Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?
Bir çox məktəblərdə müəllimlər valideynləri öz işlərinə daxil etmirlər. Çünki onların özlərini doğrultmayacaqlarını zənn edirlər.
"Bu əvvəlcədən bildirilən yanlış fikirdir. Müəllimlər düşünürlər ki,ailələr tədris prosesində iştirak etmək istəmirlər. Əslində isə ailələr necə iştirak etməli olduqlarını bilmirlər”.
Öz növbəsində valideynlər də bəzən məktəbdə gedən proselərə qoşulmaqdan boyun qaçırırlar. Çünki onların asüdə zamanları olduqca azdır və ya ona görə ki, onlar gürcü dilində yaxşı danışmırlar.
Həmçinin, ailələr və məktəb arasında mövcud olan ən böyük problemlərdən biri ünsiyyətin az olmasıdır.
Valideynlər hesab edirlər ki, onları məktəbdə sevgi ilə gözləmirlər. Bu, qismən mənfi təcrübələrin nəticəsidir. Bu fikir valideynlərə, onların məktəb həyatına cəlb olunmasının müsbət nəticə gətirməyəcəyini düşündürür.
Ünsiyyət sahəsində mövcud olan maneələrə baxmayaraq, həm məktəblər, həm də valideynlər şagirdlər üçün faydalı olacağı təqdirdə, əlaqələrinin daha intensiv olmasını arzu edirlər. Heç bir siyasi partiyaya mənsub olmayan, tədqiqat və araşdırma təşkilatı – tərəfindən 2003-cü ildə keçirilmiş 25-dən artıq ictimai fikrin tədqiqi analizi göstərdi ki, müəllimlərin 65%-nin fikrincə valideynlərin tədris prosesinə daha artıq cəlb edilməsi onların şagirdləri üçün yaxşı olardı.
Müəllimlərin 72%-i isə hesab edir ki, valideynləri məktəbdə gedən proseslərdə iştirakçı olmayan şagirdlər valideynlərindən arzu olunan qədər diqqət görmürlər.
Valideynlərin tədris prosesinə cəlb edilməsində uğurlu olan məktəblər cəlb edilmənin müəyyən edilmiş dar çərçivəsinə görə hərəkət etmirlər. Onlar, yalnız iclaslara gələn və tədbirlərə öz istəyi ilə qatılan valideynləri saymaqla kifayətlənmirlər; Şagirdin ev tapşırığı üzərində valideynin imzasının olması kimi tələblərə bağlı deyillər. Onlar inanırlar ki,şagirdin uğuru məktəbin və valideynin ümumi marağıdır, onlar tədris prosesində valideyni əməkdaş olaraq görürlər, sonra isə əməkdaşlığın gücləndirilməsi üçün konkret yollar müəyyənləşdirirlər.
Sonrakı hissədə valideynlərin tədris prosesinə cəlb edilməsi sahəsində mövcud olan problemləin 3 həll yolu göstərilib:
1) ünsiyyətin yaxşılaşdırılması, 2) valideynlərin tədris prosesinə cəlb edilməsinin əhəmiyyəti haqqında məktəb işçilərinin və ailənin düşüncələrinin yüksəldilməsi, 3) fərdiləşdirmə