AzTehsil.com


Xəbərlər
30 oktyabr 2017
12 015


“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır



Bu layihənin tətbiq olunduğu məktəblərdə şagirdlər arasında siqaret çəkmə halları 80 faizədək azalıb.


Ötən ildən etibarən ölkəmizin təhsil sistemində "Məktəblinin dostu” adlı layihə tətbiq olunur. Məqsəd tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır.


Bu kimi layihələr dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan çıxıb. Burada əsas hədəf məktəb - təhsil alan - valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsil alana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. Məktəblinin dostunun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir.


Qeyd edək ki, məktəblinin dostu vəzifəsini yerinə yetirən şəxslər əsasən gənc kadrlardan ibarətdir. Bəs, hazırkı durumda bütün orta məktəblərdə bu layihəni həyata keçirmək mümkün ola bilərmi? Siqaret çəkmə halları 80 faizədək azalıb.


Aztəhsil.com Şhərq.az-a istinadən xəbər verir ki, tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Bakı şəhərində 310-a yaxın məktəb var və bu məktəbin yalnız 30-da "Məktəblinin dostu” layihəsi həyata keçirilir. Ekspert "Məktəblinin dostu” layihəsi Azərbaycan təhsilinin fundamental inqilabi yeniliklərindən biri olduğunu diqqətə çatdırıb.


Onun sözlərinə görə, hətta bu layihə bir az gecikmiş layihədir: "Azərbaycanda təhsil müəssisələri ənənəvi idarəetmədən yeni idarəetməyə keçib. Biz görmüşük ki, məktəb idarəçiliyi-direktor, direktor müavini, sinif rəhbərləri vasitəsilə həyata keçirilir.


Amma bu sadaladığımız şəxslər birbaşa tədris prosesinin iştirakçısı olduğu üçün şagirdlərlə geniş şəkildə fəaliyyət göstərmək imkanına malik deyillər. Yəni, sinif rəhbəri və yaxud da direktor müavini aktiv tədris prosesinin iştirakçısı olduğuna görə şagirdlərin bu və ya digər ehtiyacları, asudə vaxtlarının dəyərləndirilməsi ilə bağlı fəaliyyət göstərə bilmirlər.


Orta məktəblərdə hər bir məktəbli ilə ayrı-ayrılıqda onların problemləri, sıxıntıları ilə bağlı işlər güclü şəkildə həyata keçirilə bilmirdi. Amma "Məktəblinin dostu” vəzifəsini yerinə yetirən şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün birbaşa məktəbdə sosial fəaliyyəti həyata keçirirlər.


Məsələn, məktəblər arasında yarışlar keçirilir və yaxud məktəbdə neqativ halların aradan qaldırılmasında onlar müstəsna rola malikdirlər. Mənim araşdırmalarıma görə, məhz "Məktəblini dostu” layihəsi tətbiq olunan məktəblərdə şagirdlər arasında siqaret çəkmə halları 80 faizədək azalıb. Həmçinin məktəbə kənar şəxslərin daxil olmasının qarşısı alınıb.


Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi var. Söhbət Asan xidmətdən gedir. Bu xidmət vətəndaş-məmur münasibətlərini tamamilə sıfıra endirib.


Eynilə bu layihə məktəblərə də tətbiq olunub. Yaxşı tərəfi ondan ibarətdir ki, seçilmiş şəxslər, yəni məktəblinin dostları həm əlavə iş yeri, həm də kifayət qədər təhsilli, aktiv gənclərin təhsilə cəlb olunması deməkdir. Bu olduqca uğurlu bir layihədir”. Məktəblinin dostu - digərlərinin düşməni


K.Əsədovun sözlərinə görə, bəzi vaxtlar "Məktəblinin dostu” vəzifəsi ilə bağlı birmənalı qarşılanmayan fikirlər də səslənir: "Bu layihə tətbiq olunandan sonra belə bir mülahizələr irəli sürülürdü - "Əgər bu şəxslər məktəblinin dostudursa, deməli, digərlərinin düşmənidir”. Məhz buna görə də təklif edərdim ki, ad "Məktəblinin dostu” yox, ümumilikdə "


Məktəbin dostu” olsun. Bəziləri düşünür ki, vəzifəni icra edən şəxs məktəblinin dostudur, lakin müəllimin və digər idarə heyətinin düşmənidir. Amma belə deyil. Vəzifəni yerinə yetirən adam məktəbin dostudur, kifayət qədər neqativ halların aradan qaldırılmasına yardım edir.


Bu layihə bir çox ölkələrdə də var. Məsələn, qardaş Türkiyədə , Gürcüstanda isə uzun müddətdir ki, fəaliyyət göstərir. Ölkəmizdə tətbiq olunması isə olduqca müsbət haldır. Məktəblinin dostu olan şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün məktəbdə bilik və idman yarışlarının, sosial fəaliyyətin həyata keçirilməsində yaxından iştirak edir.


Hesab edirəm ki, məktəblinin dostu Azərbaycanda fəaliyyət göstərən 4500 orta ümumtəhsil məktəbinin hər birində tətbiq olunmalıdır. Çünki məktəblinin dostu, həqiqətən də Azərbaycan təhsilinin, müəllim və şagirdinin, valideynin dostudur. Bəzən olur ki, valideynlər uşaqlarını gec götürürlər və həmin vaxt məktəblinin dostu şagirdin təhlükəsizliyini təmin edir”.


...məktəblinin dostu direktorun işinə qarışa bilməz


"Məktəblinin dostu direktorun fəaliyyətinə nəzarət edə bilərmi” sualına gəlincə, K.Əsədov bunun tamamilə yanlış olduğunu diqqətə çatdırıb: "Məktəblinin dostu layihəsində bu işi yerinə yetirənlərin konkret görəcəyi işlər, öhdəliklər, vəzifələr var. Məktəblinin dostu məktəbdə sosial fəaliyyət göstərməklə məşğuldur. 


Direktorun səlahiyyətləri var və heç bir halda kimsə direktora, onun müavininin fəaliyyətinə təsir göstərə bilməz. Eynilə də məktəblinin dostu olan şəxslər. Sadəcə olaraq bəzi məktəblərdə direktorlar vəzifələrinin öhdəsindən normal gələ bilmirlər və bu zaman onların fəaliyyət sahəsinə daxil olan məsələləri məktəblinin dostu layihəsinin iştirakçıları yerinə yetirir.


Dövlət başçısı tərəfindən təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mütəmadi işlər görülür. Cənab Prezidentimizin 15 sentyabrda 20 saylı orta məktəbin açılışı zamanı dediyi kimi, "Bakı şəhərində əmək haqqısı 500 manatdan çox olan kifayət qədər müəllim var. 


Bu gün artıq müəllimlərimizin əmək haqqı onların kifayət qədər fəaliyyət göstərməsinə stimul verir”. Məktəblinin dostu vəzifəsini yerinə yetirənlər isə aktiv tədris prosesinin iştirakçısı olmadıqlarına görə onlara stabil maaş verilir və gənclərin stimullaşdırıcı fəaliyyətinə əsas verir.


Əlbəttə, 400 manat əmək haqqı kifayət qədər normaldır və məhz bütün məktəblinin dostları onlara verilən əmək haqqının qarşısında yüksək səviyyədə fəaliyyət göstərirlər”.




Загрузка...
Həmçinin oxuyun:
ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

"Yay məktəbi" Bakıda 18 ümumtəhsil məktəbini əhatə edəcək

"Yay məktəbi" Bakıda 18 ümumtəhsil məktəbini əhatə edəcək

Məktəblinin dostu layihəsini bəyənib həyata keçirənlər bu xalqın etnopsixologiyasına yaxşı bələd deyillər

Məktəblinin dostu layihəsini bəyənib həyata keçirənlər bu xalqın etnopsixologiyasına yaxşı bələd deyillər

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Karyera planlama təlimləri davam edir

Karyera planlama təlimləri davam edir

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Zaqatalada “ən yaxşı təqdimat” müsabiqəsi  keçirilir

Zaqatalada “ən yaxşı təqdimat” müsabiqəsi keçirilir

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Sinif rəhbərinin şagirdləri və sinif kollektivini öyrənmə metodları

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob keçirilib

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fleşmob keçirilib

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

TƏHSİL MÜƏSSİSƏLƏRİ MEDİAYA AÇIQ OLMALIDIR

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

"Xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmalıdır"

"Xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmalıdır"

Müəllimi möhtərəm bil, dərsinə yaxşı qulaq as, ona tamamilə diqqət et.

Müəllimi möhtərəm bil, dərsinə yaxşı qulaq as, ona tamamilə diqqət et.

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?