Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb
Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda tələbələrin yapon dilində çıxışları üzrə XXX beynəlxalq müsabiqə keçirilib.
Aztəhsil.com xəbər verir ki, Bakı Dövlət Universitetindən (BDU) azərtac-a bildiriblər ki, Yaponiyanın Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə 10 ölkədən 19 nəfər iştirak edib.
Beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edən XVI Bakı müsabiqəsinin qalibi, BDU-nun şərqşünaslıq fakültəsinin yaponşünaslıq ixtisası üzrə üçüncü kurs tələbəsi Xalidə Əlizadə üçüncü yeri tutub.