AzTehsil.com


Xəbərlər
23 yanvar 2017
3 546


ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi



ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil omuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 27 il keçir. Həmin gün milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar rejimin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. O faciəli günlərdə xalqın səsinə hər kəsdən əvvəl səs verən məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu Öndərin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi. Bu bəyanatın davamı olaraq ulu öndər Heydər Əliyev yenidən respublikamızda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrində şəhid olmuş həmvətənlərimizin ailələrinin və sağlamlığını itirən əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirmişdir.
 

ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

 

Filialın Humanitar və xüsusi fənlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Zərifə Cavadova bildirdi ki, XX əsrin sonlarında özlərinin mənfur simalarını göstərən ermənilər yenidən Azərbaycan xalqına qarşı cinayət törətmək məqsədilə iğtişaşlar törətmiş və Qorbaçovun göstərişi əsasında Bakı şəhərinə silahlı qoşun yeridilməsinə nail olmuşlar. Sovet Ordusunun əsgərləri Azərbaycana hücum edərək Bakını mühasirəyə almış, dinc əhaliyə qarşı odlu silahdan istifadə edərək yüzlərlə insanı qətlə yetirmişlər. Şəhid olanların arasında yaşlılar, qadınlar, hətta uşaqlar da olmuşdur. Onların sırasında iki nəfər Şamaxı sakini də vardır. Bu gün Azərbaycanı irəliyə aparan gənc nəsil dövlət quruculuğu ilə yanaşı, tariximizi də unutmamalı, belə hadisələrin qarşısının alınması üçün əlindən gələni etməlidir.

Tədbir şəhidlərin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə davam etdirildi.

 

aztehsil.com

 





Загрузка...