AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
14 fevral 2020
2 540


Məktəbli formaları - rahat və uyğun



Məktəbli formaları - rahat və uyğun

 

Təhsil Nazirliyi yanında İctimai Şurada müzakirələr keçirilib

Məlumdur ki, dinamik inkişaf edən təhsil sistemində yeniliklər bir-birini sürətlə əvəzləyir. Baş verən müsbət dəyişikliklərin və yeniliklərin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması və təşviqi olduqca mühüm əhəmiyyət kəsb edir. Təhsil Nazirliyi yanında yaradılan İctimai Şura artıq ölkəmizin təhsil sahəsində baş verən dəyişikliklərə çevik reaksiyası ilə cəmiyyət üzvlərini narahat edən bir sıra məsələlərin ictimai müzakirəsinin təmin olunmasında çox səmərəli institut kimi çıxış edir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın fevralın 10-da Azərbaycan Texniki Universitetində keçirdiyi növbəti müzakirələr təhsil prosesinin bütün iştirakçıları üçün xüsusilə əhəmiyyət kəsb edən dövlət ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi məsələsinə həsr olunmuşdu. Tədbirdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, İctimai Şuranın üzvləri, istehsalçı şirkətlərin mütəxəssisləri və KİV nümayəndələri iştirak edib.

 Mühüm göstəricilər - keyfiyyət və uyğun qiymət

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar cəmiyyət tərəfindən daim izlənilir. Təhsil sahəsində həyata keçirilən hər bir islahat istiqaməti ictimaiyyətdə müzakirə olunur.

Nazir müavini İctimai Şuranın gündəliyinə çıxarılan vahid məktəbli formasının tətbiqi mövzusunun əhatə dairəsinə, təhsil imkanına görə mühüm məsələ olduğunu və ictimai müzakirəsinin vacibliyini bildirib.

Təhsil Nazirliyinin bu məsələyə ciddi yanaşdığını qeyd edən İ.İsayev məktəbli formalarının Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən müəyyən olunduğunu  diqqətə çatdırıb. Nazir müavini məktəbli geyimlərinin müəyyən edilməsi zamanı keyfiyyət və standartların nəzərə alınmalı olduğunu vurğulayıb və təəssüflə əlavə edib ki, bəzən buna riayət olunmur.

Bildirilib ki, 2019-cu ildə "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununın hazırlanması zamanı da məktəbli formasının tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən geniş müzakirələr aparılıb. "Qanunda belə bir dəyişiklik olundu ki, dövlət ümumtəhsil müəssisələrində təhsilalanlar üçün məktəbli geyimləri dövlət tərəfindən müəyyən ediləcək. Dövlət başçısının bu qanunun tətbiqi ilə bağlı müvafiq fərmanına uyğun olaraq Nazirlər Kabinetinə məktəbli formalarının təsdiq edilməsi barədə tapşırıq verilib. Bu müddət ərzində təhsil prosesinin iştirakçıları ilə məktəbli formalarının tətbiqinə dair müzakirələr aparılıb, müəyyən layihələr hazırlanıb. Məktəb kollektivləri, valideynlərlə müzakirələrdən sonra təhsil prosesinin iştirakçılarının rəyləri əsasında məktəbli formalarının müəyyən təsvirləri hazırlanıb və ictimai müzakirəyə çıxarılıb, artıq bu məsələyə dair təkliflər də mövcuddur”. Bu məsələyə dair geniş çərçivədə müzakirələrin lazım olduğunu deyən nazir müavini prosesin iştirakçıları arasında istehsalçıların və təchizatçıların da olduğunu diqqətə çatdırıb və onların da bu prosesdə iştirak etməli olduğunu bildirib. "Mühüm göstərici ondan ibarət olmalıdır ki, bu formalar təhsilalanların sağlamlığına ziyan gətirməsin. Digər tərəfdən, məktəbli geyimləri elə formalaşdırılmalıdır ki, qiymətlər valideynlər üçün uyğun olsun”. Nazir müavini bir məqamı vurğulayıb ki, Təhsil Nazirliyi məktəbli formalarının tətbiqi məsələsində sifarişçi kimi çıxış etmir. Məktəbli forması barədə qərar məktəbin pedaqoji şurası tərəfindən verilir. Məktəbli formasının təsvirləri də məktəb kollektivləri, valideynlər tərəfindən verilmiş təkliflər əsasında formalaşıb.

Məktəbli formaları əlçatan olmalıdır

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, vahid məktəbli formalarının təsvirləri ictimaiyyətə təqdim olunmazdan əvvəl məktəblərin pedaqoji kollektivləri, valideynlərlə müzakirə olunub: "Müzakirələr zamanı ən çox səsləndirilən məsələlər məktəbli formasının mövsümə uyğunluğu, fərqliliyi, rahatlığı olub. Eyni zamanda vahid məktəbli formaları çoxuşaqlı ailələr üçün də qiymət baxımından uyğun olmalı, valideynlərin imkanlarına cavab verməli, əlçatan olmalıdır”.

Təhsil nazirinin müavini qeyd edib ki, yeni qaydalara əsasən, məktəbli formasının seçimi məktəb pedaqoji şuralarının ixtiyarına verilib. Məktəblərin pedaqoji şuraları mövcud təsvirlərə, rənglərə uyğun olaraq məktəbli formalarının hazırlanmasını müəyyənləşdirir. Bildirilib ki, şagirdlər tədris mühitini bir məktəbdən digərinə dəyişəndə məktəbli formalarının dəyişdirilməsi valideyn qarşısında əlavə maliyyə vəsaitləri tələb etməməlidir: "Bu baxımdan, məktəbli formalarının çoxsaylı çeşidləri istisna olunmur. Eskizlər çox rəngarəng, seçim imkanları və təkliflər böyük ola bilər. Bu prosesdə valideynlər üçün yarana biləcək çətinliklərin də nəzərə alınması şərtdir”.

İlkin mərhələdə təqdim edilən eskizlərin kifayət qədər sadə olduğunu deyən nazir müavini əlavə edib ki, bu məsələnin ictimai müzakirəsinin aparılması və irəli sürülən bir sıra təkliflər nəzərə alınmaqla eskizlərin daha peşəkar şəkildə hazırlanaraq hökumətə təqdim edilməsi nəzərdə tutulub. M.Vəliyeva ictimai müzakirələr gedişində daha çox konstruktiv təkliflərin səsləndirilməsini bildirərək tədbir iştirakçılarını müzakirələrdə aktiv olmağa dəvət edib.

Daha sonra çıxış edən mütəxəssislər vahid məktəbli formalarının tətbiqi ilə bağlı mövcud standartlar və keyfiyyət məsələləri ilə əlaqədar öz fikir və təkliflərini səsləndiriblər. 

Fəal diskussiya şəraitində keçən tədbirin sonunda məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib hazırlanması, optimal variantın tapılması və baxılmaq üçün İctimai Şuraya təqdim olunması təklif edilib.
 muallim.edu.az 
Oruc MUSTAFAYEV



Загрузка...
Həmçinin oxuyun:
İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib

İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib

Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır

Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək tarix AÇIQLANDI

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək tarix AÇIQLANDI

"Vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”

"Vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq (RƏSMİ)

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq (RƏSMİ)

Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib

Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib .

Məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib .

Bakıda vahid məktəbli forması ləğv edilir?

Bakıda vahid məktəbli forması ləğv edilir?

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

“Vahid məktəbli forması” ilə bağlı məsələ yenidən gündəmə gəlib.

“Vahid məktəbli forması” ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Eskpert: "Məktəblilərin ayrı-ayrı geyimdə olması düzgün deyil"

Eskpert: "Məktəblilərin ayrı-ayrı geyimdə olması düzgün deyil"

BƏD XƏBƏR  ! - Məktəbli formaları mütləq bahalaşacaq

BƏD XƏBƏR ! - Məktəbli formaları mütləq bahalaşacaq

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Məktəbli intihar etdi

Məktəbli intihar etdi

Təhsil nazirindən küçədə 5 min manat tapan məktəbli ilə bağlı - QƏRAR - FOTOLAR

Təhsil nazirindən küçədə 5 min manat tapan məktəbli ilə bağlı - QƏRAR - FOTOLAR