AzTehsil.com


Xəbərlər / Ziyalılar / Ekspert
22 noyabr 2019
1 688


“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”



“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

 

"Son sözü fəaliyyətimizin nəticələri deyəcək... Nəticələr isə, bir çox halda maraqlı tərəflərin tərəfdaşlığından və dəstəyindən asılı olacaq.”

Məlum olduğu kimi Nazir Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmri iləTəhsil Nazirliyi yanında İctimai Şura yaradılıb. İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin və onu strukturlarının fəaliyyətində aşkarlığın və şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır. Başqa sözlə İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurumdur.

Ötən müddət ərzində Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti ilə əlaqədar görülmüş işlərə müəyyən aydınlıq gətirmək üçün bir neçə sualla "Şura”nın sədr müavini Nadir İsrafilova müraciət etdik:

Nadir müəllim Şuranın məqsəd və vəzifələri barədə əlavə olaraq nə deyə bilərsiniz?

Şuranın məqsəd və vəzifələri barədə kifayət qədər deyilib və yazılıb. Sadəcə olaraq bir daha xatırlada bilərəm ki, Təhsil Nazirliyi yanında İctimai Şura Ölkə Başçısının sərəncamı ilə təsdiq olunmuş "İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanunu”nun tələblərinə uyğun olaraq Təhsil Nazirinin müvafiq əmrinə əsasən yaradılıb. İctimai iştirakçılığın məqsədi isə Qnunvericiliklə nəzərdə tutulan vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, həmin orqanlar ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, insan və vətəndaş hüquqlarının müdafiəsindən ibarətdir.

Ötən müddət ərzində "Şura” tərəfindən konkret olaraq nə kimi işlər görülüb?

Konkret desək, az iş görülməyib. "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsillə bağlı məsələlərin həllində ictimai dəstək qazanılması üçün effektiv icra mexanizminin formalaşdırılmasına xüsusi önəm verilir və yeni yaradılan İctimai Şura bu baxımdan əhəmiyyətli rola malik olacaq. Bir daha vurğulayıram ki, Nazirlik yanında bu qurumun yaradılmasında əsas məqsəd Nazirlik və onun strukturlarının fəaliyyətində aşkarlıq və şəffaflığı artırmaq, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı münasibəti gücləndirmək və maarifləndirmə işlərini genişləndirməkdən ibarət olduğundan əsas diqqətimiz məhz bu və kimi məsələlərə yönəldilib. Bir az da konkretləşdirsək təşkilatı məsələlər əsasən həllini tapıb, Şuranın Əsasnaməsi təsdiq olunub, bir neçə müzakirə və dinləmə keçirilib, Fəaliyyət planımız yekunlaşma mərhələsindədir.

Fəaliyyət planı demişkən, hesab etmirsiniz ki, onun təsdiqi kifayət qədər ləngiyir?

Hesab etmirəm. Çünki, Fəaliyyət planı təkcə, Şuranın 11 üzvünün planı deyil. Şurada təhsil sahəsi üzrə elə peşəkarlar təmsil olunub ki, bu planı 1-2 saata, ən uzağı 1-2 günə hazırlaya bilərdilər. Bizim üçün maraqlı tərəflərin fikirləri, onların rəy və təkıifləri daha önəmlidir. Rəy və təkliflər isə durmadan daxil olmaqda davam edir. Bunları nəzərdən keçirmək, təhlil etmək və ümumiləşdirmək isə vaxt aparır. Bir də ki, Fəaliyyət planının təsdiq edilməməsi o anlama gəlmir ki, biz loru dildə desək qollarımızı sallayıb oturmuşuq. Bu müddə ərzində Şuranın WhatsApp qrupu, Feysbukda ayrıca səhifəsi yaradılıb, digər təşkilati və texniki məsələlər həllini tapıb, bir sıra müştərək tədbirlərdə iştirakımız təmin olunub və s.

Əgər sirr deyilsə Fəaliyyət planında nə kimi məsələlər nəzərdə tutmusunuz?

Sirr deyil. Əgər təmsil olunduğumuz Şura məznun və mahiyyət etibarı ilə ictimai xarakter daşıyırsa, hansı gizli məqamlardan söhbət gedə bilər və ya ictimaiyyətdən gizli nə saxlaya bilərik ki... Tamamlama işləri başa çatan kimi, növbəti həftələrin birində Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə keçirilən toplantımızda geniş ictimaiyyət bu barədə ətraflı məlumatlandırılacaq. Təkcə onu deyə bilərəm ki, Fəaliyyət planı mövcud Qanununvericiliyin tələbləri əsasında hazırlanmış İctimai Şuranın Əsasnaməsinə müvafiq maddə və müddəlar əsasında tərtib olunur. Planda İctimai Şuranın nəzdində ayrıca ekspert qrupunun, habelə təhsilin ayrı-ayrı pillələri, birgə əməkdaşlıq, əlaqələndirmə və tənzimləmə istiqamətləri üzrə Şura üzvləri və digər aidiyyatı mütəxəssislərdən ibarət komissiyaların yaradılması belə nəzərdə tutulub.

Son olaraq Şuranın fəaliyyəti barədə nə əlavə edə bilərsiz?

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da nəzərdə tutulduğu kimi əsas hədəflərdən biri kimi təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi, maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə idarə olunmasının təmin edilməsinə nail olmaq əsas vəzifələrimizdən biridir. Bu baxımdan Şura cəmiyyətə açıq bir qurumdur. Maraqlı tərəflərlə birgə əməkdaşlıq və tərəfdaşlıq ümumi işimizin yalnız xeyrinə ola bilər. Son sözü əlbəttə ki, fəaliyyətimizin nəticələri deyəcək. Nəticələr isə, bir çox halda məhz maraqlı tərəflərin tərəfdaşlığından və dəstəyindən asılı olacaq...

Müsahibəyə görə təşəkkür edirik. moderator.az 



Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil nazirindən mühüm - ƏMR

Təhsil nazirindən mühüm - ƏMR

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

İctimai Şuraya seçkilərin tarixi

İctimai Şuraya seçkilərin tarixi

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

Müəllimlərin çoxdan gözlədikləri qərar

Müəllimlərin çoxdan gözlədikləri qərar

Təhsil müəssisələrində Pedaqoji Şura

Təhsil müəssisələrində Pedaqoji Şura

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

Pedaqoji Şura  haqqında  Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi