Xəbərlər, MÜƏLLİM
11 dekabr 2017
967

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Azərbaycanlı məktəblilər A.S.Puşkin adına Rusiya Dövlət Rus Dili İnstitutunun xarici ölkələrin məktəbliləri üçün keçirdiyi Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar.


Aztəhsil.com xəbər verir ki, Moskvada A.S.Puşkin adına Rusiya Dövlət Rus Dili İnstitutunda keçirilən XV Beynəlxalq Rus Dili Olimpiadasının finalında dünyanın 31 ölkəsindən 150 məktəbli iştirak edib.

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

A.S.Puşkin adına Rusiya Dövlət Rus Dili İnstitutu bu Olimpiadanı 1972-ci ildən başlayaraq, artıq 45 ildir ki, təşkil edir. Olimpiada bir neçə mərhələdə keçirilir: seçim mərhələsi və yarımfinal "Rus dilində təhsil” portalında distant rejimdə, final isə Moskvada əyani şəkildə keçirilir. Bu il 44 ölkədən 2500-dən artıq məktəbli seçim turunun iştirakçısı olub. Onlar rus dili üzrə imtahan tapşırıqlarını şifahi və yazılı formada yerinə yetiriblər, ölkəşünaslıq üzrə layihələri müdafiə ediblər, "Yunıy orator” ("Gənc natiq”) yaradıcılıq müsabiqəsində iştirak ediblər.


Final sınaqları nəticəsində Olimpiadanın 10 mütləq qalibi və əlavə nominasiyalarda mükafatçılar təyin edilib. Mütləq qaliblər Rusiya ali məktəblərində filologiya və linqvistika istiqamətlərində proqramlar üzrə Rusiya Federasiyasının büdcəsi hesabına təhsil almaq hüququ əldə edəcəklər.


Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın şagirdi Aydan Məmmədzadə Olimpiadanın mütləq qalibi olub. O, 1-ci dərəcəli diploma və "Yunıy orator” ("Gənc natiq”) müsabiqəsinin qalibi adına layiq görülüb. Azərbaycanın digər təmsilçisi – Bakı Modern Təhsil Kompleksinin şagirdi Emin İsmayılov 3-cü dərəcəli diplom qazanıb.

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev qalibləri səfir Polad Bülbüloğlunun adından təbrik edib, onlara təhsillərində müvəffəqiyyətlər arzulayıb. Diplomat Olimpiadanın təşkilatçılarına da minnətdarlığını bildirib və Azərbaycanda rus dilinə qayğı ilə yanaşmadan danışıb. Rusiya Dövlət Rus Dili İnstitutunun rektoru M.N.Rusetskaya bu günlərdə Azərbaycan Dillər Universitetinin (ADU) bazasında ölkədə ilk dəfə olaraq Rusiyaşünaslıq Mərkəzinin açılmasından danışıb.

 

O, həmçinin ADU ilə Rusiya Dövlət Rus Dili İnstitutu arasında əməkdaşlıq haqqında müqavilənin imzalandığını da bildirib. Rektorun sözlərinə görə, gələcəkdə Rusiyanın bu ali məktəbində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılacaq.


Olimpiadanın finalı çərçivəsində məktəblilər Moskvanı gəzib, V.İ.Vernadski adına Geologiya muzeyi və Planetariya ilə tanış olublar.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Mingəçevir məktəblisi dünya kubokunun qalibi olub

Mingəçevir məktəblisi dünya kubokunun qalibi olub

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı gənclər Soçidə

Azərbaycanlı gənclər Soçidə

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual

Rus dili bizə lazımdır, bəs ingilis dili hanı? - Professordan təhsil nazirinə ritorik sual

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

Bakı məktəbliləri erməni idmançıları məğlub ediblər

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

Ali məktəblərə müsabiqəsiz qəbul olmaq istəyənlərin SAYI açıqlanıb

Ali məktəblərə müsabiqəsiz qəbul olmaq istəyənlərin SAYI açıqlanıb

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu keçirilib

Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu keçirilib

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

Şabranda rus dili və ədəbiyyatı üzrə olimpiada təşkil olunub

Şabranda rus dili və ədəbiyyatı üzrə olimpiada təşkil olunub

Rus dili fənni üzrə Respublika olimpiadasının final mərhələsi keçirilib

Rus dili fənni üzrə Respublika olimpiadasının final mərhələsi keçirilib

Ağstafada rus dili fənni üzrə olimpiada keçirilib

Ağstafada rus dili fənni üzrə olimpiada keçirilib

II İngilis dili Olimpiadası keçiriləcək

II İngilis dili Olimpiadası keçiriləcək

Respublika fənn olimpiadasında iştirak etmiş Samux rayon şagirdlərindən 36 nəfəri olimpiadanın yarımfinal mərhələsinə  vəsiqə qazanıb

Respublika fənn olimpiadasında iştirak etmiş Samux rayon şagirdlərindən 36 nəfəri olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Olimpiyada qalibləri tələbə adını qazandılar....

Olimpiyada qalibləri tələbə adını qazandılar....