Xəbərlər
15 may 2020
1 309


"Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər"

"Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər"

 

ADPU-nun Quba filialı dünya universitetlərini bir araya gətirdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı hazırda dünyanın əksər ölkələrində ali təhsilin onlayn formada həyata keçirilməsini nəzərə alaraq, bu sahədə qarşılıqlı təcrübələrin öyrənilməsinə böyük ehtiyac olduğundan "Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq seminara ev sahibliyi edib.

"Zoom" proqramı platforması üzərindən təşkil edilən Beynəlxalq onlayn seminarda Almaniyanın Rostok, Türkiyənin Ankara və Qazi universitetləri, Amerikanın San Diego Dövlət Universitetinin Gürcüstan bölümü, Qırğızıstanın Qırğızıstan Təhsil Akademiyası, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Üniversiteti, ADPU, Azərbaycan Texniki Universitetinin (AzTU) təhsil sahəsində tanınmış məruzəçiləri və Naxçıvan Müəllimlər İnstitutu, Bakı Dövlət Universitetinin Qazax filialı, ADPU-nun filiallarının nümayəndələri iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu konfrans Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib. "Biz təhsil ictimaiyyəti olaraq onlayn konfranslar vasitəsilə ünsiyyət qurur, təcrübə bölüşürük. Son dövrdə fərqli sürətlə onlayn təhsilə dair müəyyən uğurlar və nəticələr əldə etməyi bacardıq. Pandemiya şəraitində dövlətin müvafiq qərarına uyğun olaraq, tədrisin təşkilinin bir neçə tərəfini düşünərək müxtəlif addımlar atırıq. Bu gün onlayn təhsilin üstünlüyü ondadır ki, harada olmağımızdan asılı olmayaraq, istənilən şəraitdə müasir texnologiyaların köməyilə təhsil verə bilirik. Məkandan və zamandan asılı olmayan təhsilin qəbul edilməsi artıq müzakirə edilməyəcək bir mövzudur”-deyə rektor qeyd edib.  

Seminarda  alimlərdən- Nevzat Özel "Distant təhsilə keçid prosesi”,  Halil Güven "Gürcustan kampusunda rəqəmsal (onlayn) təhsil tətbiqləri",  Cavid Səfərov "Normal və onlayn texniki təlim arasındakı fərqlər və üstünlüklər”,  Saleh Şahin "Coğrafi perspektiv COVİD-19 pandemik prosesin təhlili və təhsil yansımaları”, Mehmet Ali Dombaycı "Distant təhsil və bacarıqlı düşünmə bacarığı”,  Zəkay Şayev "Azərbaycan Texniki Universitetində onlayn təhsilin vəziyyəti”, Saleh Dəmir "Onlayn qiymətləndirmə metodları”,  Leyla Ercan "Pandemiya prosesində tələbə psixi sağlamlığına distant təhsil ilə yansımalar”,  Çələbi Uluyol "Pandemiya prosesində distant təhsildə təcrübə nümunələri və problemləri”, Orxan Hasanoğu "COVID-19 beynəlxalq problem kimi təhsilin qloballaşması yolunda”,  Ulanbek Mambetakunov "Karantin vaxtı uzaq kollektorun yoldaşı idi (Qırğızıstan nümunəsi)”, Süleyman Aksu "Tələbə üçün pandemiya prosesində tətbiq olunan distant təhsil sisteminin qiymətləndirilməsi” mövzularında məruzə ilə çıxış ediblər.

Məruzəçilər  onlayn dərslərin təşkili, məhdudiyyətlərə baxmayaraq, məsafədən təhsilin üstünlükləri, onlayn tədrisin qurulması üçün istifadə edilən yeni platforma və texnologiyalar, onlayn imtahan prosesində qarşıya çıxacaq problemlər və onların həlli yolları haqqında təhsil təcrübələrini bölüşüb, bildiriblər  ki, onlayn təhsil müasir dövrdə ən böyük inqilab olmalıdır. Çünki bu, sistemdə olduqca böyük bir dəyişiklik edir və  öyrənmək istəyən hər kəs üçün geniş imkanlar açır.

Məruzələr bitdikdən sonra AzTU-nun  elm və texnika üzrə prorektoru İlham Pirməmmədov, Naxçıvan Müəllimlər İnstitutunun ixtisasartırma və yenidən hazırlanma üzrə prorektoru Çapay Quliyev çıxış edərək, seminarı Azərbaycanda ali təhsilin onlayn təşkilində və onlayn imtahanların keçirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi baxımından önəmli sayıblar.

Sonda ADPU-nun tədris işləri üzrə prorektoru, seminarın moderatoru  Eldar Aslanov irəli sürülən fikirlərə, paylaşılan təcrübələrə görə məruzəçilərə, seminarın təşkilinə görə isə  Quba filialının direktoru, dosent Yusif Alıyevə təşəkkürünü bildirib.

 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

Həkim-psixoloqun tələbələr üçün onlayn təlimi

Həkim-psixoloqun tələbələr üçün onlayn təlimi

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

NDU-da növbəti onlayn seminarı Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru keçib

NDU-da növbəti onlayn seminarı Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru keçib

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Türkiyəli professorun moderatorluğu ilə onlayn konfrans

Türkiyəli professorun moderatorluğu ilə onlayn konfrans

ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər

ADPU-nun Quba Filialının kollektivi “Ustad dərsi” adlı interaktiv mühazirədə iştirak ediblər

AMEA -da onlayn tədris prosesinə 200-dən çox professor-müəllim cəlb olunub

AMEA -da onlayn tədris prosesinə 200-dən çox professor-müəllim cəlb olunub

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Ötən həftə 5000 tələbə, 410 müəllim onlayn dərsdə iştirak edib

Ötən həftə 5000 tələbə, 410 müəllim onlayn dərsdə iştirak edib

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

Tanınmış cərrahın AzTU tələbələri üçün onlayn təlimi

Tanınmış cərrahın AzTU tələbələri üçün onlayn təlimi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

AzTU və OSTİM Texniki Universiteti arasında texniki təhsilin inkişafına dair müzakirələr

AzTU və OSTİM Texniki Universiteti arasında texniki təhsilin inkişafına dair müzakirələr

Ümummili liderin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn konsert

Ümummili liderin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn konsert

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

Əcnəbi tələbələr onlayn dərslərdə fəal iştirak edir

Əcnəbi tələbələr onlayn dərslərdə fəal iştirak edir

Günümüzün tələbi: elektron təhsil

Günümüzün tələbi: elektron təhsil

UNEC-in 90 illik yubiley tədbirləri onlayn davam etdirilir

UNEC-in 90 illik yubiley tədbirləri onlayn davam etdirilir

6000 tələbə və 500 müəllim onlayn dərslərdə

6000 tələbə və 500 müəllim onlayn dərslərdə