AzTehsil.com


Xəbərlər
21 fevral 2017
3 404


Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili



Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

 

Deputat Fazil Mustafa öz "facebook" profilində azyaşlı şagirdləri dərsə gətirərkən valideynlərin siqaret çəkməsinə münasibət bildirib. Millət vəkili bunun həmin uşaqda siqaretin ziyanlı bir vərdiş olmadığına inam yaradacağını deyib. Buna görə də deputat məktəbin həyətində siqaret çəkməyin düzgün olmadığını oxucuların diqqətinə çatdırır.
 
"Məktəb günləri qızımı sübh tezdən dərsə aparanda məktəbin həyəti ilə haradasa 50-60 metr yürüməli oluruq. Əsasən ibtidai sinif uşaqlarının məktəbə gəldiyi saatlarda valideynlər yavrularının əlindən yapışıb, geçikməmək üçün həyəcanla irəliləyirlər. Bir də görürsən ki, yaşlı və ya cavan bir kişi xeylağı bir əli uşaqdan, digər əli isə siqaretdən yapışıb tüsdülədə-tüsdülədə irəliləyir. Bir deyil, iki deyil ki, yaxınlaşıb irad bildirəsən. Üstəlik bizdə hansısa iradı, tənqidi dostcasına həzmetmə mədəniyyəti də xeyli aşağı olduğundan sadəcə başını bulayaraq keçməli olursan. Fəsadlara baxın: Deməli gül qoxulu uşağın üstündən sinfə girəndə hökmən bu zəhərin qoxusu gələcək, bu bir.
 
 

Məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atılmalıdır-Millət vəkili

 


Uşağın təsəvvüründə siqaret çəkmənin zərərli bir vərdiş olmadığı təəssüratı yaranacaq, bu iki. Yan-yörədə adam kimi təmiz hava udmaq istəyən insanlara sübh tezdən zəhər qoxusu dadızdıracaqsan, bu üç. Maddi sıxıntıların yaşandığı bir cəmiyyətdə övladına alacağın yeyəcək əvəzinə zəhərə, ardınca da dava-dərmana pul xərcləyəcəksən, bu dörd. Ardınca xeyli fəsadlardan danışmaq olar. İndi düşünürəm ki, Təhsil Naziyliyinə müraciət edəm ki, bütövlükdə kimliyindən asılı olmayaraq məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atsınlar.Yəni məktəbin həyətinə bu və ya digər səbəbdən daxil olan valideyn siqaret çəkdiyi andan ərazidən qovulmalıdır. Məktəbdə dərs deyən kişi cinsindən olan müəllimlər üçün şagirdlərinin giriş izni olmayan hansısa qapalı yerdə siqaret çəkməyə bir guşə ayırmaq olar. 
 
Uşaq hansısa pis vərdişin adiləşdiyini görəndə, bu vərdişə qarşı münasibəti də dərhal loyallaşır. Qadınların da içində bu xeyirsiz vərdişə yoluxmuş əhəmiyyətli sayda insan var, Heç olmazsa bizdə "göstərişli abır-həya", "eldən ayıbdır" formatlarının hesabına bu, ən azı uşaqların yanında onların da siqaret çəkməsi risqini heçə endirir. Mən buna ciddi bir problem kimi baxıram və uşaqlarda erkən yaşlarda fiziki sağlamlığa, idmana həvəs yaratmasaq, sonra dizimizə, başımıza döyməyin də faydası olmayacaq. Onsuz da məktəbin yaxınlığında bəzi satış yerlərində ədədlə satılan siqaretlərlə övladlarımızın sağlığını korlayırlar, qəlyanxanalarda zərərli maddələri qəlyanın içinə doldurub, yeniyetmələrdə narkotikaya alışqanlıq yaradırlar, bunlar ayrı-ayrı yerlərdən məqsədyönlü şəkildə himayə olunan çətə fəaliyyəti olduğundan dəfələrlə məsələni aktuallaşdırsaq da, həllinə gücümüz yetmir. O halda heç olmazsa, məktəblərimizin həyətini natəmizlikdən qorumağa cəhd edək".



Загрузка...