AzTehsil.com


Xəbərlər / Valideyn
01 sentyabr 2017
3 540


Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...



 

Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının qarşısında artıq xeyli müddətdir ki, çay evi açılıb. Çay evi açılan gündən, avtomobil yolunun hər iki tərəfi maşınlarla dolu olur. Yəni, çay evinin xüsusi parkinqi olmadığı üçün ora gələn müştərilər avtomobillərini yolda saxlayırlar.

Hazırda məktəblilər tətildə olsalar da, bir neçə gündən sonra yeni tədris ili başlayır. Əsl mərəkə də, o vaxt başlayacaq.
Əvvəla, həmin ərazidə avtomobil sıxlığı şagirdlər və valideynlər üçün təhlükə mənbəyinə çevriləcək. Digər tərəfdən, yuxarı sinif şagirdlərinin fikri həmin çay evində olacaq. Elə mütəxəssislər də deyirlər ki, məktəblərin, tədris müəssisələrinin yaxınlığında kafe, restoran, çay evi kimi qurumların olması uşaqların psixoloji baxımdan normal inkişafı üçün təhlükə yarada bilər.

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

 

"Güzgü Dəyişim və İnkişaf Mərkəzi"nin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı  bildirir ki, məktəblərdə hər yaşda uşaqlar təhsil alırlar və onların yaşlarına görə xüsusiyyətləri olur: "Uşağın ən pis keçid dövrü sayılan 8-16 yaş dövrü məktəb dövrünə təsadüf edir. Buna görə də, məktəbin yanında çay evləri, publar, barlar və s. bu kimi obyektlərin olmasına icazə verilməməlidir".


"Belə obyektlər məktəblərdən uzaq olmalıdır. Çünki uşaqlar məktəb dövründən hər şeyi örnək alırlar. Uşaqlar məktəbdən çıxanda və yaxud dərsə gələndə həmin obyektlərə gələn şəxslərə baxa və yaşlarına uyğun olmayan örnək götürə bilərlər. Onlar elə düşünürlər ki, belə yerlərə hər kəs daxil ola bilər, belə rahat otura bilər, siqaret-qəlyan çəkə və yaxud spirtli içki içə bilər. Bu, uşaqlar üçün heç də yaxşı örnək deyil" — psixoloq deyir.


Mütəxəssis hesab edir ki, məktəb ətrafında kitabxanaların və idman zallarının olması daha yaxşı olar: "Çünki belə yerlər uşaqların düzgün tərbiyə alması və boş vaxtını səmərəli keçirməsi üçün vacibdir. Hər bir valideyn düşünməlidir ki, "mənim uşağım boş vaxtında pivə içib, qəlyan çəksə yaxşıdır, yoxsa kitab oxuyub idmanla məşğul olsa?" Belə halla qarşılaşan valideynlər aidiyyatı qurumlara müraciət etməlidirlər".

 

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

 

Təhsil eksperti Kamran Əsədov da o fikirdədir ki, məktəblərin yanında kafe-restoranların, çayxana və pivəxanaların mövcudluğu nə pedaqoji, nə də psixoloji baxımdan məqsədəuyğundur. "Bunun həyata keçirilməsi, fəaliyyət göstərməsinin özü belə, tərbiyəsizlikdir. Çünki məktəb təlim-tərbiyə yeridir" — o, Sputnik Azərbaycan-a açıqlamasında bildirib.


 

"Alkoqollu içkilər verilən obyektlərin məktəblərin bilavasitə yaxınlığında olması həm tədris prosesinin özünə, həm də uşaqların formalaşmasına mənfi təsir göstərir. Eyni zamanda, məktəblərin həndəvərində tütün və spirtli içkilərin satışı qadağan olunmalıdır" — Əsədov əlavə edib.

Onun fikrincə, bu məsələyə icra hakimiyyətləri və bələdiyyələr nəzarət etməlidir: "Xüsusilə məktəb rəhbərliyi bu kimi problemləri dərhal aradan qaldırmalıdır. Bəziləri Qarabağ əlili və yaxud şəhid oğlu adı ilə yer alır. Dəftər-kitab dükanı adı ilə açılan dükanlarda bir də görürsən siqaret də satırlar. Bu isə qəbul edilə bilməz".


Ekspert bildirir ki, qanunvericilik aktlarına görə, bu kimi fəaliyyətlə məşğul olmaq qadağan edilmir: "Lakin 2017-ci ildə qanunvericilik aktlarına əlavələr və dəyişikliklər layihəsi qəbul edilib. Həmin qanunvericilik aktlarına görə, təhsil müəssisələrinin yaxınlığında təhsilə bilavasitə əlaqəsi olmayan ticarət və xidmət obyektlərinin fəaliyyəti qadağan edilib".


K. Əsədovun sözlərinə görə, təəssüf ki, aidiyyəti dövlət orqanları tərəfindən bu məsələ nəzarətdə saxlanılmır: "Bu tipli iaşə obyektlərinin məktəblərin yaxınlığında fəaliyyəti qanunvericiliyə ziddir. Və vətəndaşlar belə halla qarşılaşan zaman icra hakimiyyəti, polisə müraciət etməlidir. İcra Hakimiyyəti və polis birbaşa bunu təmin etmək hüququna malikdir. Yəni, o obyektlərin fəaliyyətini dayandırmaq üçün birbaşa təsir göstərir".





Загрузка...
Həmçinin oxuyun:
Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Tədris vasitələrinə reklam qadağası

Tədris vasitələrinə reklam qadağası

Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə QADAĞA təklifi

Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə QADAĞA təklifi

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK