AzTehsil.com


Xəbərlər / Psixoloq
08 iyul 2018
3 274


"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?



 

 
 
Psixoloji biliklər ictimai  təcrübənin  müxtəlif sahələrinə tətbiq olunur və  böyük  fayda verir. Hər məktəbdə  psixoloji xidmətin olması mütləqdir.

Bəs, bölgələrdəki orta məktəblərdə  çalışan  psixoloqlarımız şagirdlərə yetərincə psixoloji xidmət göstərə bilirlərmi?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti  Kamran Əsədov orta məktəblərdə hər şeyi psixoloqdan gözləməyin düzgün olmadığını bildirib:

"Düzdür, ümumiyyətlə,  təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı elə orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Həmin tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdəki direktor və psixoloqlar bu sahəyə hələ də dırnaqarası yanaşırlar.  Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblərlə bağlıdır:

Birinci səbəb, bu sahənin yeni olmasıdır. Orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam maariflənməyib.  Valideyn hələ fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, maariflənmə işi daha geniş aparılmalıdır.

 İkinci səbəb isə psixoloq ştatın olsa da, psixoloji işin aparılması üçün şəraitin olmamasıdır. Heç kimə sirr deyil ki, bəzi orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs deməli, öz işləri ilə yanaşı, başqa işləri də yerinə yetirməli olurlar. Psixoloqun ştat vahidinin müəyyən olunması da psixoloji işin daha yaxşı görülməsində motivasiya vasitəsi olacaq. Məncə, ştat vahidi qaldırılmalıdır”.

Onun sözlərinə görə, orta məktəbdə çalışan psixoloqun aldığı əmək haqqı da, digər müəllimlərin aldığı məvacibə, müəyyən qədər bərabər tutulmalıdır:

"Orta məktəbdə çalışan psixoloqlar mütəmadi olaraq təlim, treninqlər keçirməlidirlər. Çünki orada, uşaqlarla yanaşı, yeniyetmələr də olur. Onların arasında konkret psixoloji rahatsızlıqları ilə yanaşı, həm davranış, ünsiyyət problemləri olan,  çətin tərbiyə edilən uşaqlar var. Orta məktəb psixoloqları da nə formada işləmək lazım olduğunu  bilməli  və bu haqda bilgilənməlidir.

 

Xoşagəlməz fakt odur ki, son vaxtlar intihar edənlərin çoxu orta məktəb şagirdlərdir. Əslində, bunun birbaşa olmasa da, dolayısı ilə əlaqəsi var. Uşağın yalnız orta məktəb psixoloqu işini görmədiyinə görə intihar etməsini demək etik olmaz. Çox vaxt valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətdə konflikt olur və  valideyn övladının daxili psixoloji problemini vaxtında təyin edə bilmir. Uşaq gündə dörd saat məktəbdə olursa, digər vaxtları evdə olur. Bu sırf psixoloqla bağlı deyil.  Valideynlərin məsuliyyətini qabartmaq lazımdır. Yəni, hər şeyi də psixoloqdan gözləmək düzgün deyil.  Psixologiya yeni sahədir və orta məktəbdə çalışan psixoloqların bir qismi ixtisas dəyişəndən sonra, bu psixoloji xidməti yaxşı yerinə yetirməsi üçün onlara vaxt verməli, təkmilləşdirilmələri istiqamətində əlimizdən gələni etməliyik.”

Ekspert son illər ərzində Təhsil Nazirliyinin orta məktəb psixoloqlarına xüsusi  qayğı göstərdiyini vurğulayıb:

"Xeyli təlimlər keçirilir. Məsələ burasındadır ki, ştat vahidinin verilməsi bir az vaxt tələb edir. Məncə, bunu həyata keçirərlər. Çünki, eyni proses səhiyyədə də baş verir. Klinik psixoloqlar səhiyyə tibb müəssisələrində çalışırlar. İndi məsələ qoyulur ki, onlar da həkimlər qədər əmək haqqı alsınlar. Eləcə də orta məktəbdə, onların ştat vahidini həftəlik 12 saat götürürlər və düşünürəm ki, bunu artırmaq olar.

Psixoloqun öz otağı olmalıdır ki, testlər edə, fərdi söhbətlərlə yanaşı, yeri gəlsə, ailə ilə də söhbətlərapara bilsin.

Təəssüf ki,  bizim insanlarda hələ psixoloqa ödəniş etmək yanaşması tam formalaşmayıb. Bizim insanlar yarım saat bir müğənniyə 5 min manat pul saya bilirlər. Amma, psixoloq bir saat məşğul olur və uşaq, ailə və yeniyetmənin problemini həll edir. 25 manata maksimum isə 30 manata və bu ödənişə "baha” deyirlər.

Biz cəmiyyət olaraq məktəbdə psixoloqu qəbul etmirik və çox pis baxırıq. Yalnız övladlarımızın fiziki inkişafı deyil, həmdə psixoloji cəhətdən inkişafı üçün işlər görməliyik.

Ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, orta məktəblərdə çalışan psixoloqların özünə psixoloq lazımdır.”

Quba şəhəri  Texniki təmayüllü Liseyin psixoloqu  Qasımova  Fatiməxanımın  sözlərinə görə isə, bəzi müəssisələrdə başqa ixtisas saibləri psixoloq kimi fəaliyyət göstərirlər:

 "Sırf psixoloq ixtisasartırması keçdiklərinə görə bu sahədə fəaliyyət göstərirlər. Amma sonradan ixtisaslarını artırıb, öz üzərində işləyən psixoloqlar da az deyil.  Hazırda daha çox  ali təhsilli  ixtisaslı psixoloqlara üstünlük verilir. Onlar uşaqlarla  müxtəlif  testlər keçirməli, inkişafetdirici oyunlar aparmalı, xarakterlərini, özünə inam, yaradıcılıq xüsusiyyətlərini  aşkara çıxarmaq üçün daha geniş  miqyaslı iş aparmalıdırlar.”

Onun sözlərinə görə,bəzi müəssisələrdə bu yaxşı formada getdiyi hallarda digər müəssisələrdə bu getməyə bilər:

" İxtisaslı psixoloq 4 il ərzində öz ixtisasına yiyələnir, nəzəri biliklərlə yanaşı, 3 il təcrübə keçir, əldə etdiyi bilikləri  şagirdlərə tətbiq edirlər. Bu ixtisaslı kadrların şagird psixologiyasına müsbət təsiri var.  Demək olmaz ki, ixtisasartırma keçən psixoloqlarda nöqsanlar var.  Bunu müqayisə etmək çətindir. Çünki 4 il nəzəri  öyrənən mütəxəssis psixoloqla  6 ay kurs keçən psixoloq arasında  fərq  aydındır. Hər bir halda. ən azından, onlar öyrənməyə çalışırlar  öyrənməyə, araşdırmağa çalışırlar. Təbii ki, hamısına aid deyil. İndi elə psixoloqlar var ki, maaş xatirinə ştatda qalıb fəaliyyət göstərirlər.”
 

 

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

 





Загрузка...
Həmçinin oxuyun:
Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”

Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Ailədaxili münaqişənin uşaqlara dəhşətli təsiri – TEZ-TEZ XƏSTƏLƏNMƏ, ÖZÜNÜTƏCRİD...

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur?

Orta məktəblərdə riyaziyyat fənni düzgün tədris olunur?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Diaqnostik Qiymətləndirmədən keçmiş müəllimlər nəyi gözləyirlər?

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

Orta məktəblərdə çalışan laborantlar nə ilə məşğuldur?

Orta məktəblərdə çalışan laborantlar nə ilə məşğuldur?