Xəbərlər
24 fevral 2017

Şabranda rus dili və ədəbiyyatı üzrə olimpiada təşkil olunub

Şabranda rus dili və ədəbiyyatı üzrə olimpiada təşkil olunub

 

Fevralın 24-də Şabranda şimal bölgəsinin ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə IX  Respublika olimpiadası təşkil olunub.
 
Olimpiadaya Şabran ,Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında tədrisi Azərbaycan və rus dillərində olan məktəblərin 7-8-ci sinif şagirdləri qatılıb. Şagirdlər 2 mərhələli imtahanda test və yazı bacarıqlarını nümayiş etdiriblər.
 
Qeyd edək ki,Şabran ümumi təhsil məktəblərindən 11şagird olimpiadada iştirak edib. Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
 

Şabranda rus dili və ədəbiyyatı üzrə olimpiada təşkil olunub

 

Olimpiada başlamazdan əvvəl, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Şabran Rayon Təhsil Şöbəsinin əməkdaşları çıxış edərək ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərindən, təhsil, eləcə də digər sahələrdəki tərəfdaşlıqdan danışıblar.
 
Olimpiadanın qalibləri diplom və sertifikatlarla təltif olunacaq, Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yay tətilində Rusiya Federasiyasının müxtəlif şəhərlərinə səyahət etmək imkanı əldə edəcəklər.
 
aztehsil.com
Gülər Hüseynova(Şabran təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şxəs)





Загрузка...
loading...