Xəbərlər / Digər Xəbərlər
09 oktyabr 2018
2 981


Polşalı müəllimlər Bakı Slavyan Universitetində

 

Polşa Respublikasının Nikolay Kopernik adına Torun Universitetinin doktoranturaya qəbul şöbəsinin müdiri, professor Donuta Pleçka və Adam Marşalek adına Mətbuat Evinin prezidenti, professor Yoanna Marşalek Bakı Slavyan Universitetinə ikinci dəfə mühazirə oxumaq üçün gəliblər. Müəllimlər Bakı Slavyan Universitetində olacaqları iki həftə müddətində tələbələrə  Polşanın tarixi, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası, siyasəti barədə mühazirə oxuyacaqlar.
 
Bizimlə görüş zamanı Azərbaycanla Polşa arasında isti münasibətlərdən danışan polyak müəllimlər azərbaycanlı tələbələrin  Polşa barədə mükəmməl  biliklərə malik olduğunu bildirdilər.  Professor Yoanna Marşalek qeyd etdi ki, polşalı müəllimlər tərəfindən ötən il polyak dili üzrə təhsil alan BSU tələbələri arasında sorğu keçirilmiş və sorğunun nəticəsində azərbaycanlı gənclərin milli mənəvi dəyərlərə, mentalitetə və öz tarixi köklərinə möhkəm tellərlə bağlı olmaları bir daha aydın  olub. Onun sözlərinə görə,  BSU tələbələrinin arasında aparılan bu sorğunun nəticələri ilə bağlı Polşada məqalə dərc olunub.
 
Professor Yoanna Marşalek  onu da diqqətə çatdırıb ki, Bakı Slavyan Universitetinin rektoru professor  Nurlana Əliyevanın təşəbbüsü ilə Polşada BSU alimlərinin məqalələrindən ibarət olan toplu işıq üzü görüb. Xanım Yoanna həmin məcmuələri universitetə təqdim etdiyini bildirib. Yeri gəlmişkən, qeyd edək ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva və elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov Polşada çıxan "Nowa polityka wschodnia”  elmi jurnalın redaksiya heyətinin üzvü seçiliblər.  
 
Azərbaycanlıların öz milli dəyərlərini qorumasını müsbət hal kimi qiymətləndirən polyak müəllimlər etnik-mədəni fərqlərin tələbələr arasında münasibətlərdə heç bir problem yaratmadığını  qeyd ediblər.
 

 

Azərbaycanlı tələbələrin Polşa universitetlərində etnoqrafiya, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində göstərdikləri uğurlardan danışan professor Donuta Pleçka  da Azərbaycandakı təhsil sistemi ilə bağlı müsbət fikirlər səsləndirib. Azərbaycanda təhsil sisteminin inkişafından danışan D.Pleçka bildirib ki, bu ölkədə gənclərə bilik aşılamaqla yanaşı onların tərbiyəsinə də çox önəm verilir.
 
BSU-nun Polyak Dili və Mədəniyyəti Mərkəzinin müdiri Lyudmila Talıbova  mərkəzin qarşısında duran vəzifələrdən danışıb. Polyak dili üzrə təhsil alan tələbələrin Polşanın tanınmış Krakov, Torun, Varşava kimi şəhərlərindəki universitetlərində yay məktəblərində olmaları barədə ətraflı məlumat verib.  O qeyd edib ki, Varşavada həyata keçirilən ”Gənc alim” layihəsi çərçivəsində Bakı Slavyan Universitetini bitirən tələbələr  birillik layihəyə qoşularaq sertifikat əldə edirlər. Nəticədə tələbələr Polşada ikiillik magistr pilləsinə yiyələnmə şansını qazanırlar.
 
L.Talıbova söyləyib ki, mərkəzin əsas vəzifəsi Azərbaycan və Polşa arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaq, həmçinin universitetdə polşaşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Polyakdilli tələbələrin universitetin mədəni-kütləvi tədbirlərində fəal iştirak etdiyini dilə gətirən L.Talıbova oktyabrda nəzərdə tutulmuş "Polşa film festivalı”na BSU-nun polyakdilli tələbələrinin qatılacağını da vurğulayıb.
 
Mərkəzin daha çox elmi istiqamətdə fəaliyyət göstərdiyini vurğulayan L.Talıbova mərkəz tərəfindən Azərbaycanın bir sıra tanınmış ədiblərinin əsərlərinin polyak dilinə, eyni zamanda Polşanın tanınmış yazıçı və şairlərinin əsərlərinin isə Azərbaycan dilinə tərcüməsi istiqamətində mühüm işlər görüldüyünü bildirib.
 
BSU mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

Bakı Slavyan Universitetinin rektoru II kurs tələbələri ilə görüşüb

Bakı Slavyan Universitetinin rektoru II kurs tələbələri ilə görüşüb

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Bakı Slavyan Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Texniki Universitetə yeni prorektor təyin olundu

Texniki Universitetə yeni prorektor təyin olundu

Genuya Universitetinin professoru BAAU-da mühazirə oxuyacaq

Genuya Universitetinin professoru BAAU-da mühazirə oxuyacaq

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BSU-da imtahanların gedişatı ilə əlaqədar mediatur keçirilib

BSU-da imtahanların gedişatı ilə əlaqədar mediatur keçirilib

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

BSU-da 31 mart soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Qarsdakı azərbaycanlı müəllimlər daha bir uğura imza atıb

Qarsdakı azərbaycanlı müəllimlər daha bir uğura imza atıb

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

“Müəllimlər müəllimi” filmi təqdim olunub

“Müəllimlər müəllimi” filmi təqdim olunub