AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn / Müəllim
14 may 2018
2 769


Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”




 

 

 

Hər il qəbul imtahanlarında aşağı nəticə göstərən abituriyentlərin bir neçəsinin intihar xəbərini alırıq. Dünən  DİM-in II və  III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib. Amma hələ nəticələr bəlli olmamış artıq iki abituriyentin özünü hündürmərtəbəli binadan ataraq intihar etməsi ilə bağlı məlumatlar yayılıb. Abituriyentlərin əksəriyyəti yeniyetmə olduğuna görə psixoloji diqqətrə daha çox ehtiyacları var. Bəs imtahandan sonrakı depressiv halların və intiharın səbəbləri nələrdir?  Bunları necə aradan qaldırmaq olar?

 

 


Mövzu ilə bağlı AzEdu.az-a danışan psixoloq Elnur Rüstəmov valideynlərin övladlarının psixi hazırlığına diqqət etmədiklərini qeyd edib:




"Biz həmişə deyirik ki, abituriyentlərə fənn  hazırlığı ilə paralel psixoloji hazırlıq da vacibdir. Məsələ burasındadır ki, bizdə valideynlərdə, abituriyentlər də yalnız fənn hazırlığına üstünlük verirlər. Övladının psixoloji durumu valideynlər üçün arxa planda olur. Abituriyentlərin böyük qismi yeniyetmələrdir. Onların müəyyən narahtlığı ola bilər. Təşviş, həyəcan, diqqət pozuntusu, depressiya, kompulsiv pozuntudan əziyyət çəkə bilərlər. Onlar da insandırlar. Onlarda intihar düşüncələri də yarana bilər. İmtahandan sonra bunlar daha da kəskinləşir. Biz demək olar ki, hər il qəbul imtahanlarında bu kimi hallarla rastlaşırıq”.


O, abituriyentdə bu gərginliyi yaradan səbəbləri izah edib:


"Bizim cəmiyyət qəbul prosesini qabardır, amma bu, şagird üçün də mühüm mərhələdir.  Çünki 11 ilin zəhməti bu imatahanlarda ortaya çıxır. Biz nə qədər desək də ki, hər kəs təhsil almaq məcburiyyətində deyil, bu abituriyentə təsir edir. Onun da duyğuları var.  Cəmiyyətin də həmin abituriyentdən gözləntisi var. Onu görən hamı soruşur ki, necə oxuyursan? Nə qədər bal toplayırsan? və s. Bu da dolayı yolla abituriyentdə məsuliyyət və gərginlik formalaşdırır. Psixoloji kitabları oxumaqla da problem həll olmur. Çünki abituriyentin buna ilk  növbədə  vaxtı yoxdur”.


Psixoloq qəbul imtahanı zamanı abituriyentlərin ən çox yol verdiyi səhvlərə də aydınlıq gətirib:


"Valideynlərə üzümü tutub deyirəm ki, övladlarının fənn hazırlığı ilə bərabər psixoloji hazırlığına da önəm versinlər. Düzdür, intihar edən abituriyentin bütün məsuliyyətini valideyninin üzərinə qoymaq da düzgün olmaz.  Mən inanıram ki, hər kəs övladına görə narahat, gərgindir. Ola bilər ki, kimsə bezsin, nəsə ağır  söz desin. Amma bu, intihar üçün əsas olmamalıdır. Psixoloji hazırlıq diqqətdə olmalıdır. Bununla bağlı müxtəlif  seminar və treninqlər keçirilir. Yaxşı olardı ki, belə treninqlər çox olsun. Azərbaycanda kifayət qədər özəl tədris mərkəzləri var. Onlar həmin abituriyentlərə  psixoloji hazırlığı daha geniş formada keçirə bilərlər. Eyni zamanda, abituriyentlər fərdi şəkildə də psixoloq seansları ala bilərlər. Bu, onların öz bildiklərini tam şəkildə yazmalarına yardımçı olacaq. Çünki müşahidə edirik ki, əksər abituriyentlərin səhvi mexaniki olur. Adi hesablamada səhv edir, iki cavab arasında qalır, sualı sonacan oxumur, təsdiqi təkzib kimi başa düşür. Bundan dolayı böyük stres keçirirlər. Bəziləri isə sual kitabçasından cavab kartına köçürəndə  yanlışa yol verir”.



 




Загрузка...
Həmçinin oxuyun:
Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

HƏDƏF kursları  "Abituriyentlərin imtahana psixoloji hazırlığı”  adlı layihə həyata keçirtdi

HƏDƏF kursları "Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirtdi

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

Psixoloqdan abituriyent valideynlərinə ÇAĞIRIŞ: “Göstərdiyiniz təzyiq övladınızı uğursuzluğa aparır”

Psixoloqdan abituriyent valideynlərinə ÇAĞIRIŞ: “Göstərdiyiniz təzyiq övladınızı uğursuzluğa aparır”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Abituriyentlərin nəzərinə! - İmtahanın vaxtı bilindi

Abituriyentlərin nəzərinə! - İmtahanın vaxtı bilindi

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Uşaqlar bu səbəbdən intihar edir - Valideynlər DİQQƏT!!!

Uşaqlar bu səbəbdən intihar edir - Valideynlər DİQQƏT!!!

Abituriyentlərin valideynləri DİM-dən narazılıq etdi, qurum isə “bazar günü işləmir” cavabını VERDİ

Abituriyentlərin valideynləri DİM-dən narazılıq etdi, qurum isə “bazar günü işləmir” cavabını VERDİ

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Abituriyentlər və valideynlər diqqət! Qəbul imtahanında uğursuz olmamaq üçün bu sosial çarxı izləyin

Abituriyentlər və valideynlər diqqət! Qəbul imtahanında uğursuz olmamaq üçün bu sosial çarxı izləyin

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Almaz Həsrət: “Əsrlər, illər əvvəl kəşf olunan əşyalar, baş verən hadisələri bilmək təhsil meyarı olmamalıdır”

Almaz Həsrət: “Əsrlər, illər əvvəl kəşf olunan əşyalar, baş verən hadisələri bilmək təhsil meyarı olmamalıdır”

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir