AzTehsil.com


Xəbərlər
05 yanvar 2020
9 630


Distant təhsil və xüsusiyyətləri



 

Müasir  dövrdə texnologiyanın inkişafı təhsil  sisteminə  də öz təsirini göstərir. Bunun nəticəsidir ki,  distant,  yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb.

Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir. Distant təhsildə tədris metodik kompleksdən, kompyuter, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.

Kimlər distant təhsil almaqda daha maraqlıdır?

Beynəlxalq statistikaya görə, distant təhsildə "tələbələrin” əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir. Bununla belə, distant təhsil forması hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Amma istənilən təhsil forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri var.

Distant təhsilin müsbət cəhətləri

Distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompyuterlər tələb olunmur.

Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar və deməli, müəllimlər eyni zamanda, daha çox tələbəni öyrədə bilərlər və bunun da sayəsində distant təhsilin qiyməti münasib olur.

Distant təhsil, ümumiyyətlə, hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir.

Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir.

Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə internet lazımdır.

Hesab olunur ki, distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək üçün yeganə mümkün vasitədir. Hər hansı şəxs işini itirmək qorxusu olmadan və işdən ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı əldə edir.

Mənfi cəhətləri

Tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri  nəzərə almağa imkan vermir.

Təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyəti kifayət etməyə bilər.

Tələbələr tərəfindən mənfi qarşılana biləcək daha bir cəhət distant təhsil sistemində müəllim və tələbə arasında canlı ünsiyyətin itməsidir.

Təlim kursları kifayət qədər interaktiv olmur.

Distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur.

Distant təhsillə qiyabi təhsilin arasında nə fərq var?

Əslində, demək olar ki, ikisi də oxşardır. Amma distant təhsilin əsas fərqi ondan ibarətdir ki, dərslər internet vasitəsilə keçirilir. Tələbələr distant təhsili harada olmalarından asılı olmayaraq ala bilərlər. Bunun üçün sadəcə  sürətli internet lazımdır.  Qiyabi təhsildən fərqli olaraq distant təhsildə  virtual da olsa tələbə və müəlim arasında əlaqə yaranır. Tədris prosesində müəyyən zaman fasiləsi uzun çəkmir, müəllim və tələbə arasında istənilən zaman onlayn  əlaqə yaranır. Distant təhsil formasında tələbələrin birgə işi təşkil olunur: konferensiyalar, seminar və müzakirələr, birgə proyektlər.

Distant təhsil ilk olaraq qiyabi təhsil kimi görünsə də, əslində isə onun qiyabidən fərqləndirən xüsusiyyətləri çoxdur. Məsələn, qiyabi təhsil alan tələbələr məcburdurlar ki, ildə 1-2 dəfə daimi yaşadığı yerdən məktəbə gəlsin, mühazirəyə qulaq assın, orada tapşırıqlar yerinə yetirsin. Amma distant təhsil olduqda tələbələr artıq evdə oturduqları halda bu təhsili ala biləcəklər. Əslində qiyabi təhsillə distant təhsilin oxşar cəhətləri olsa da, bir çox fərqlilikləri var. Belə ki, qiyabi təhsildən fərqli olaraq distant təhsil internet vasitəsilə keçirilir. İnformasiya texnologiyalarının təhsildə ən mühüm əhəmiyyətlərindən biri də elə budur. Distant təhsili tələbələrin harada olmasından asılı olmayaraq almaq mümkündür. Bunun üçün ilk növbədə sürətli internet lazımdır ki, tələbə bu təhsili ala bilsin. Distant təhsil vasitəsilə tələbələr Böyük Britaniya və dünyanın bir çox digər universitetlərində təhsil ala bilərlər. Dərslər onlara verilən elektron materiallar, video dərsliklər və s. materiallarla tədris edilir. Qeyd edək ki, Distant təhsil üzrə verilən dərəcələr ayrı-seçkilik olmasın deyə əyani təhsilin diplomundan fərqlənmir. Bunun ikinci bir üstünlüyü isə Azərbaycanda oxuya- oxuya tələbələr eyni zamanda, distant təhsilini də davam etdirə bilərlər.

İllərdir  ki, Azərbaycanda mövcud olan qiyabi təhsil sisteminin ləğv olunması və distant təhsillə əvəzlənməsi tələbələrimizə nə qazandıracaq, hansı yenilikləri verəcək və nəhayət, ali təhsil müəssisələrimiz buna hazırdırlarmı? Bu yöndə fikirlər müxtəlifdir. Qiyabi təhsilin ləğv olunması ən yaxşı üsuldur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabacıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir. Distant təhsil sisteminin ölkəmiz üçün nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək. Əslində distant təhsil çoxlu maliyyə tələb edən sahədir. Burada bununla işləyə biləcək professorlar, texnologiyaya yönümlü və maraqlı insanlar da olmalıdır. Azərbaycanda hələ ki  heç bir ölkənin distant təhsili tanınmır.
 ikisahil.az 



Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Ötən il respublikada 10 yeni məktəb binası istifadəyə verilib

Ötən il respublikada 10 yeni məktəb binası istifadəyə verilib

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Azərbaycanda xüsusi təhsil kompleksləri yaradılacaq

Azərbaycanda xüsusi təhsil kompleksləri yaradılacaq

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

Distansiyalı təhsil- Üstünlükləri nələrdir?

Distansiyalı təhsil- Üstünlükləri nələrdir?

TEST Azərbaycan Respublikasında təhsilin hansı hansı formaları tətbiq edilir?

TEST Azərbaycan Respublikasında təhsilin hansı hansı formaları tətbiq edilir?

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

Xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirəcək vətəndaşların diqqətinə

Xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini davam etdirəcək vətəndaşların diqqətinə

Qrant müsabiqəsinin vaxtı uzadıldı – Təhsil Nazirliyindən AÇIQLAMA

Qrant müsabiqəsinin vaxtı uzadıldı – Təhsil Nazirliyindən AÇIQLAMA

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Elektron təhsil mühitinin idarə edilməsi məsələsi araşdırılır

Elektron təhsil mühitinin idarə edilməsi məsələsi araşdırılır

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Xüsusi təhsil forması – Üstünlüklər və fərqlər

Xüsusi təhsil forması – Üstünlüklər və fərqlər

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?

İnternet əsaslı dərslər - internetə nə qədər ehtiyac var?