AzTehsil.com
RU


Xəbərlər
11 mart 2017
3 327


BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb



BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

 

İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Cağrı Erhan və Ege Universitetinin rektoru, professor Hatice Beril Dedeoğlu Bakı Dövlət Universitetində (BDU) olublar.
 
Aztehsil.com-un məlumatına görə, BDU-dan APA-ya bildirilib ki, qonaqlara ali məktəb haqqında məlumat verən rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, üzvü olduğu qurum və birliklərdəki fəaliyyətindən, o cümlədən Turkiyə universitetləri ilə əməkdaşlıq münasibətlərindən danışıb.
 

 

Türkiyəli rektorlar öz növbələrində, təmsil etdikləri ali təhsil müəssisələri barədə danışıb, Bakı Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlı olduqlarını bildiriblər.
 

 

Qarşılıqlı maraq doğuran görüşdə Bakı Dövlət Universiteti ilə Türkiyənin İstanbul Universiteti, İstanbul Kəmərburqaz Universiteti və Ege Universiteti arasında müqavilə imzalanıb. Müqavilədə birgə elmi tədqiqatların aparılması,  konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və tələbə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.
 

 

Sonra İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Cağrı Erhan redaktoru olduğu «Qafqazın yüksələn ulduzu İlham Əliyev dönəmində Azərbaycan» kitabını BDU-ya hədiyyə edib.
 
Görüş qonaqların BDU-nun elmi-tədqiqat və tədris laboratoiyaları, mərkəz və muzeyləri ilə tanışlıqdan sonra başa çatıb.



Загрузка...