AzTehsil.com


Müəllim
26 may 2016
3 929


İbrətamiz hekayə - Kim nə deyirsə desin, yolunuza davam edin



İbrətamiz hekayə - Kim nə deyirsə desin, yolunuza davam edinYarış.Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi.Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı.Hətta bəziləri, " Boş yerə zəhmət çəkirsiniz. Onsuz da bu qalaya çıxa bilməyəcəksiniz " , - deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa... O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı.Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar. Sonr a yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: " Bu çətin işin öhdəsindən necə gəldin? " - deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarla sa da, yenı cavab ala bilmədi. Çünki... Çünki qurbağa kar idi!...
P.S. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə,qulaqlarınızı da bağlayın.
kayzen.az



Загрузка...