AzTehsil.com


Xəbərlər
11 mart 2017
4 620


ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib



ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

 

Martın 10-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən "Məktəblinin dostu” pilot layihəsinin iştirakçıları olan məzun ASAN Könüllülərinə sertifaktların təqdim olunması mərasimi keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 
 
Tədbirdə həmçinin martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisiəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin həlak olmuş tələbələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

 

Tədbirdə Təhsil nazirinin müavini Ceyhun Bayramov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, ümumi təhsil məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
 

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

 

Əvvəlcə "Məktəblinin dostu” pilot layihəsindən bəhs edən videoçarx nümayiş olunub.
 

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

 

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, cari tədris ilində də təhsil sahəsində bir sıra mühüm əhəmiyyətə malik layihələr həyata keçirilib. Həmin layihələrdən biri olan "Məktəblinin dostu” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən həyata keçirilir.
 
Ceyhun Bayramov qısa müddətdə əhəmiyyətli işlərin görülməsinin layihənin ideyasının aydın olmasından və bu işə peşəkar yanaşmadan xəbər verdiyini deyib. Nazir müavini qeyd edib ki, müəllim-şagird-valideyn üçbucağında münasibətlərin daha səmərəli müstəviyə çıxarılması baxımından "Məktəblinin dostu”nun üzərinə mühüm vəzifələr düşür.
 

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev könüllülük fəliyyətinin əhəmiyyətindən danışaraq, könüllülük hərəkatının inkişafının, gənclərin mövcud bilik və bacarıqların daha da təkmilləşməsindəki rolunu xüsusi vurğulayıb. O, həmçinin "Məktəblinin dostu” layihəsinə məzun ASAN könüllülərinin cəlb olunması və onların bu layihəyə müsbət töhfə verməsindən məmnunluğunu ifadə edib.
 
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva paytaxtın 30 ümumi təhsil müəssisəsini əhatə edən layihə üzrə 112 nəfər əməkdaşın çalışdığını bildirib. Layihə çərçivəsində indiyədək çoxsaylı tədbirlərin keçirildiyini nəzərə çatdıran BŞTİ-nin müdiri bütün bunların məktəb mühitinin səmərəliliyini daha da artırdığını qeyd edib.
 

 

Daha sonra "ASAN Xidmət” mərkəzlərində könüllülük fəalyyətində iştirak edən "Məktəblinin dostu” seçilmiş şəxslərə sertifikatlar təqdim olunub.
Tədbirdə ASAN könüllülərinin hazırladıqları bədii kompozisiyalar nümayiş etdirilib. 
 
Qeyd edək ki, "Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər ötən ilin dekabr ayından fəaliyyətə başlayıblar.



Загрузка...