AzTehsil.com


Xəbərlər
28 yanvar 2017
10 604


ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb



ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında 25 yanvar 2017-ci il tarixində əməkdaşlığa dair memorandum imzalanıb. Sazişin imzalanma mərasimi ADPK-nin akt zalında keçirilib. Kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov ümumilikdə 4 minə qədər tələbə heyəti olan ADPK-nin zəngin tarixə və ənənələrə sahib olduğunu bildirib. Direktor bir neçə ildən sonra 100 illiyini qeyd edəcək ADPK-nin fəaliyyət göstərdiyi illər ərzində on minlərlə müəllim yetişdirdiyini, bu gün də öz tarixi missiyasını uğurla həyata keçirərək ölkənin ümumtəhsil məktəbləri üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırladığını qeyd edib. 
 
Bu baxımdan ADPK və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Fondun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə gələcək əməkdaşlığın mümkün formalarını, ölkə ərazisində, o cümlədən regionlarda azərbaycançılıq məfkurəsinin təbliğində, əhalinin maarifləndirilməsində, gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil biliklərinin artırılması istiqamətlərində fəaliyyətlərini nəzərə alaraq geniş əməkdaşlıq qurulmasının böyük töhfələr verəcəyini bildirib. Direktor Qulu Novruzov Bilik Fondunun fəaliyyətini izlədiyini qeyd edərək onun maarifləndirmə sahəsində həyata keçirilən layihələrə rəhbərlik etdiyi qocaman təhsil müəssisəsinin də qatılacağına əminliyini bildirib. Kollecin müəllim və tələbə kollektivini Fondun layihələrində fəal iştirak etməyə çağıran direktor bunun gənc nəslin hərtərəfli inkişafına böyük təkan olacağını vurğulayıb.
 

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

 

Tədbirin davamında Fondun icraçı direktoru Oqtay Səmədov çıxış edib. O, çıxışında Fondun fəaliyyəti haqqında geniş məlumat verib və respublika təhsil müəssisələrinin Bilik Fondu ilə birgə əməkdaşlığının qurulmasının vacib olduğunu vurğulayıb. Tədbirin yekununda icraçı direktor alman türkoloqu Henrix Fridrix fon Dits tərəfindən 1815-ci ildə ilk dəfə aşkar edilmiş, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 25 dildə nəşr olunmuş "Kitabi-Dədə Qorqud”. Basat Təpə gözü öldürdüyü boyu bəyan edər" kitabını kollecin kitabxanasına hədiyyə edib.
 
aztehsil.com



Загрузка...