AzTehsil.com


Psixoloq / Valideyn
15 iyul 2016
10 350


HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...



 

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

 

Hörmətli fasebook dostlarım! Ailədə övald böyüdən valideynlər!
Xahiş edirəm, müraciətimi özünüreklam kimi qəbul etmədən səmimi yanaşın.
Azərbaycanda bir çox sahələrdə olduğu kimi uşaqların psixoloji problemləri ilə məşğul olan müəssisələrin fəaliyyəti də artıq monopoliyaya alınmaqdadır Televiziyalar, radiolar, dövlət qurumlarından, eləcə də xarici ölkə səfirliklərindən ayrılmış layihələr, qrantlar, yalnız bu bir neçə müəssisə üçün sərf edilir.
Bu məni çox təəssüfləndirir. Son 2 ayda Bakının çox məşhur, mütəmadi olaraq reklam olunan mərkəzlərində 6-7 ay ərzində sistemli "korreksiya edilmiş" uşaqların həm diaqnostikasında, həm də nəticələrində ciddi nöqsanlar, səmərəsizliklər görünür.
Qorxulu olan nəticənin olmaması da deyil. Doğrudur. Bu da uşağın inkişafından bir neçə ayları, hətta illəri alır. Qorxulu olan autizmli uşağı, psixi inkişaf ləngiməsi, ağıl kəmliyi və d. problemləri yanlış diaqnozlaşdıraraq qeyri-müəyyən, biri-biri ilə əlaqəsi olmayan psixoloji, loqopedik,fizioterapevtik korreksiya-terapiya vasitələrinin tətbiqi, eləcə də onların təcrübəsiz tələbələrə, qeyri-peşəkar mütəxəssislərə etibar edilməsidir. Ona görə də müəssisə və mütəxəssis seçərkən diqqətli olun. Onları məşhurluğuna görə deyil, peşəkarlığına, uşağı düzgün diaqnozlaşdırmaq, sizi maraqlandıran sualları dərindən cavablandırmaq və uşağın inkişaf potensialını proqnozlaşdırmaq bacarığına, görə seçin. , "Uşaqlar bizim gələcəyimizdir" şüarını heç sevmirəm. Uşaqlar millətimizin gələcəyi, genofondu, sağlamlığıdır. Onların hər biri üçün hər birimiz məsuliyət daşıyırıq.
Psixoloq Limunət Əmrahlı 



Загрузка...