AzTehsil.com


Xəbərlər
13 mart 2017
3 436


Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib



Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

 

Mart ayının 11-də Gəncə şəhər Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib. 
 

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

 

Yarımfinal turunda Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən və Xocalı rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərdən 476 şagird iştirak edib. Saat 10:00-da başlayan olimpiada saat 13:00-da bitib. 
 

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

 

Keçirilmiş fənn olimpiadasında Samux rayon ümumi təhsil məktəblərində təhsil alan IX, X və XI sinif şagirdlərdən 33 nəfər (Coğrafiya fənnindən-12, Biologiya fənnindən-7, Riyaziyyat fənnindən-8, Tarix fənnindən-4 və Azərbaycan dili və ədəbiyyatı fənnindən-2 şagird) iştirak edib.
 
Olimpiadanın yarımfinal turunda şagirdlərə hər fənn üzrə 25 sual təqdim edilib. Yarımfinal turunda 70 faiz və yuxarı nəticə göstərmiş hər fəndən ən yaxşı 60 şagird Respublika fənn olimpiadasının final mərhələsində iştirak etmək hüququ əldə edəcək.

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

 

Qeyd edək ki, Respublika fənn olimpiadalarının final mərhələsinin aprel ayında keçirilməsi planlaşdırırlır.
 
Nurəddin Babayev(Samux təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Загрузка...