Xəbərlər
10 mart 2017
2 561


ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

 

Martın 10-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən "Gənc Elçilər” proqramı çərçivəsində ilk tədbir keçirilib.
 
Universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin iştirak etdiyi təqdimat mərasimində Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə və sədr müavini Aysun Zeynalova Gənclər Təşkilatları Milli Şurası, onun missiyası, məqsədi və strategiyası haqqında məlumat veriblər. Onlar "Gənc Elçilər” proqramının əsas məqsədinin Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək gənc elçilərin yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi olduğunu qeyd ediblər. Proqramın faydaları və meyarlarından danışan təlimçilər iştirak etmək istəyən tələbələrə seçim formasının müsahibə və müsabiqədən ibarət olduğunu bildiriblər.
 
moderator.az






Загрузка...