Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib
Bu gün Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın fəaliyyət planının müzakirəsi keçirillib.
AzTehsil.com xəbər verir ki, Təhsil Nazirliyinin nəzdində yaradılmış İctimai Şuranın sədri professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, məsul katib İlqar Orucov və şura üzvü Etbar Əliyevin təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil ekspertləri Məlahət Mürşüdlü, Nisə Cavanşir, Nabatəli Qulamoğlu, Məhəmməd Bayramov, Elşən Qafarov, Kamran Əsədov, Fərman Abullayev, İlham Əhmədov, AVMA – nın icraçı direktoru Şahin Rəcəb, Məktəb guşəsi jurnalının və Mektebgushesi.az saytının baş redaktoru Məzahir Məmmədlinin iştirakı ilə təhsilimizin qarşısında duran problemlər müzakirə edilib və şuranın fəaliyyət planı ilə bağlı təklifləri dinlənilib.
Geniş müzakirələrdən sonra təklifləri ümumiləşdirmək məqsədi ilə işçi qrup yaradılıb. Yaxın günlər ərzində müzakirədə səslənmiş təkliflər də nəzərə alınmaqla, şuranın fəaliyyət planı təsdiq ediləcək.