AzTehsil.com


Xəbərlər
16 fevral 2017
3 466


ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar



ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

 

Fevralın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqoji (ingilis dili-fransız dili), Pedaqoji (ingilis dili-alman dili), Filologiya və jurnalistika fakültələrinin vəSABAH qruplarının2016-2017-ci tədris ilində bakalavr ali ttəhsil pilləsində təhsillərini başa vurantələbələrininpedaqoji təcrübəsinə həsr olunan tədbir keçirilib.
 
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev buraxılış imtahanlarının yüksək səviyyədə başa çatdığını bildirərək bu işdə əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb. O, tədris proqramını layiqincə yerinə yetirən hər bir tələbənin diplom ala biləcəyini sözlərinə əlavə edib. Pedaqoji təcrübəyə yollanan tələbələrə uğurlar arzulayan Ə.Abdullayev onlara universitetdə yeddi semestr boyu öyrəndikləri bilikləri səkkizinci semestrdə praktik cəhətdən tətbiq edəcəklərini xatırladıb və yalnız praktik biliklərin təkmilləşdirilməsi ilə nailiyyətin əldə oluna biləcəyini vurğulayıb. Universitetin pedaqoji təcrübəyə yaxşı hazırlaşdığını diqqətə çatdıran professor, tədbir iştirakçılarına prosedur və nizam-intizam qaydaları, təcrübə müddətindəBiliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən monitorinqlərin keçiriləcəyi haqqında məlumat verib.
 
Daha sonra ADU-nun Təcrübə, professional inkişaf və karyera mərkəzinin direktoru, universitet üzrə Pedaqoji təcrübənin rəhbəri Məmməd İsmayılov pedaqoji təcrübənin tələbələrin biliklərinin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyətindən söz açıb. O, təcrübənin mahiyyəti və qaydaları, eyni zamanda onun təşkili ilə bağlı məsələlər, metodist, pedaqoq və psixoloqun məktəblərdə əlaqəli şəkildə işləməsinin vacibliyi,metodistin, pedaqoqun, psixoloqun,fənn müəlliminin vətələbələrin üzərinə düşən vəzifələr haqqında ümumi məlumat verib.
 
Sonda çıxış edən Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova və Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev rəhbərlik etdikləri kafedraların gördüyü işlər, üzərinə düşən vəzifələrdən danışıblar,həmçinin tələbələrə pedaqoji təcrübədə uğurlar arzulayıblar.
 
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
 
Qeyd edək ki, təcrübə əyani şöbədə 2017-ci ilfevralın 16-dan mayın 25-dək, qiyabi şöbədə isə martın 27-dək davam edəcək. Pedaqoji (ingilis dili və fransız dili) fakültədən ümumilikdə 51 nəfər tələbə, Pedaqoji (ingilis dili və alman dili) fakültədən ümumilikdə 420 nəfər, Filologiya və jurnalistika fakültəsindən ümumilikdə 407, SABAH qruplarından isə ümumilikdə 54 nəfər tələbə pedaqoji təcrübədə iştirak edəcək. Pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 59 orta ümumtəhsil məktəbində təcrübə keçəcəklər.
 
moderator.az



Загрузка...