər öz üzərində çalışmalı Sovet dövründən qalma ənənələrdən uzaqlaşmalıdırlar.

"Bəzən valideynlər də şagirdin müəllimə olan hörmətinin azalmasında əsas iştirakçı rolunu oynayırlar”

Millət vəkili Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı müəllim-şagird münasibətlərində valideynlərin də yanlışlara yol verdiyini deyir.  "Müəllim şagirddən dərsi ciddiyətlə tələb etsə də, bəzi valideynlər buna narazılıq edirlər. Valideynlərin bu cür yanaşması yanlışdır və düzəldilməlidir. Məktəb-valideyn əlaqəsi gücləndirilməlidir. Məktəbdə müəllimin nüfuzunun artırılması müəllim şəxsiyyətindən aslıdır”.

Millət vəkili məktəblərdə nizam intizama ciddi fikir veriləməli olduğunu bildirib. "Məktəblərimizdə müəllimlərin ciddiyəti artırılmalıdır. Məktəbdə ciddi nizam-intizam olmalıdır.  Bu şagirdlərə fiziki güc tətbiq etmək yolu ilə yox dövlətimizin qanunları ilə qəbuledilən qaydalar əsasında məktəblərimizdə tətbiq edilməlidir”.

Təhsil eksperti M.Mürşüdlü müəllim şəxsiyyətinə kifayət qədər hörmətlə yanaşılmadığını deyir. "Müəllimlik peşələr arasında çox böyük iddiaya malik olanıdır. Çünki burada öyrətmək iddiası var. Kimə, nəyi, necə öyrətməkdən, başqasının övladını öz övladı kimi yetişdirməkdən söhbət gedir. Ancaq çox təəssüf ki, bu gün müəllim şəxsiyyətinə kifayət qədər hörmətlə yanaşan şagirdə, valideynə çox az-az rast gəlinir”.

Ekspert bildirir ki, Sovet dövründə formalaşmış klassik müəllim anlayışı artıq dəyişib. İndi müəllimi uzaqdan görən kimi gözdən yayınan, gizlənməyə çalışan şagirdlərə rast gəlmək mümkün deyil: "O dövrdə müəllim şəxsiyyətinə yanaşma bir başqa idi. İndi valideynlər deyir ki, uşağım mənim üçün çox əzizdi, ərköyün saxlanılıb, evdə nazını biz, "kaprizlərini” isə məktəbdə müəllimlər çəkməlidir. Valideyni bu fikirdə olan uşaqdan nə gözləyəsən?! Müəllim intellekti, bilik və təcrübəsi, mehriban davranışı, ünsiyyəti ilə şagirdin diqqətini cəlb etməyə çalışır. Müxtəlif metodlardan istifadə edərək oxumaq arzusu olmayan şagirdin diqqətini dərsə yönəltməyə səy göstərir. Ancaq nəticə alınmadıqda şagirdə öyüd verməkdən belə çəkinir”.

Ekspert də müəllim-şagird münasibətində valideynin nə olursa olsun, öz övladının tərəfini saxlamasının uşağın təlim-tərbiyəsinə mənfi təsir göstərdiyini deyir.  "Əvvəllər müəllimlə şagird arasında hər hansı bir problem yarananda valideynlər müəllimin tərəfini tutur, onu dəstəkləyirdilər. İndi isə valideynlərin fikirləri dəyişib. Onların əksər hissəsi hesab edir ki, səbəb nə olursa olsun, şagirdə müəllim tərəfindən hər hansı bir irad bildirilməməlidir. Hətta şagird dərsə hazır olmadığı təqdirdə belə! Valideynlərin bu yalnış fikri isə ilk növbədə şagirdin təlim-tərbiyəsinə öz mənfi təsirini göstərir”.
simsar.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Münasibətlər- Etik Davranış Qaydaları

Münasibətlər- Etik Davranış Qaydaları