AzTehsil.com


Xəbərlər
11 mart 2020
1 730


Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib



 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın ölkədə təhsil, təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması ilə bağlı təhsil prosesi iştirakçılarına müraciəti


 Ölkəmizdə "Covid-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təhsil sahəsində qəbul edilmiş qərarla bağlı KİV-lərdə, sosial mediada heç bir obyektiv əsasa söykənməyən və insanlar arasında çaşqınlıq yaradan dezinformasiya xarakterli məlumatların yayılması hallarına yol verilir.Yaranmış vəziyyətlə əlaqədar olaraq İctimai Şura məsələni müzakirə etmiş və bununla bağlı bəzi məqamları vətəndaşların diqqətinə çatdırmağı zəruri hesab etmişdir:


 İctimai Şura təhsil prosesi iştirakçılarının sağlamlıqlarının daha önəmli olduğunu əsas götürərək təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar təlim-tədris prosesində yaranmış fasilənin cari ilin mart ayının 27-dək təxirə salınmasını mövcud duruma adekvat qərar kimi qiymətləndirir.


İctimai Şura təhsil ictimaiyyətini hazırkı vəziyyətdə çaşqınlıq yaratmağa, əhalini gərgin psixoloji duruma gətirib çıxaran qeyri-peşəkar yanaşmalara və qeyri-rəsmi məlumatlara inanmamağa, onları yaymamağa, yalnız Nazirlər Kabinetinin, Təhsil nazirliyinin, digər aidiyyəti dövlət orqanlarının və qurumların yaydığı rəsmi məlumatlara istinad etməyə çağırır. 


Təhsil müəssisələrinin müvəqqəti olaraq bağlanması ilə təlim-tədris prosesində yaranmış geriliyin aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq ehtiyat variantları mövcuddur və bunun bir nümunəsi olaraq 10 mart 2020-ci il tarixindən başlayaraq "Mədəniyyət” kanalında tele-dərslərə start verilmişdir.


Nazirlər Kabineti yanında operativ qərargahdan verilən son məlumata görə ölkəmizdə vəziyyət ciddi nəzarətdədir və aidiyyətı qurumlar virus təhlükəsinin genişlənməməsi üçün bütün zəruri tədbirləri həyata keçirirlər. Buna baxmayaraq İctimai Şura valideynləri yaranmış vəziyyətlə bağlı daha məsuliyyətli olmağa, uşaqlarına daha çox zaman ayırmağa, onları insanların çox olduğu kütləvi yerlərə buraxmamağa, şəxsi gigiyena qaydalarına ciddi əməl etmələrinə çağırır. 




Загрузка...
Həmçinin oxuyun:
Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama

Bağça, məktəb və universitetlərin bağlanması müddəti artırıldı – Rəsmi

Bağça, məktəb və universitetlərin bağlanması müddəti artırıldı – Rəsmi

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

Lənkəranda İctimai Şura üzvləri ilə görüş

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Təhsil nazirindən mühüm - ƏMR

Təhsil nazirindən mühüm - ƏMR

İctimai Şuraya seçkilərin tarixi

İctimai Şuraya seçkilərin tarixi

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

İctimai Şura üzvləri Lənkəran Dövlət Universitetində olub

İctimai Şura üzvləri Lənkəran Dövlət Universitetində olub

Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatı

Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatı

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Uzadılmış tətil müddəti müəllimlərin maaşına necə təsir göstərəcək?-Ekspert şərhi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

Azərbaycanda Novruz şənlikləri ləğv edildi - QƏRAR

Azərbaycanda Novruz şənlikləri ləğv edildi - QƏRAR