Müəllim
26 may 2016

İNSANIN DƏYƏRİNİN ONUN XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLMƏSİ BARƏDƏ- hekayə

İNSANIN DƏYƏRİNİN ONUN XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLMƏSİ BARƏDƏ- hekayə
Günlərin birində kasıb bir kəndli Həzrət Əlinin evinə gəlir, evin bir küncündə əyləşib gözlərini məzlum-məzlum yerə dikir. Xəlifə baxıb görür ki, pal-paltarı yamaq içində olan, cındır ayaqqabılarının deşiklərindən barmaqları görünən fağır bir Allah bəndəsi evinin bir küncündə oturub, dinmir-danışmır. Əli əleyhissəlam ona yaxınlaşıb nəvazişlə deyir:
-Evimə xoş gəlmisən, səfa gətirmisən. Dərdli adama oxşayırsan. Məndən bir istəyin varsa, çəkinmə, söylə. əmin ol ki, dərdinə çarə etmək üçün əlimdən gələn heç nəyi əsirgəməyəcəyəm.

Lakin kəndli utandığından və abır etdiyindən  ağzını açıb danışa bilmir. Nəinki danışmır, hətta gözlərini belə qaldırmır. Əslində danışmasına bir ehtiyac da yox idi, vəziyyəti xarici görkəmindən açıq-aydın görünürdü.

Həzrət Əli ona iki dəst pal-paltar, iki dəst də ayaqqabı hədiyyə edilməsini buyurur. Bunu eşidən kəndli  elə sevinir ki, gözləri yaşarır. Cəld ayağa qalqıb bir beyt şeir deyir. Şeir xəlifənin çox xoşuna gəlir. Öz övladları üçün cibində saxladığı üç dinarı da çıxarıb kəndliyə verir. Kəndlinin sevinci göyə-yerə sığmır, sevincək halda deyir:

-Ya əmirəlmöminin, bu pal-paltarı, bu ayaqqabıları və bu üç dinarı mənə bağışlamaqla, məni bir göz qırpımında kəndimizin ən varlı adamı etdin. Allah səndən razı olsun! Ömrün uzun olsun!

Həzrət Əli Rəsulullahdan (ə) eşitdiyi bir hədisi kəndliyə nəql edərək deyir:

-Peyğəmbərimiz (s) buyurub ki, hər bir kəsin dəyəri onun gördüyü savab işlər və xeyirxah əməllərlə ölçülür.
bextiyartuncay.
 


Загрузка...
loading...