AzTehsil.com


Xəbərlər
27 aprel 2020
3 000


“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”



“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir”

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. İclasda ali məktəbin rektoru, professor Cəfər Cəfərov pandemiya şəraitində tədrisin təşkili ilə bağlı  fikirlərini bildirib.

Rektor informasiya texnologiyalarının tarixi inkişaf yolundan bəhs edərək,bu gün istənilən yerdə və istənilən zamanda müasir kommunikasiya vasitələrindən yararlanmaqla çalışmaq, fəaliyyət göstərməyin mümkünlüyünü söyləyib.  

"İnformasiya texnologiyaları, nəinki insanın həyat tərzini, həm də onun düşünmə tərzini də köklü şəkildə dəyişib. Ona görə də müasir dövrdə müəllimin əsas vəzifəsi tədris prosesini müasir tələblərə və bəşəriyyətin inkişaf meylinə uygunlaşdırmaq, təhsilalanın diqqətini cəlb edə, o cümlədən onu öyrənməyə və inkişafa motivə edə bilmək kimi mühüm elementləri ehtiva edir”-deyən C.Cəfərov vurğulayıb ki, müasir dövrün tələbələri də bu gün ali məktəbin tədris resurslarının zamandan və məkandan asılı olmayaraq əlçatanlığını  arzu və tələb edirlər: "Təsadüfi deyil ki, müasir texnologiyalar da bu istəyi təmin etmək üçün bütün imkanlara malikdir. Bu baxımdan məkandan və zamandan asılı olmayan müasir təhsilin və tədrisin təşkili artıq mübahisə edilməyəcək qədər vacib və əhəmiyyətlidir”.

ADPU rəhbəri  məsafədən təhsilin uğurla həyata keçirilməsi üçün üç əsas məsələnin həllini vacib sayıb:

-  əlçatanlıq (öyrənənlərin və ya təlim iştirakçılarının internetə sərbəst çıxışı);   

-  kompetensiya (təhsil alanların və təhsil verənlərin informasiya resurslarından və texnologiyalarından istifadə bacarığı);  

-  motivasiya (bu resurslardan istifadə etmək cəhdi və arzusu).

Onun sözlərinə görə, müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür.

C.Cəfərov bildirib ki, bu gün elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmayan, elektron təlimin təşkilinin əsaslarını mənimsəməyən müəllim özünün rəqabətə davamlılığını itirir, həm də müasir ünsiyyət üsullarında mobilliyinin olmaması səbəbi ilə tələbələr üçün maraqsız və arzuedilməz olur:” Bu tip bilik, bacarıq və motivasiyaya sahib olmayan bir müəllim təhsil alanlarla qarşılıqlı ünsiyyət üçün virtual tədris mühitini qurmaq imkanlarından məhrumdur”.

Rektor hesab edir ki, müasir müəllim qabaqcıl tədris təcrübələrini, elmi nailiyyətləri və pedaqoji təcrübəsini əsas götürərək elektron tədris texnolologiyalarından istifadə etməklə, təlim prosesinin təşkili xüsusiyyətlərini, elektron təlimin didaktik funksiyalarını və metodikasını bilməlidir.

"Elektron təlim (e-Learning) dedikdə, müəllim və tələbənin hər hansı elektron təlim mühitindən istifadə etməklə təlim prosesinin təşkili nəzərdə tutulur. Online təlim internet üzərindən real zamanda həyata keçirilən tədris fəaliyyətidir. Bu cür təlim müəllim və tələbənin qarşılıqlı interaktiv əlaqəsidir”-deyə rektor diqqətə çatdırıb.

Təhsil ocağının rəhbərinin fikrincə, müasir dövrün tələblərinə cavab verən, fəaliyyətini müxtəlif elektron tədris-metodiki platformalar vasitəsilə qura bilən, yüksək peşəkarlığa malik müəllim kadrlarının hazırlığı günümüzün tələbidir və bu, artıq pedaqoji kadr hazırlığını həyata keçirən ali məktəb olaraq ADPU-nun yeni missiyasıdır:”Əlbəttə, bu tədris üsulu son dövr texnoloqiyaların təhsilə göstərdiyi təsirin nəticəsidir və onun metodoloji və pedaqoji tərəfləri təhlil olunmalıdır”.

C.Cəfərov hesab edir ki, bu tədris vasitəsilə

Öyrənmə və öyrətmə prosesinin ardıcıllığı müəyyənləşdirilməli;
Öyrənmə və ya təhsil prosesinin pillələri aydınlaşdırılmalı;
Biliklərin qiymətləndirilməsi metodları müəyyənləşdirilməli;
Üz-üzə tədrisdən kifayət qədər fərqli olduğundan elektron təhsildə təhsil verənlərin və təhsil alanların etik davranış məsələləri müəyyənləşdirilməli;
Və nəhayət məsafədən təhsil üçün yeni metodologiyalar formalaşmalıdır.
 
"ADPU  bu gün öz yeni missiyasına uyğun olaraq hazırkı şəraitdə tədris üçün vacib və yuxarda qeyd olunan məsələlərin işlənib hazırlanması üzərində çalışır və artıq yeni tədris ili başlayana qədər elektron təhsilin metodoloji və pedaqoji yanaşmasına dair öz tövsiyələrini geniş təhsil ictimayyətinə təqdim etməyi qarşısına məqsəd qoyub”-deyə rektor bildirib.

 



Загрузка...
Həmçinin oxuyun:
“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Məsafədən təhsilin metodoloji və pedaqoji yanaşması hazırlanır”

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

Müəllimlər üçün müasir təlim texnikaları mövzusunda təlim keçirilib

Müəllimlər üçün müasir təlim texnikaları mövzusunda təlim keçirilib

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

“Elektron universitet” nəyə xidmət edir?

“Elektron universitet” nəyə xidmət edir?

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Distant təlim texnologiyalarının geniş və davamlı tətbiqi təhsilə yeni yanaşmalar və münasibət gətirdi

Distant təlim texnologiyalarının geniş və davamlı tətbiqi təhsilə yeni yanaşmalar və münasibət gətirdi

Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyindən universitetlərə təklif

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi.

Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi.

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılır

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılır