AzTehsil.com


Xəbərlər
23 yanvar 2017
4 051


ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib



ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialında yanvar ayının 19-da 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş "20 Yanvar-xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı anım tədbiri keçirildi. Tədbirdə ADPU-nun Cəlilabad Filialının tədris və elmi işlər üzrə direktor müavini Eyvaz Məmmədov, müəllim və tələbə heyəti, eyni zamanda filialın əməkdaşları iştirak etdilər.

 

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

 

20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra filialın tədris və elmi işlər üzrə direktor müavini E. Məmmədov çıxış edərək qeyd etdi ki, 20 yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də istiqlal yolumuzun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu gün biz 20 Yanvar hadisələrinin 27-ci ildönümünü qeyd edir, igid övladlarımızın fədakarlığını xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edirik. Bu qədirbilənlik həm də o deməkdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağda da qələbə qazanacağıq.

 

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

 

Tədbir tarixçi Xəlil Əliyevin çıxışı ilə davam etdi. O, tələbələrə 1990-cı ilin 20 Yanvar hadisələrindən danışaraq bildirdi ki, bu gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet Ordusunun hərbi hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. İnanırıq ki, biz, şəhidlərin ruhunu sevindirəcək, Qarabağ torpağını, işğal altında olan bütün torpaqlarımızı düşməndən azad edəcəyik. 

 

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

 

Sonra tələbələrdən Etibar Zamanlı, Milana Canizadə, Züleyxa Babayeva, Zeynəb Süleymanova 20 Yanvar haqqında şeirlərlə çıxış etdilər. Cəlilabad şəhər 8 nömrəli tam orta məktəbin fəal şagirdi Həsən Səlimzadə şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirmişdir.

Tədbirin sonunda 20 Yanvar faicəsindən bəhs edən videoçarx nümayiş etdirilmişdir. Qeyd edək ki, tədbirin davamı olaraq yanvarın 20-də filialın direktoru, dosent Xudayar Sultanlı, tədris və elmi işlər üzrə direktor müavini E. Məmmədov və fakültə dekanı Mənzilə Rəhimovanın iştirakı ilə müəllim və tələbələr rayondakı Şəhidlər Xiyabanında şəhidlərimizin xatirəsini yad etmişlər.

 

aztehsil.com




Загрузка...