AzTehsil.com


Direktor
03 sentyabr 2016
5 362


Sizi pis müdir edən 8 QAYDA



 
Bazar ertəsi yeni işə çıxırsınız? Həyəcan və təşviş içindəsiniz? Yeni kollektiv, yeni insanlar, yeni iş rejimi..və s. Bütün bu yeniliklərə necə uyğunlaşacağınızı düşünürsünüz? Biz sizə bununla əlaqədar bir neçə tövsiyyə təqdim edirik.

Əlbəttə ki, bu günə qədər işə gedərkən böyüklərimizdən bu tövsiyyələri eşitmişik: ”Heç kəsə baş qoşma!”; ”Qeybət eləmə!”; ”Gəzən şayiələrə qulaq vermə!”; ”Başını aşağı sal və işinlə məşğul ol!” və s… Düzdür, böyüklərimizin məsləhətlərindən daim faydalanmalıyıq. Amma biz sizə bu dəfəlik klassik etalonları bir kənara qoymağı təklif edirik. Belə ki:

1. Uzun müddət aparılan araşdırmalar onu göstərir ki, iş yerində tamamilə şayiələrə qulaq verməyib, sakitcə öz işi ilə məşğul olan insanlar, gün gəlir, özləri şayiə obyektinə çevrilir. Bu halla qarşılaşmaq istəmirsinizsə, şayiə və qeybətlərə qarşı biganə qalmayın. Yeni xəbərləri(şayiələri) eşitdikdə, ən azından gülümsəməklə öz münasibətinizi bildirin.

2. Əvvəl sizin vəzifənizdə işləyən insan haqqında məlumat toplamağa çalışın. Çünki, unutmayın ki, sizdən qabaqkı insan əgər çox yaxşı və işgüzar birisi olubsa, sizi daim onunla müqayisə edəcəklər. Yox, əgər, əksinə, pis işçi olubsa, onda sizə qarşı daha ehtiyatlı davranacaqlar. Bu səbəblə də, özünüzü aydın və şəffaf büruzə verin, kolleqalarınızın sizi, sizin daxili və xarici faktorlarınızı kənardan müşahidə etmələri üçün onlara şərait yaradın. 
________________________________________________________________________________
Sizi pis müdir edən 8 vərdiş
 
İş yerinizdə hər kəsin sizdən nifrət etdiyini heç hiss etmisinizmi? Hər kəs müdirlərindən nifrət edir, elədir? Məncə deyil. İşinizi düzgün qursanız, iş yoldaşlarınız yanınızda özlərini rahat hiss etsələr, problem yoxdur deməkdir. Yaxşı, nəyi səhv edirsiniz? Sizi pis müdir edən pis vərdişlərinizə nəzər salaq.   

Sizi pis müdir edən 8 QAYDA

 


1. Düzgün münasibət qurmasanız, yanınızda çalışanların fikirlərini oxuya bilməzsiniz. O zaman onların sizin fikirlərini oxumasını gözləyirsiniz? Arada ünsiyyət anlaşılmazlığı olduğunda hər kəs narahat olur. İstəklərinizi dəqiq bir səkildə bildirmədikdən sonra onlara qəzəblənib auranı mənfiləşdirmənin bir faydası yoxdur. Bir neçə məsləhət: 

— Ünsiyyət üçün zaman ayırın. Gündə ən azı 15 dəqiqənizi çalışanlarınızla ünsiyyət və məlumatlandırma üçün ayırın. Onlarla danışın və müzakirələr edin.     

— İşi yaxşı təqdim edin: İşçilərinizə ancaq mənfi siqnallar yollasanız, sizə əhəmiyyət verməməyə başlayacaqlar. Onlara müsbət enerji verin.          

— İnsanların mesajlarınızı aldığından əmin olun: Dostlarınızla danışmazdan əvvəl düşünün və istədiklərinizi dəqiq bir şəkildə ifadə edə bilməyinizdən əmin olun. 

— İşçilərinizi dinləyin: Ünsiyyət yalnız sizin istəklərinizdən ibarət olmamalıdır. İşçilərinizin dediklərini dinləyin, ciddiyə alın və buna görə davranın.  



Загрузка...