İnsan deyil, qanun hökmranlıq etməlidir: çünki yalnız o zaman dünya gözəl və həqiqi qardaşlığın məskəni ola bilər.
Uşaqların malik olacağı cəhətlərdən biri itaətkarlıq vərdişidir. Vətəndaşları mənəviyyatın tələblərini yerinə yetirən, onları əldə rəhbər tutan istənilən ölkə uğurla inkişaf edəcəkdir. Məsələn,ölkələrdə aşağıdakı qaydalar qoyulmuşdur: teatrda, avtobusda, qatarda və başqa ictimai yerlərdə siqaret çəkmək qadağandır; sürücülər sürət məhdudiyyətini, piyadalar yol qaydalarını gözləməlidir; su hövzələrinin çirkləndirilməsi, yola zibil atılması qanuna zidd hesab olunur və s.
Əgər ölkənin vətəndaşları qanun və qaydalara tabe olurlarsa, ictimai borclarını ciddi şəkildə yerinə yetirirlərsə, onlar öz rahatlıqlarına və firavanlıqlarına əmin olacaqlar. Məncil maraqlardan irəli gələrək, insanlar davranış qaydalarına laqeyd yanaşırlarsa və qanuna zidd hərəkətləri cəsarətlilik hesab edirlərsə, onda ölkədə xaos və anaraxiya tuğyan edərək insanların qəlbində ümidsizlik yaradacaq, sülh və əmin-amanlıq haqqda hətta fikri belə kökündən qoparacaq, zəifləri və ehtiyacı olanların ümidini boşa çıxaracaq və bu, bütün ictimai mexanizmlər tam dağılana kimi beləcə davam edəcəkdir.
Uşaqların itaətkar, intizamlı olmaq kimi gözəl vərdişləri mənimsəməsindən ötrü valideynlər müəyyən qaydaları gözləməlidirlər. İtaətkarlıq burda ümumi mənada işlənir, insanlar qarşı itaətkarlıq (təvazökar mövqe), qanunlara itaətkarlıq. Burada biz uşağın özünü yaxşı aparmasından və valideynlərinə ehtiram göstərməyi öyrənməsindən ötrü istifadə olunan bəzi metodlar haqqında danışacağıq.
1. Valideynlər uşaqları erkən yaşlarından itaətkarlıq ruhunda tərbiyə etməlidirlər. Bunu edərkən isə özləri itaətkar olmalıdırlar, uşağı üzərində avtoritar davranışlarla uşaqda ancaq etiraz ruhu yaradıla bilər.
2. Uşaqlara verilən tapşırıqlar onların imkanı daxilində olmalıdır, çünki qüvvə xaricində olan iş uşaqda itaətsizlik və intizamsızlıq yaradır.
3. Məktəb müəllimləri öz şagirdlərinə atalara, analara və tərbiyəçilərə itaətin vacibliyini istənilən vasitədən istifadə etməklə izah etməlidirlər. Nümunələr gətirməklə, müəllim həmişə itaətkarlığın xeyirini və itaətsizliyin ziyanını əyani şəkildə göstərə bilər. Məsələn, o, insan bədənini nümunə göstərə bilər. Əgər insan bədəninin müxtəlif hissələri, əllər, ayaqlar, gözlər və qulaqlar, beynin göndərdiyi hökmlərə itaət etməsə, şüur və bədənin birliyi pozular və "suveren dövlətin ərazisində”, yəni bədəndə, xaos baş verər. Eynilə, uşaqlar da ata və analarına qulaq asmayanda və öz bildikləri kimi hərəkət edəndə bu ailə normal ailə ola bilərmi? Əgər şəhərin sakinləri dövlətin qoyduğu qaydalara saymazyana yanışırsa və hər kəs ictimai mənafeyi nəzərə almadan ağlına gələni edirsə, bu şəhərdə əmin –amanlıq ola bilərmi? Ona görə də valideynlər, tərbiyəçilər və müəllimlər bütün metodlarla uşaqların özbaşına və tərs böyüməməsindən ötrü zəruri tədbirlər görməlidirlər.
4. Sosial təsisatlar kinofilmlər, pyeslər, qəzet və jurnal məqalələri, kitablar və s. vasitəsilə bu problemə maraq yarada bilərlər. Əgər insanlar itaətkarlığın zəruriliyini dərk etsələr, cəmiyyətdə xoşbəxtlik və harmoniya hökm sürər və ləyaqətsiz işlər görülməz.
Etiraf etmək çətin deyil ki, itaətkarlıq – bəşəriyyəti xoşbəxtlik və firavanlığa aparan ən etibarlı yoldur. Valideynlər, müəllimlər, tərbiyəçilər, kimlər ki insan nəslinin intelektual, fiziki və ruhani kamilləşməsində iştirak edir, şübhəsiz ki, buna diqqət edəcək və uşaqlarda bu ən dəyərli keyfiyyətin tərbiyə edilməsindən ötrü əllərindən gələni edəcəklər.
Lakin nəzərə alınmalıdır ki, itaətkarlıq mənəvi xüsusiyyətdir, o "güc"ün qarşısında zorla itaət etdirmə deyil. İtaətkarlıq sevgi ilə müşayiət olunmalıdır. Həmçinin itaətkarlıq o demək deyil ki, uşaqlar ancaq sözə qulaq asmalıdırlar və onların öz fikirləri olmamalıdır.
İlqar Məmmədov