Xəbərlər
07 fevral 2017
1342

Çin səfiri BDU-da olub

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Çin səfiri BDU-da olub

 

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
 
BDU-dan verilən məlumata görə, qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov BDU-nun dünyanın bir çox elm-təhsil ocaqları, o cümlədən Çinin ən tanınmış universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu bildirib. 2004-cü ildə Şərqşünaslıq fakültəsində açılan Çinşünaslıq ixtisası üzrə 8 buraxılışın olduğunu deyən rektor, həmin ixtisası bitirən 60 məzunun əksəriyyətinin Çin Təhsil Nazirliyinin Hanban Baş İdarəsinin qrant xətti ilə müxtəlif universitetlərdə təcrübə keçdiyini, bir neçə məzunun isə Çinin aparıcı təhsil ocaqlarının doktorantura pilləsində təhsillərini davam etdirdiyini bildirib. Rektor 2011-ci ildən BDU-nun nəzdində yaradılan Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzinin uğurlu fəaliyyət göstərdiyini də diqqətə çatdırıb, səfirliyinin dəstəyi ilə müxtəlif səpkili tədbirlərin, o cümlədən ənənəvi olaraq "Çin dili körpüsü” adlı müsabiqənin keçirilməsini də yüksək dəyərləndirib.
 

Çin səfiri BDU-da olub

 

Səfir Vey Cinxua, öz növbəsində, universitetlə əyani tanışlığın onda yüksək təəssürat yaratdığını söyləyib və elm-təhsil sahəsində görülən işlərin əhəmiyyətindən danışıb. Universitetlərarası müəllim-tələbə mübadiləsini, mədəni tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal hesab etdiyini deyən səfir Vey Cinxua gələcək əməkdaşlığa dəstək  olacaqlarını bildirib.
 
istinad apa.az





DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...