VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları BSU-da olublar
Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq elmi əlaqələri, dünyanın tanınmış universitetləri ilə qurulan əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində beynəlxalq əməkdaşlıq və digər məsələlər barədə söz açıb. BSU-nun Moskva Dövlət Linqvistik Universiteti ilə əlaqələrindən danışan N.Əliyeva qeyd edib ki, hər iki ali təhsil müəssisəsi arasındakı müqaviləyə əsasən birgə elmi tədbirlər təşkil olunur, elmi nəşrlər hazırlanır və bir sıra başqa istiqamətlər üzrə faydalı əməkdaşlıq həyata keçirilir. BSU tərəfindən xaricdə Azərbacan dili və mədəniyyəti mərkəzinin ilk dəfə məhz MDLU-da açıldığını deyən N.Əliyeva BSU-da fəaliyyət göstərən Rusiya Tədris və Mədəniyyəti Mərkəzi nəzdində "Moskva auditoriyası” barədə məlumat verib. Söhbət zamanı N.Əliyeva Almaniyanın təhsil müəssisələri ilə də BSU-nun əlaqələrinə toxunub. O bildirib ki, BSU-da 2010-cu ildən bəri Alman filologiyası kafedrası, 2015-ci ildən isə Germanistika İnstitutu fəaliyyət göstərir. Rektor, o cümlədən institut nəzdində Vilhelm fon Humboldt adına alman dili və mədəniyyəti mərkəzinin işindən, alman dili ixtisası üzrə kadr hazılığından söz açıb.
Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən MDLU-nun rektoru, professor İrina Krayeva BSU-dakı təhsil sisteminin, burada yaradılan şəraitin bunun bariz nümunəsi olduğunu deyib. BSU ilə MDLU arasındakı əməkdaşlığın Azərbaycan və Rusiya ali məktəbləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayan İ. Krayeva MDLU-dakı Azərbaycan dili və mədəniyyəti mərkəzində Azərbaycanın mədəniyyətinin, tarixi ənənələrinin yüksək səviyyədə əcnəbi tələbələrə tədris olunduğunu və rusiyalı tələbələrin Azərbaycan dilinə olan marağını xüsusi qeyd edib.
Tədbirin sonunda qonaqlar Moskva və Sankt-Peterburq Tədris Mədəniyyət mərkəzlərində, Türkiyə Araşdırmaları Tədris Mədəniyyət Mərkəzində olmuş, auditoriyalarda dərslərin gedişini izləmişlər. Qonaqlar BSU-nun Akt zalında slavyan ölkələrinin, Türkiyə və Azərbaycanın milli rəqslərinə tamaşa ediblər.
Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub
BSU rektoru beynəlxalq mükafata layiq görülüb
Dillər Universitetində Germanistika İnstitutu açılıb
Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb
Polşalı müəllimlər Bakı Slavyan Universitetində
ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir
Tacikistan səfiri BSU-da olub..."BSU ilə əməkdaşlıq etmək bu ölkə universitetlərinin arzusudur"
BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb
Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür
Azərbaycanda universitet rektorları HANSI YAŞDADIR? -SİYAHI
İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu
Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar
Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub
ADU-da Frankofoniya Mərkəzi açıldı
ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb
Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı
Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.
ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq
BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir
ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir
Rusiya səfiri Azərbaycan Dillər Universitetində oldu
SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı
UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində
BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub