Xəbərlər
05 sentyabr 2019
1 438


Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

 

 
Təhsil Nazirliyi nazirlik yanında İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirib. 

AzTehsil.com xəbər verir ki, Nazirlikdən "Report"a bildirilib ki, şuraya seçkilərin keçirilməsində yalnız təşkilatçı qismində çıxış ediblər. 

Qeyd olunub ki, İctimai Şuraya üzv seçilmək istəyən hər bir şəxs sənədləri qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olduğu halda qeydiyyatdan keçərək bu prosesə qatıla bilər: "Sənədləri qaydalara uyğun olan hər bir namizəd rəsmi qeydiyyata alınıb. Təhsil Nazirliyi İctimai Şuranın tərkibini müəyyən etmir. Şuranın tərkibini vətəndaş cəmiyyəti institutlarının nümayəndələri seçib. Həmçinin seçki prosesi sonadək videoyazıya alınıb və "Təhsil” televiziyası tərəfindən canlı yayımlanıb. Səsvermə tam aşkar şəraitdə keçirilib və nəticələr yerindəcə elan olunub".

Həmçinin bildirilib ki, seçki prosesinin təşkili və nəticələri ilə bağlı Təhsil Nazirliyinə heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, sentyabrın 4-də keçirilən tədbirdə səsvermənin nəticəsinə əsasən, İlqar Orucov, Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Anar Vəliyev, Mirzə Cəfərzadə, Asif Cahangirov, Mais Əliyev və Hikmət Əlizadə İctimai Şuraya üzv seçiliblər. 

Bəzi şəxslər iddia edirlər ki, şura üzvlərindən 2-3 nəfəri çıxılmaqla əksəriyyəti ictimaiyyət nümayəndəsi deyil.

Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

İctimai Şuraya seçkilərin tarixi

İctimai Şuraya seçkilərin tarixi

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil nazirindən mühüm - ƏMR

Təhsil nazirindən mühüm - ƏMR

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

DİM: İctimai Şuraya üzv olmaq istəyənlərin qeydiyyatı başa çatıb

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı

LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

Şura üzvləri: Apelyasiyaya müraciətlər 1 faizdən də aşağıdır

Şura üzvləri: Apelyasiyaya müraciətlər 1 faizdən də aşağıdır

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

Təhsil Naziri tədris ilinin uzadılması ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Naziri tədris ilinin uzadılması ilə bağlı narazılıqlara münasibət bildirib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Təhsil müəssisələrində Pedaqoji Şura

Təhsil müəssisələrində Pedaqoji Şura

Dərsliklərlə bağlı ictimai rəy öyrəniləcək

Dərsliklərlə bağlı ictimai rəy öyrəniləcək

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi davam edir

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi davam edir

Pedaqoji Şura  haqqında  Əsasnamə

Pedaqoji Şura haqqında Əsasnamə

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov

“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov