Xəbərlər
03 aprel 2017

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

 

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Bakı Dövlət Universitetində (BDU) olub.
 
BDU-nun mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, səfiri yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov Türkiyə universitetləri ilə əlaqələrdən, "ikili doplom” məsələsindən və bu günlərdə qardaş ölkənin 3 ali təhsil ocağı ilə imzalanan müqavilələrdən bəhs edib.
 
 

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

 

 E.Özoral, öz növbəsində, universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.
 
 

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

 

Daha sonra səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb. Tələbələrin arzu və istəklərini dinləyən səfir, eyni zamanda problemləri ilə maraqlanıb, təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, peşəkar mütəxəssis kimi özlərini inkişaf etdirməyi tövsiyə edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
 

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)







Загрузка...
loading...