Xəbərlər
12 may 2017
1125

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

 

Mayın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Koreya Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar "Koreya üzrə sual-cavab” yarışı keçirilib.
 
ADU və Koreya Respublikasının Azərbaycanda fəaliyyət göstərən səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev qonaqları salamlayaraq onları tədbirdə görməkdən məmnunluğunu bildirib. Tədbirdən öncə foyedə təşkil olunmuş Koreyanın həyat tərzini əks etdirən foto-sərgiyə baxdığını bildirən professor bu sərginin onda xoş təəssüratlar yaratdığını vurğulayıb. O, Koreya haqqında keçirilən tədbirin həmin ölkənin dilini öyrənən tələbələr üçün motivasiya rolunu oynadığını qeyd edib.
 
Ə.Abdullayev çıxışının sonunda Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Canq Qyuya tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkür edib və viktorinada iştirak edən tələbələrə uğurlar arzulayıb.
 
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri K.C.Qyu qonaqları salamlayaraq Azərbaycana gəlməmişdən öncə ölkəmiz və ADU haqqında məlumatlı olduğunu bildirib. O, ölkəmizin gündən-günə inkişaf etdiyini, Azərbaycan və Koreya xalqlarının qohum xalqlar olduğunu sözlərinə əlavə edib. İki ölkə arasındakı diplomatik münasibətlərə toxunan səfir ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
 
Ötən il I yerə layiq görülmüş tələbənin Koreyada Azərbaycanı təmsil etdiyini deyən səfir K.C.Qyu onun Koreyada keçirilən final mərhələsində qalib olduğunu vurğulayıb. Sonda səfir tələbələrə uğurlar arzu edib.

Sonra 2016-cı ildə keçirilən "Koreya haqqında viktorina”nın qalibi çıxış edərək Koreya dilinə, mədəniyyətinə, tarixinə böyük maraq göstərdiyini bildirib və Azərbaycanı təmsil etməkdən qürur duyduğunu qeyd edib.

Daha sonra 2 mərhələdən və 12 iştirakçıdan ibarət viktorina təşkil olunub. 25 suala doğru cavab verən və I yerə layiq görülən tələbə Koreyada Azərbaycanı təmsil etmək şansı qazanıb.

Viktorinanın sonunda I, II və III yerlərə layiq görülmüş tələbələr mükafatlandırılıb.

Qeyd edək ki, viktorinada I yerin qalibi Fəridə Aydayeva ADU-nun Tərcümə fakültəsinin tələbəsidir.
 
moderator.az





DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...

Həmçinin oxuyun:
“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

Çin səfiri BDU-da olub

Çin səfiri BDU-da olub

BDU-nun Yapon dili şöbəsinin təkmilləşdirilməsi layihəsi üzrə müqavilə imzalanıb

BDU-nun Yapon dili şöbəsinin təkmilləşdirilməsi layihəsi üzrə müqavilə imzalanıb

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb