Şura üzvləri: Apelyasiyaya müraciətlər 1 faizdən də aşağıdır
UNEC-də qış imtahan sessiyası ilə bağlı növbəti "Açıq qapı” günü keçirilib.
Aztəhsil.com xəbər verir ki, UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, "Açıq qapı” günündə UNEC-in rektoru, professor Ədalət Muradovla birlikdə İctimai Nəzarət Şurasının üzvləri millət vəkili Hikmət Babaoğlu, "XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev və "525-ci qəzet”in müxbiri Sevinc Qarayeva da iştirak ediblər.
"Açıq qapı”ya daxil olan müraciətlər əsasən, imtahan nəticələrinin yüksəldilməsi və intizam qaydalarının pozulması ilə bağlı olub. Müraciətlər dinlənildikdən sonra onların araşdırılması və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün rektor aidiyyatı struktur rəhbərlərinə tapşırıqlarını verib.
Qəbuldan sonra imtahanların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Qış imtahan sessiyasında bakalavr pilləsi üzrə 12 min tələbənin ümumilikdə 72 min imtahan verdiyi bildirilib.
Qeyd olunub ki, imtahanlarla bağlı 1346 apelyasiya ərizəsi (0,53%) daxil olub ki, onlardan da yalnız 239-u əsaslı sayılıb, 760 ərizə isə baxılmaqdadır. Şura üzvləri apelyasiya ərizələri və müraciətlərin azlığını yüksək qiymətləndirərək bunu UNEC-də tədris və imtahanların yüksək səviyyədə təşkil olunmasının müsbət nəticəsi kimi dəyərləndiriblər.
Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”
İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC
BSU-da qış imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib
UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər
LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı
“Ali təhsil ocaqları imtahanların təşkilini ictimaiyyət üçün açıq elan etməlidir”
ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.
UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq
Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”
Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...
ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir
Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir
700 bal toplayan abituriyentlər UNEC-də
Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər
UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində
UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq
LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.
ADU-da növbəti mediatur təşkil olunub - Fotolar
UNEC-in keyfiyyət elçiləri ilə görüş
UNEC tələbələrindən nümunəvi addım
Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında
UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə
Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub
Hacettepe Universiteti UNEC-i seçir