AzTehsil.com


Kitabxanaçı
03 iyul 2016
4 906


BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.



 

Mən sizin xəbərlərinizin başlıqlarını görürəm, lap heyrətamiz başlıq olanda içini açıram. Görürəm ki, tez-tez eyni mövzuya müraciət edirsiniz.

Yatmaq insanı gözəlləşdirir. Su içmək qadını gözəlləşdirir. Seks qadını gözəlləşdirir. Şərab insanı gözəlləşdirir. Avropa alimləri sübut ediblər ki, ilbiz şirəsi qadını gözəlləşdirir.

Yazdım, onsuz da tək sizin vasitənizlə yox, başqa kanallar yoluyla da qulağıma çatıb ki, Azərbaycanda gözəllik həşiri var.

Budur, yay gəlib. Bir azdan dünyanın cürbəcür ölkələrində uşaqları yay tətilinə çıxan nə qədər azərbaycanlı üz tutacaq Bakıya.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

 


Mənim yaşadığım şəhərdə də qaynar hazırlıq gedir Bakıya tətilə gedənlər arasında.

"Eh" - deyir azərbaycanlı qadınlar icmasının bir nümayəndəsi, "İki çamadan paltarla gedirik Bakıya bir həftəlik tətil üçün."

"İki? Nə az. Biz bir həftə üçün dörd çamadan aparırıq", - başqa birinin səsi şikayətlə doludur.

"Hədiyyə aparırsız?" -  məsum bir sual.

"Yox, nə hədiyyə?! Hamısı özümə. Burda kefdəyik, bizə necə rahatdırsa elə gəzirik. Bakıda bir həftəyə iki çamadan paltar geyinməsən, üzünə də baxmaq istəmirlər, heç adam yerinə qoymurlar!" - ən ucaboyu az qala hirslənir.

Qayıdaq mövzuya. Elə bu səhər elektron poçtumda sizdən yenə "Limon şirəsi qadını gözəlləşdirir" adlı məktub aldım. Nəhayət, mən özüm də sizə bir xəbər yazmaq istəyirəm, lütfən, onu qəbul edərək saytınıza, jurnalınıza yerləşdirə bilsəniz, minnətdar olaram.

Sizə verəcəyim xəbərin müəllifi əslində tərcüməçi, şair Nicat Məmmədovdur. Hələ beş il bundan əvvəl o, belə bir fərziyyə irəli sürüb. Kitab oxumaq insanın sifətini gözəlləşdirir, məcazi yox, elə fiziki mənada. Başlıq formasına salmaq istəsəniz, qısaca belə yazmaq olar: "Kitab oxumaq sifəti gözəlləşdirir".

Onlardan biri dərhal belə cavab yazdı: "Məntiqsizdir."

"Niyə?" - mən özümü döyüşə hazır hiss etdim. Bir anlıq mənə elə gəldi ki, yenə cavab gəldi: "Elə!" Amma bu, mənə elə gəlmişdi. Söhbət "Məntiqsizdir"lə də tamamlandı.

Niyə məntiqsizdir?

Çox məntiqlidir. Siz demirsinizmi ki, su içmək, şərab içmək, yatmaq insanı gözəlləşdirir?! Söhbət necə bir gözəlləşmədən gedir? Əgər söhbət üzündə çoxlu müxtəlif qüsurlar olan insandan gedirsə, su onu cərrahiyyə etməyəcək ki. Elə kitab da o cür!

Yəqin ki, sizdə söhbət adi insandan gedir. Bəli, kitab oxumaqda adi insanın sifətini gözəlləşdirmək gücü var. Kitablardakı hekayələr, yaxud məlumatlar sizin beyninizə təsir edir. Üz ifadələriniz də beyindən idarə olunur. Üz ifadələri qum dənəcikləri kimi yığılıb dağ əmələ gətirə bilər.

Bundan başqa, həyat təcrübəmizdən bilirik ki, keşməkeşli yaşayış tədricən insanın üzündə əks olunur. Nə qədər gözəl doğulmuşlar ağır, iztirablı günlərin, gecələrin hər birində az-az, yavaş-yavaş təslim olublar, üz ifadələri, onun ardınca isə üz cizgiləri, -  gözlər, ağız, burun, dəri tədricən dəyişilib, on, iyirmi, otuz il kimi böyük zaman dilimlərində lap öz gözəl gənclik sifətlərinin əksinə çevriliblər.

Yaxud da əksinə. Gözəl, məmnun, firavan həyat, siz demişkən, qadını gözəlləşdirib.

Əgər insanın üz ifadələri onun həyatına, düşüncələrinə, hisslərinə bu qədər qulaq asırsa, kitabı da oxuyan həmin insan deyilmi? Kitabı oxuduqca düşünən, hiss edən həmin insan deyilmi?

Kitabı oxuyub qurtarandan sonra ürəyi fərəhlə, sevinclə, qüssəylə, nisgillə dolan, fikrə gedən, gülümsəyən, ağlayan həmin insan deyilmi?

Bu kitabların sayı çoxalır, insan o kitabların hər birindəki həyatları yaşamış, içindəki insanları sevmiş olur. Bu qədər haqq-hesab boşuna, iz qoymadan itib gedə bilərmi?

Üz cizgiləri kitabdan əlbəttə, təsirlənir. Niyə mənə elə deyirsiniz?!
Milli.Az



Загрузка...
Həmçinin oxuyun:
Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Nəzakət və gözəl dav­ra­nış göz­ləyirsinizsə ?...

Nəzakət və gözəl dav­ra­nış göz­ləyirsinizsə ?...

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Bir az da özümüzdən - DAVRANIŞ MƏDƏNİYYƏTİ

Bir az da özümüzdən - DAVRANIŞ MƏDƏNİYYƏTİ

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

İNSANIN DƏYƏRİNİN ONUN XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLMƏSİ BARƏDƏ- hekayə

İNSANIN DƏYƏRİNİN ONUN XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLMƏSİ BARƏDƏ- hekayə

Qan verməyin faydaları

Qan verməyin faydaları

“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....

“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Zamanın tələbi: “Həmkara dəstək”

Zamanın tələbi: “Həmkara dəstək”

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Su həsrəti (hekayə)    Ağababa İbrahimov

Su həsrəti (hekayə) Ağababa İbrahimov