AzTehsil.com


Xəbərlər
18 oktyabr 2018
2 029


Rusiya səfiri Azərbaycan Dillər Universitetində oldu



 

 
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.

 
Moderator.az xəbər verir ki, rektor K.Abdulla səfiri universitetdə görməkdən şad olduğunu bildirib. K.Abdulla Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı  Bakı Slavyan Universitetində də olduğunu xatırladıb: "O vaxt mən Bakı Slavyan Universitetinin rektoru idim. İki böyük liderlə – Ulu Öndər Heydər Əliyev və Vladimir Putinlə görüşdə iştirak etmək qürurverici idi. Həmin görüş indiyə kimi xatirimdədir. Xoşməramlı görüşün təəssüratları bu günə kimi məni müşayiət edir”.
 
 

Rusiya səfiri Azərbaycan Dillər Universitetində oldu

 

 
Həmin görüşdən sonra Rusiyadan ölkəmizə rəsmi şəxslər, dəyərli qonaqların gəldiyini deyən rektor K.Abdulla hazırda ADU-nun Rusiyanın bir sıra universitetləri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb: "Həmçinin, Puşkin adına Rus dili Dövlət İnstitutu ilə mühüm layihələr həyata keçiririk, mühüm məsələlərin həlli üçün müzakirələr aparırıq. Universitetlərlə əməkdaşlıq istiqamətində sizin də köməyinizi əsirgəməyəcəyinizə inanırıq”. ADU-da tədris olunan dillər haqqında danışan K.Abdulla fakültələr, dil və mədəniyyət mərkəzləri, elmi-tədqiqat laboratoriyalarının fəaliyyəti barədə danışıb. Rus dilinin universitet üçün lazımi komponent olduğunu deyən rektor ölkələrarası münasibətlərə töhfə vermək üçün qarşılıqlı dil biliklərin və araşdırmaları təkmilləşdirməyin faydalı olduğunu söyləyib.

 

Səmimi qəbula görə təşəkkür edən səfir M.Boçarnikov universitetdə olmaqdan məmnunluğunu bildirib. ADU-da rus dilinin tədrisinin və "Rusiyaşünaslıq mərkəzi” Elmi-Tədqiqat Laboratoriyasının fəaliyyətini yüksək qiymətləndirib. O, Rusiyanın növbəti üç universitetinin Azərbaycanda fəaliyyətinin təmin edilməsi istiqamətində danışıqlar aparıldığını diqqətə çatdırıb. Səfir "Səfir saatı” layihəsinin həyata keçirilməsini təqdirəlayiq hal hesab edərək tələbələrin səfirlərlə

 görüşməsinin faydalı və səmərəli olduğunu söyləyib.

 

Səfir ADU-nun Heydər Əliyev adına Muzey Lektoriyası, "Rusiyaşünaslıq mərkəzi” Elmi-Tədqiqat Laboratoriyası və digər mərkəzləri ziyarət etdikdən sonra "Səfir saatı” çərçivəsində tələbələrlə görüşüb.

 

Görüşdə səfir M.Boçarnikov Azərbaycan və Rusiya arasındakı qarşılıqlı əlaqələrdən bəhs edib. Soçi şəhərindəki "Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü haqqında danışıb. Səfir iki ölkə arasındakı iqtisadi, ticari, mədəni əlaqələrdən söz açıb. O, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi variantlar haqqında danışıb. Səfir M.Boçarnikov milli maraqlara cavab verən və qarşılıqlı fayda verəcək razılaşmaların ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcəyinə əminliyini bildirib.

 

Rusiya səfiri Azərbaycan Dillər Universitetində oldu

 





Загрузка...
Həmçinin oxuyun:
Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Tacikistan səfiri BSU-da olub..."BSU ilə əməkdaşlıq etmək bu ölkə universitetlərinin arzusudur"

Tacikistan səfiri BSU-da olub..."BSU ilə əməkdaşlıq etmək bu ölkə universitetlərinin arzusudur"

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

Çin səfiri BDU-da olub

Çin səfiri BDU-da olub

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

Dillər Universitetində Germanistika İnstitutu açılıb

Dillər Universitetində Germanistika İnstitutu açılıb

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Çin universitetində Azərbaycan dili üzrə kadrlar hazırlanacaq

Çin universitetində Azərbaycan dili üzrə kadrlar hazırlanacaq

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Səfir: “Azərbaycan və Rumıniya arasında mədəniyyət və təhsil sahəsində böyük potensial var”

Səfir: “Azərbaycan və Rumıniya arasında mədəniyyət və təhsil sahəsində böyük potensial var”

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

Bakı Slavyan Universitetinin rektoru II kurs tələbələri ilə görüşüb

Bakı Slavyan Universitetinin rektoru II kurs tələbələri ilə görüşüb

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.