Xəbərlər
02 aprel 2020

AzMİU-da onlayn dərslər davam edir

AzMİU-da onlayn dərslər davam edir

 

Koronavirus pandemiyasının  yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığını nəzərə alaraq,  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsilin davamlılığını təmin etmək məqsədi ilə bütün dərslər distant  tədris olunur.

Universitetdən verilən məlumata görə, martın 16-dan etibarən AzMİU tələbələri onlayn dərslərə başlayıb.

Bildirilib ki,  Zoom call proqramı ilə tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb edilir. Dərslər 3 - Azərbaycan, rus və ingilis dillərində aparılır.

Bu günə qədər distant dərslərdə 5000 tələbəsi iştirak edən AzMİU-da , ümumilikdə  bütün bakalavr tələbələrin distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris edilir.

Yaxın günlərdə universitetin magistratura pilləsində təhsil alan tələbələri üçün də onlayn dərslərin verilməsi həyata keçiriləcək. muallim.edu.az 




Загрузка...
loading...

Həmçinin oxuyun: