AzTehsil.com


Xəbərlər
10 may 2017
3 482


ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib



ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

 

Mayın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü” adlı elektron kitabın təqdimat mərasimi keçirilib.
 
Aztehsil.com modern.az-a istinadən xəbər verir ki, ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov mərasimi açıq elan edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətləri, onun unikal diplomatik istedadı haqqında danışıb, Heydər Əliyevin müstəqil Azərbaycanın xarici siyasətinin formalaşmasında, Azərbaycan-Çin münasibətlərinin yaranması və inkişafında rolunu xüsusi vurğulayıb. O, Azərbaycan-Çin münasibətlərinin inkişafının əsas tarixi mərhələləri, ulu öndər Heydər Əliyevin ÇXR-ə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın əsasını qoyan, Böyük İpək Yolu ilə bağlı tarixi səfəri haqqında ətraflı məlumat verib. Professor qeyd edib ki, kitabın Çin dilində tərtib olunması ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətlərinin genişləndirilməsi sahəsində göstərdiyi fəaliyyətin Çin cəmiyyətinə çatdırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Azərbaycan və Çin Böyük İpək Yolunun bərpa olunması proqramı çərçivəsində həyata keçirilən nəhəng beynəlxalq nəqliyyat və logistika layihələrinin mühüm iştirakçılarıdır.
 
Təqdimatda çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev İlham Əliyevin prezidentliyi   dövründə    Azərbaycanın böyük  tərəqqi  yolu keçdiyini, dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev müasir dövlət quruculuğundakı fəaliyyətində Heydər Əliyev kursuna sədaqətini nümayiş etdirir. Prezident İlham Əliyevin Azərbaycana qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran siyasəti Çində də böyük maraqla izlənilir. Ə.Əliyev Çin dilində kitabın təqdimatının ADU-da keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin təhsil sahəsində uğurlu siyasətinin nəticəsidir ki, universitetdə 20-dən artıq xarici dil tədris olunur, Konfutsi İnstitutu və dil mərkəzləri fəaliyyət göstərir. Prorektor bildirib ki, 2012-ci ildən ADU-da Çin dili tədris olunur. Gündən-günə Çinlə əlaqələr  inkişaf edir. Ə.Əliyev kitabın mahiyyətindən danışaraq, qeyd edib ki, "Azərbaycan – Çin: diplomatik münasibətlərin qurulmasının 25 ili” adlı kitabda Azərbaycan-Çin əlaqələrinin inkişafı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs olunur. Prorektor əminliklə bildirib ki, bu kitab ildən ilə beynəlxalq arenada öz mövqeyini daha da möhkəmlədən, yüksək templi iqtisadi inkişafı ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycanın xarici siyasətinin öyrənilməsi nöqteyi nəzərindən əhəmiyyətli mənbə olacaq.
 
Təqdimat mərasimində çıxış edən ADU-nun Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər  Məmmədov qeyd edib ki, təqdim olunan kitab Prezident İlham Əliyevin parlaq intellekti və uğurlu siyasi gələcəyi olan dövlət xadimi kimi bütün dünyada tanındığını bir daha təsdiq edir. O, məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi potensialının durmadan artdığını, əhalinin rifahının yüksəldiyini, daxili və xarici siyasətdə böyük uğurlar əldə edildiyini vurğulayıb. M.Məmmədov kitabın əhəmiyyətini vurğulayaraq əminliklə bildirib ki, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı geniş məlumat saxlayan nəşr gələcəkdə Azərbaycan-Çin əməkdaşlığında böyük rol oynayacaq, Azərbaycan və dünya ictimaiyyəti üçün qiymətli mənbəyə çevriləcək və eyni zamanda ADU-nun Çin dilini öyrənən tələbələri üçün də dəyərli dərs vəsaiti olacaq.
 

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

 

Tədbirdə çıxış edən Çinin  Azərbaycandakı səfirinin müavini Li Tzinsun qeyd edib ki, ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi kökləri var.  1992-ci il aprelin 2-də Çinlə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması iki ölkənin tarixində yeni mühüm səhifə açıb. O, qeyd edib ki, son iki ildə Çin-Azərbaycan əlaqələri sürətli inkişaf mərhələsinə qədəm qoyub. 2015-ci ilin dekabr ayında Çinə dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri  Si Cinpin ilə birlikdə  "İpək Yolu İqtisadi zonası" adlı birgə layihənin yaradılması üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Li Tzinsun bildirib ki, 25 il ərzində iki ölkə arasında humanitar əlaqələr də inkişaf edir. Azərbaycanda Konfutsi İnstitutu fəaliyyət göstərir, ölkədə Çin dilinə və mədəniyyətinə maraq artır.
 
Milli Məclisin deputatı, professor Elman Nəsirov təqdimat mərasiminə Azərbaycan və Çin parlamentlərarası dostluq qrupunun üzvü kimi qatıldığını bildirib. O, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd olunduğu gündə kitab təqdimatının keçirilməsini əlamətdar bir hadisə kimi qiymətləndirib. E.Nəsirov Azərbaycan və Çin arasında münasibətlərin sürətlə inkişaf etdiyini qeyd edib. Kitabla həm elektron, həm də çap formada tanış olduğunu söyləyən millət vəkili kitabın ərsəyə gəlməsində R.Abbasova, universitet rəhbərliyinə təşəkkürünü bildirib, Çin ilə bağlı yeni kitabların davamlı olaraq nəşr olunacağına inamını ifadə edib.
 
Millət vəkili Ziyad Səmədzadə Çin kimi qədim tarixə malik bir dövləti araşdırmağın şərəfli bir missiya olduğunu söyləyib və kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib. O, Azərbaycan və Çin arasında münasibətlərin inkişafında professor R.Abbasovun danılmaz əməyini xatırladıb. Dünyanın aparıcı dövlətlərindən biri kimi Çin modelinin xüsusi bir model olduğunu vurğulayan millət vəkili yoxsulluğun səviyyəsini aşağı endirmək yönümündə Çinin ən böyük nailiyyət əldə etdiyini deyib. Z.Səmədzadə Çin iqtisadiyyatının öyrənilməsinin Azərbaycan iqtisadçıları və ictimaiyyəti üçün çox böyük əhəmiyyət kəsb etdiyini deyib. O, Asiya ilə Avropanın arasında yerləşən Azərbaycanın strateji mövqeyə malik olduğunu vurğulayıb, "Bir kəmər, bir yol” strategiyasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Sonda millət vəkili Konfutsi İnstitutuna Çinlə bağlı kitablar hədiyyə edib.
 

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

 

Onu da əlavə edək ki, kitabın təqdimat mərasimində millət vəkili Vahid Əhmədov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Samir Məmmədov da iştirak edib.
 
Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÇXR-ə etdiyi rəsmi səfərlərinin video xronikasından kadrlar da nümayiş etdirilib.
 
Təqdim olunan kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-2017-ci illər ərzində Azərbaycan və Çin arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin inkişafı sahəsində göstərdiyi çoxplanlı fəaliyyət öz əksini tapıb. Kitab 6 bölmədən ibarətdir: "Rəsmi səfərlər”, "Siyasi əlaqələr”, "Diplomatik münasibətlər”, "İqtisadi əməkdaşlıq”,  "Ölkə rəhbərlərinin yazışmaları”, "İkitərəfli münasibətlərin hüquqi bazası”. Qeyd olunan bölmələr İlham Əliyevin Çinə dövlət və işgüzar səfərləri, Çinin siyasət və dövlət xadimləri, hökumət nümayəndə heyətləri ilə görüş və danışıqları, rəsmi mərasimlərdə çıxışları haqqında məlumatları, həmçinin Azərbaycan-Çin münasibətləri ilə bağlı sənədlərin mətnlərini ehtiva edir.
 

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

 

Qeyd edək ki,Azərbaycan və Çin dillərində tərtib olunmuş bu kitabın elmi məsləhətçiləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Milli Məclisin deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovdur. Kitabın məsul redaktoru isə ADU-nun professoru Rafiq Abbasovdur.



Загрузка...
Həmçinin oxuyun:
ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

ADU-da təqdimat mərasimi keçirilib

ADU-da təqdimat mərasimi keçirilib

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalının rayon turu keçirilib

H. Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş respublika şahmat festivalının rayon turu keçirilib