Xəbərlər
29 mart 2017
3 326


Zaqatalada “ən yaxşı təqdimat” müsabiqəsi keçirilir

Zaqatalada “ən yaxşı təqdimat” müsabiqəsi  keçirilir

 

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ümumtəhsil məktəb şagirdləri arasında "Ən yaxşı təqdimat” müsabiqəsi  keçirilir.
 
Zaqatala şəhər 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən müsabiqənin rayon mərhələsində IX-XI sinif şagirdləri iştirak edəcək. Martın 28-i və 29-nu  əhatə edəcək müsabiqənin təşkili və keçirilməsi üçün Zaqatala Rayon Təhsil Şöbəsində işçi qrup və münsiflər heyəti müəyyənləşib.
 

Zaqatalada “ən yaxşı təqdimat” müsabiqəsi  keçirilir

 

Qeyd edək ki, martın 28-də 25 məktəblinin təqdimatı fərdi şəkildə dinlənilib. Növbəti gündə digər 25 məktəblinin də təqdimatı dinləniləcək və münsiflər heyəti tərəfindən müsabiqə barəsində yekun qərar veriləcəkdir.
 

Zaqatalada “ən yaxşı təqdimat” müsabiqəsi  keçirilir

 

Rayon turunun qalibi respublika turunda iştirak etmək hüququ qazanacaq.
 

Zaqatalada “ən yaxşı təqdimat” müsabiqəsi  keçirilir

 

"Ən yaxşı təqdimat” müsabiqəsinin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, Ulu öndər Heydər Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun məlumat verməsi əsas amillərdən hesab olunur.
 
Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...