Xəbərlər / Yazarlar / Müəllim
18 aprel 2020
1 124


Distant təlim texnologiyalarının geniş və davamlı tətbiqi təhsilə yeni yanaşmalar və münasibət gətirdi

Distant təlim texnologiyalarının geniş və davamlı tətbiqi təhsilə yeni yanaşmalar və münasibət gətirdi

 

Hazırda koronavirus (Covid-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Hökumətinin təhsil müəssisələrində elan etdiyi karantin tədbirləri şəraitində Təhsil Nazirliyi orta ümumtəhsil və ali təhsil pillələrində, təhsilin digər sahələrində məsafədən təlim texnologiyalarının geniş və davamlı tətbiqini tövsiyə, təşviq etməklə yanaşı, həm də bu işə ciddi tədris-metodiki, təşkilati və proqram dəstəyi verməkdədir.

Distant təhsilin universitetlərdə tətbiqi imkanlarının araşdırılması və real vəziyyətin öyrənilməsi ilə əlaqədar mart ayının əvvəlində nazir müavini cənab Firudin Qurbanovun sədrliyi ilə keçirilmiş müşavirədə dinlənilmiş təkliflər respublikamızın aparıcı universitetlərinin məsafədən təlim üçün müəyyən imkanlara, müvafiq təlim-treninq, tədris bazasına malik olmaları barədə təsəvvür yaratdı. Məsafədən təhsilin xüsusilə də ERASMUS+, ERASMUŞ PETRA, TWINNINQ beynəlxalq proqramları çərçivəsində universitetlərimizin Avropa təhsil məkanına sıx inteqrasiyası məqsədilə Avropa Şurasının dəstəklədiyi layihələrdə iştirak edən ali məktəblərdə ciddi çətinliklər olmadan reallaşdırılmasının mümkünlüyü aydın oldu. Təhsil Nazirliyi bu məsələdə universitetlərin müstəqil iş aparmasının vacibliyini, onlara, təhsil proqramlarını həyata keçirməkdə muxtariyyət hüququna malik olmalarını xatırlatdı. Fikrimizcə, belə bir məcburi və gözlənilməz tədris şəraitinin ortaya çıxması 10 ildən artıq böyük bir zaman kəsiyində kredit sistemi ilə tədrisin təşkilinə keçmiş Azərbaycan universitetlərinin hansı müsbət dəyişikliklərə uğradığını, hansı innovativ yanaşmalara, elmi-metodiki yeniliklərə, tədris-təlim-məlumat resurs bazalarına, insan (kadr-mütəxəssis) resurslarına, maddi-texniki-internet imkanlarına, müəllim-tələbə mobilliyi təcrübə və düşüncəsinə, tədrisdənkənar maliyyə cəlbetmə qabiliyyətinə malik olduğunu üzə çıxartdı.

İllərdən bəri orta və ali təhsildə böyük səy və israrla beş ildən bir tətbiq etdiyimiz yeni tədris standartları, kurikulumlar, müxtəlif təhsil pillələri və səviyyələrinin məzunları üçün kompetensiyalar, valideynin tədris prosesinin üç əsas iştirakçısından biri olması, şagird və tələbənin əlinin altında olan dərsliklərimizin və digər tədris vəsaitlərinin, eləcə də elektron mənbələrin minimum tədris standartları tələblərinə cavab verib-vermədiyi və sair məsələlərin hansı vəziyyətdə olduğu barədə də düşünmək imkanı qazandıq…

Bakı Slavyan Universitetində (BSU) distant təlim texnologiyalarının yenicə başlanılmış tədris semestri ərzində tətbiqi ilə bağlı rektor, professor Nurlana Əliyevanın imzaladığı müvafiq əmrdə bu müddətdə tələbələrin tədris prosesinə məsafədən könüllü şəkildə qoşulmasını motivasiya edən tədbirlər nəzərdə tutulmuşdu. Bəzi bölgələrdə internetin zəif olması, kiminsə digər səbəblərdən internetdən yararlana bilməməsi və digər səbəblər araşdırılaraq, fakültə və şöbələrə gündəlik dərs cədvəlinin yerinə yetirilməsi istiqamətində tövsiyə və tapşırıqlar verildi, ilkin mərhələdə, yəni 10-28 mart tarixlərində [email protected], Skype, Moodle, Google meets, Zoom, Ms Teams, WhatsApp və sair platformalar üzərindən dərslərin təşkilinə imkan yaradıldı. Bütün tədris materiallarının (elektron mühazirə mətnlərinin, sillabusların, sərbəst işlərin mövzularının, imtahan suallarının, ayrı-ayrı ixtisaslar üzrə dərslik vəsaitlərinin və s.) [email protected] platformasına yüklənməsi universitetdə məsafədən təlimin təşkilinə ciddi dəstək verdi. Bunlarla yanaşı, BSU-nun xarici tərəfdaşlarla (A.S.Puşkin adına Rus Dili İnstitutu, Rusiya Xalqlar Dostluğu Universiteti, Rudomino adına Rusiya Xarici Ədəbiyyat Kitabxanası, Moskva Dövlət Linqvistik Universiteti, REA-nın Rus Ədəbiyyatı İnstitutu, Sofiya Universiteti, Veliko-Tırnovo Universiteti, Torn Universiteti və s.) bağladığı müqavilələrə uyğun olaraq, təhsilalanların və təhsilverənlərin müxtəlif tədris-məlumat bazalarına ödənişsiz qoşulması təmin edilmişdir.

Təhsil Nazirliyi tərəfindən universitetlərin mərkəzləşdirilmiş qaydada lisenziyalı Microsoft Teams platformasına keçirilməsi təşəbbüsünə qoşulan universitetimiz martın sonu-aprelin əvvəlində qısa müddət ərzində müəllim və tələbələrin qeydiyyatını həyata keçirdi. "MS Teams” platformasında artıq BSU-dan 4000-dək istifadəçi (müəllim və tələbə) qeydiyyatdan keçmişdir. Bu platformanın üstün cəhəti onun geniş və müxtəliffunksiyalı tədris imkanlarına malik olmasıdır. Digər əsas məqam isə təhsilalanların online tədris fəaliyyətinin mütəmadi olaraq qiymətləndirilməsi, testdən və sorğudan keçirilməsinin mümkünlüyüdür. Bizə elə gəlir ki, tələbələrin cari fəaliyyətinin qiymətləndirilməsi və gələcəkdə aralıq qiymətləndirmədə nəzərə alınması vacib məqamdır. Biz iki aya yaxın müddətdə virtual təlimdəyiksə, bunun ali təhsil qanunvericiliyi üzrə hüquqi-normativ aktlarda təsbitinə ehtiyac var. Nəzərə alaq ki, hər bir tədris proqramının müddəti var və bu müddətin vaxtında tamamlanması, ilk növbədə, təhsilalanların və onların valideynlərinin marağında olmalıdır.

Universitetin Elektron informasiya texnologiyaları (EIT) şöbəsi tərəfindən hər bir parametr və mövzu üzrə müəllimlər üçün yazılı və videotəlimatlar hazırlanmışdır. Bundan əlavə, "AnyDesk” propqramı vasitəsilə hər bir müəllimə məsafədən texniki dəstək göstərilərək, onlar üçün dərs cədvəllərinin qurulmasında texniki dəstək göstərilmişdir. Platformaya əvvəlcə müəllimlər daxil olmuş, tədris materialları "OneDrive” vasitəsilə sistemə yüklənmişdir. Daha sonra elektron dərs cədvəllərini tərtib etmiş, əsas qruplardan fənnin xüsusiyyətinə uyğun yarımqruplar və qrup birləşmələri yaradılmışdır.

Növbəti mərhələdə isə tələbələrə "MS Teams” platformasında daxil olmaları üçün login və parollar təqdim olunmuş, onlar həmçinin yazılı və video formada təlimatlandırılmışlar. Artıq tələbələr "MS Teams” vasitəsilə ilk dərslərdə iştirak etmiş, əksər müəllimlər apardıqları audio və videodərslərin təkrarını tələbələrin yenidən dinləməsi üçün yaddaşa yazmışlar.

BSU-nun tələbələrinin "MS Teams” platformasının bütün imkanlarından maksimum dərəcədə faydalanması üçün dəstək göstərilməkdədir. Karantin müddətində universitetin rektoru,professor Nurlana Əliyevanın təşəbbüsü ilə yaşı 65-dən yuxarı müəllimlərə və sosial yardıma ehtiyacı olan tələbələrə yardımların edilməsi, tələbələrimizin müxtəlif sosial və yaradıcılıq layihələrinə könüllü qismində fəal şəkildə qoşulması tədrislə yanaşı, tərbiyə və ideoloji işin də diqqətdə saxlanılmasına kömək edir.

Telman Cəfərov
BSU-nun Tədris işləri üzrə prorektoru, professor, Əməkdar müəllim
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BSU-da onlayn dərslər üçün bütün resurslar səfərbər edilib

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyindən universitetlərə təklif

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

ADPU -nun prorektoru Eldar Aslanov: ” Bizim üçün tələbənin sağlamlığı vacibdir”

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

ADNSU-da onlayn təhsilə start verildi

ADNSU-da onlayn təhsilə start verildi

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Məhbubə Məmmədova: “Məsafədən təhsilin təşkili və zərurət”

Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

Yeni Peşə Təhsil Mərkəzi məsafədən təhsil imkanı yaradıb

"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"

"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

“Dərslərin “Microsoft Teams” platforması üzərindən keçirilməsinə başlayırıq”

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları BSU-da olublar

VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları BSU-da olublar

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

Bakı Slavyan Universitetindən növbəti humanist addım

Bakı Slavyan Universitetindən növbəti humanist addım

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

ADU-da onlayn təhsil necə qurulub?

ADU-da onlayn təhsil necə qurulub?

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

Günümüzün tələbi: elektron təhsil

Günümüzün tələbi: elektron təhsil

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Polşalı müəllimlər Bakı Slavyan Universitetində

Polşalı müəllimlər Bakı Slavyan Universitetində