Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti
Valideynlərin məktəb həyatına cəlb edilməsinin şagirdlərin uğur qazanması üçün xüsusi əhəmiyyəti var. Ailənin sosial-iqtisadi vəziyyətinin necə olmasından asılı olmayaraq, valideynin övladının təhsil prosesində iştirak etməsini şagirdin inkişafına böyük təsir göstərir.
Tədqiqatlara əsasən, valideynləri tədris prosesində fəal olaraq iştirak edən şagirdlər daha yaxşı nəticələr əldə edirlər. Onlar, daha yaxşı qiymətlər alır, daha yüksək akademik nailiyyətlərə sahibdirlər, ev tapşırıqları daha keyfiyyətli şəkildə yerinə yetirilmiş olur. Onların davamiyyət göstəriciləri daha yüksəkdir və onlar pozitiv hərəkətləri ilə fərqlənirlər. Məktəbə qarşı daim xoş əhval ruhiyyədə olurlar. Özlərinə və imkanlarına inamları var.
Valideynlərin cəlb edilməsi tədris müəssisələri tərəfindən də müsbət qiymətləndirilir. Tədris prosesində valideynlərin fəallığı məktəb mədəniyyətini zənginləşdirir və onun inkişafına kömək edir. Belə ki, daha yaxşı nəticələrə çatmaq üçün məktəb və müəllim valideynlərlə fəal əməkdaşlıqda maraqlı tərəf olmalıdır. Valideynlərin fəal olaraq tədris prosesinə cəlb edilməsi məktəb icması, müəllimlər, valideynlər və şagirdlər tərəfindən də müsbət qarşılanır.
Şagird üçün faydaları
Valideynlər uşağın təhsil prosesinə cəlb olunan zaman, ailənin sosialiqtisadi vəziyyətinin, etnik mənsubiyyətinin, valideynlərin təhsil səviyyəsinin necə olmasından asılı olmayaraq şagirdlər daha böyük nailiyyətlər əldə edirlər.
• Valideyini təhsil prosesinə cəlb edilmiş şagird, məktəbi daha uğurla bitirir, onun təhsilini davam etdirməsi üçün daha yaxşı imkanları və şərtləri olur;
• Statistik məlumatlara əsasən, əgər valideynin müəllimlərlə əlaqəsi yoxdursa və o, məktəbdə baş verən hadisələrlə maraqlanmırsa, onun uşağının akademik göstəriciləri başqa uşaqların akademik göstəricilərindən daha aşağı olur;
• Valideynlərin məktəb həyatına cəlb olunduqları zaman, şagirdlər məktəbə qarşı daha xoş münasibət bəsləyirlər və onların özlərinə və imkanlarına olan inancları daha yüksəkdir;
• Valideynləri məktəb həyatına fəal olaraq cəlb olunmuş şagirdlər nümunəvi hərəkətləri ilə seçilir və onlara qarşı tətbiq edilmiş intizam sanksiyalarının orta göstəricisi də digər şagirdlərlə müqayisədə daha aşağıdır;
• Məktəb həyatında fəal olaraq iştirak edən valideynlərin uşaqlarının müəllimlərlə və ailə üzvləri ilə daha yaxşı münasibəti olur. Valideynlərlə birlikdə oxumaq şagirdlərə kitabı sevdirir.
• Valideynlərlə müəllimlər birlikdə ailədə və məktəbdə mövcud olan fərqliliklərin qarşılıqlı razılaşdırılması üçün çalışarsa, fərqli mədəniyyəti olan mühitdən gəlmiş şagirdlər daha yaxşı oxuyacaqlar.