AzTehsil.com


Xəbərlər / Valideyn
13 mart 2020
1 895


Şagirdlər üçün teledərslər



Şagirdlər üçün teledərslər

 

Təhsil Nazirliyi yanında İctimai Şura COVID-19 koronavirus infeksiyası ilə bağlı yaranmış mövcud vəziyyəti və çıxış yollarını müzakirə edib


Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın ölkədə təhsil, təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması ilə bağlı növbəti iclası keçirilib. İclasda şura üzvləri ilə yanaşı, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, KİV nümayəndələri iştirak edib.

 

İclası açıq elan edən Şuranın sədri, professor Şahlar Əsgərov ölkəmizdə COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təhsil sahəsində qəbul edilmiş qərarlardan, təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması məsələlərindən danışıb. Təhsil Nazirliyinin alternativ vasitələrdən istifadə edərək təlim prosesini elektron tədris resursları və "Mədəniyyət” kanalında gedən teledərslərlə aradan qaldırmaq təşəbbüsünü yüksək qiymətləndirib. Sonra şura üzvləri məsələyə münasibət bildiriblər.

 

"12 dərs günü təlim prosesinə bir o qədər də ciddi təsir etməz”

 

Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov məsələ ilə bağlı öz fikirlərini şura üzvləri ilə bölüşüb, bir sıra təkliflər irəli sürüb. 

 

Şagirdlərin sağlamlığının hər şeydən öndə olduğunu deyən Nadir İsrafilov proqram materiallarının birləşdirilərək keçirilməsi təklifini irəli sürüb: "Düşünürəm ki, 12 dərs günü təlim prosesinə bir o qədər də ciddi təsir etməz. Lakin buna baxmayaraq proqram materiallarının birləşdirilərək keçirilməsini məqbul hesab edirəm.  Bundan başqa, fakültativ məşğələ və dərnəklərdən istifadə etməklə də keçirilməyən dərsləri kompensasiya etmək mümkündür”.

 

"Təhsil Nazirliyinin yaranmış vəziyyətdə ən optimal variantlardan istifadə etdiyini düşünürəm”

 

Şuranın digər üzvü, Milli Məclisin deputatı Etibar Əliyev də mövcud durumla bağlı öz fikirlərini bildirib. Dünyanı bürüyən bu virusdan qorunmağın ən vacib məsələ olduğunu deyən E.Əliyev şagirdlərin sağlamlığının hər şeydən üstün olduğunu diqqətə çatdırıb. Şagirdlərin elektron dərsliklərdən istifadə etməsinin ən doğru qərar olduğunu, bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən aparılan operativ tədbirləri təqdirəlayiq hal kimi qiymətləndirib: "Bir neçə il bundan öncədən Təhsil Nazirliyi tərəfindən elektron dərslik bazası yaradılıb. Bundan başqa, e-dərslik portalı, videodərslər də mövcuddur ki, burada mövzular çox aydın şəkildə izah olunur. Şagirdlər portaldan istifadə etməklə mövzuları interaktiv üsullarla da öyrənə bilər. Burada şəkilli oyunlarla, digər vasitələrlə dərslər aydın şəkildə izah olunur. "Mədəniyyət” kanalında aparılan teledərslər isə internetə çıxışı olmayan şagirdlər üçün bir pəncərə açır. Məncə, burada şagirdlərin və valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Təhsil Nazirliyinin yaranmış vəziyyətdə ən optimal variantlardan istifadə etdiyini düşünürəm”.

 

"Aşağı siniflərdə dərslərin kompensasiya edilməsi zamanla öz yerini tapacaq”

 

Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov da məsələ ilə bağlı fikir bildirib və təkliflərini irəli sürüb. O, panika və ajiotaj yaradılmadan mövcud vəziyyətdən çıxış yollarının axtarıldığını, Təhsil Nazirliyinin bu istiqamətdə ciddi addımlar atdığını deyib: "Mən də düşünürəm ki, sağlamlıq hər şeydən vacibdir. Burada xüsusi diqqət yetirməli olduğumuz məsələ abituriyentlərlə bağlıdır. Aşağı siniflərdə dərslərin kompensasiya edilməsi zamanla öz yerini tapacaq. Lakin abituriyentlərlə bağlı  elə qərarlar verilməlidir ki, onlar bu məsələdə zərər görməsin”. Təhsil ictimaiyyətinin mövcud durumda daha diqqətli olmasını, rəsmi məlumatlara istinad etmələrinin daha doğru olduğunu da deyən məsul katib hazırkı durumla bağlı bir sıra təkliflər irəli sürüb.

 

"Bu vasitələrlə mövcud vəziyyəti idarə etmək mümkündür”

 

Şuranın digər üzvü Ülviyyə Mikayılova ali təhsil müəssisələrində mövcud durumla bağlı fikirlərini bildirib. O, ali təhsil müəssisəsində çalışan bir şəxs kimi hazırda tələbələrə elektron poçt vasitəsilə mühazirələrin mətnlərinin göndərildiyini, beləliklə də tələbələri istiqamətləndirdiklərini vurğulayıb: "Tədris proqramlarının mənimsənilməsi, tələbələrin geridə qalmaması üçün ən optimal variant mühazirələri və mövzuları tələbələrə elektron poçt vasitəsilə göndərməkdir. Düşünürəm ki, bu vasitələrlə mövcud vəziyyəti idarə etmək mümkündür”.

 

"Nazirlik məsələni ciddi şəkildə nəzarətdə saxlayır”

 

Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib ki, Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixli müvafiq qərarına əsasən təhsil müəssisələrində yaranmış vəziyyətlə bağlı tədbirlər həyata keçirilir, dezinfeksiya işləri aparılır. Məsələ ilə bağlı Təhsil Nazirliyinin özündə də operativ qərargah yaradılıb. Hazırda verilən qərarlara görə, 12 tədris günü müddətində dərslərin təxirə salındığını deyən nazir müşaviri  şagirdlərin tədris proqramlarından geri qalmaması məqsədilə bir sıra tədbirlər görüldüyünü, "Mədəniyyət” kanalı vasitəsilə teledərslərə start verildiyini diqqətə çatdırıb. Elnur Məmmədov onu da qeyd edib ki, nazirlik məsələni ciddi şəkildə nəzarətdə saxlayır. Təhsil ictimaiyyətinə dezinformasiyalara inanmamağı və yalnız nazirlik tərəfindən verilən rəsmi informasiyalara  istinad olunması tövsiyə edilib.

 

Nazirliyin e-dərslik.edu.az portalında 232 dərslik, video.edu.az portalında isə 1621 dərs mövcuddur

 

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov elektron tədris resursları haqqında şura üzvlərinə ətraflı məlumat verib. Bildirilib ki, elektron tədris resursları məhz bu kimi hallarda öz əhəmiyyətini daha da artırır. Vüsal Xanlarov onu da qeyd edib ki, bir neçə il ərzində nazirlik İT sistemlərinin təhsil sahəsində tətbiqi baxımında müxtəlif istiqamətlərdə işlər görüb: "Bura məzmunla bağlı iki əsas resurslar da daxildir. Bunlardan biri elektron dərslik portalıdır. Hazırda portalda 232 dərslik elektronlaşdırılıb və həmin portalda yerləşdirilib. Digər ən böyük resurs isə video.edu.az portalıdır. Biz son bir il ərzində həmin portalı kifayət qədər zənginləşdirmişik. Hazırda həmin portalda 1621 dərs mövcuddur. Onu da qeyd edim ki, şagirdlər bu vasitələrdən istifadə etməklə yanaşı, həmçinin öz biliklərini də yoxlaya bilərlər. Portal buna da imkan yaradır”.

 

Şuranın iclasında üzvlərdən Mirzə Cəfərzadə, Mais Əliyev, Elmina Kazımzadə və KİV nümayəndələri də bir sıra təkliflə çıxış ediblər.

 

İclasın sonunda Təhsil Nazirliyi yanında İctimai Şuranın ölkədə təhsil, təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması ilə bağlı təhsil prosesi iştirakçılarına müraciəti səsləndirilib. Müraciətdə deyilir:

 

"Ölkəmizdə COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təhsil sahəsində qəbul edilmiş qərarla bağlı KİV-lərdə, sosial mediada heç bir obyektiv əsasa söykənməyən və insanlar arasında çaşqınlıq yaradan dezinformasiya xarakterli məlumatların yayılması hallarına yol verilir. Yaranmış vəziyyətlə əlaqədar olaraq İctimai Şura məsələni müzakirə etmiş və bununla bağlı bəzi məqamları vətəndaşların diqqətinə çatdırmağı zəruri hesab etmişdir:

 

İctimai Şura təhsil prosesi iştirakçılarının sağlamlıqlarının daha önəmli olduğunu əsas götürərək təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar təlim-tədris prosesində yaranmış fasilənin cari ilin mart ayının 27-dək təxirə salınmasını mövcud duruma adekvat qərar kimi qiymətləndirir.

 

İctimai Şura təhsil ictimaiyyətini hazırkı vəziyyətdə çaşqınlıq yaratmağa, əhalini gərgin psixoloji duruma gətirib çıxaran qeyri-peşəkar yanaşmalara və qeyri-rəsmi məlumatlara inanmamağa, onları yaymamağa, yalnız Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin, digər aidiyyəti dövlət orqanlarının və qurumların yaydığı rəsmi məlumatlara istinad etməyə çağırır.

 

Təhsil müəssisələrinin müvəqqəti olaraq bağlanması ilə təlim-tədris prosesində yaranmış geriliyin aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq ehtiyat variantları mövcuddur və bunun bir nümunəsi olaraq 10 mart 2020-ci il tarixindən başlayaraq "Mədəniyyət” kanalında tele-dərslərə start verilmişdir.

 

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən son məlumata görə, ölkəmizdə vəziyyət ciddi nəzarətdədir və aidiyyətı qurumlar virus təhlükəsinin genişlənməməsi üçün bütün zəruri tədbirləri həyata keçirirlər. Buna baxmayaraq İctimai Şura valideynləri yaranmış vəziyyətlə bağlı daha məsuliyyətli olmağa, uşaqlarına daha çox zaman ayırmağa, onları insanların çox olduğu kütləvi yerlərə buraxmamağa, şəxsi gigiyena qaydalarına ciddi əməl etmələrinə çağırır”.
muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

Təhsil Nazirliyi teledərslərlə bağlı daha bir yenilik edəcək-RƏSMİ

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

Teledərslərə start verilir

Teledərslərə start verilir

Təhsil Nazirliyinin portalına 1300-ə yaxın videodərs yerləşdirilib

Təhsil Nazirliyinin portalına 1300-ə yaxın videodərs yerləşdirilib

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Məktəbli formaları - rahat və uyğun

Məktəbli formaları - rahat və uyğun

Buraxılmış dərslərin bərpa olunması ilə bağlı variantlar nəzərdən keçirilir

Buraxılmış dərslərin bərpa olunması ilə bağlı variantlar nəzərdən keçirilir

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

Lənkəranda İctimai Şura üzvləri ilə görüş

İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib

İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Təhsil müəssisələrində Pedaqoji Şura

Təhsil müəssisələrində Pedaqoji Şura

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə