Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?
Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə ölkəmizdə təhsilin aşağıdakı formaları tətbiq olunur:
1. formal;
2. qeyri-formal;
3. informal.
Formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.
İnformal təhsil dedikdə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması başa düşülür. Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.
Həmin Qanunun 13-cü maddəsinə əsasən isə respublikamızda aşağıdakı təhsilalma formaları müəyyən edilir:
1. əyani;
2. qiyabi;
3. distant (məsafədən);
4. sərbəst (eksternat).
Sərbəst (eksternat) təhsil dedikdə müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na görə distant və eksternat formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamələr əsasında həyata keçirilir. Lakin qeyd olunan əsasnamələr bu günədək təsdiq edilməmişdir.
Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.
Yuxarıda qeyd olunan təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.
Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.


"Təhsil Qanunu"na aid testlər və cavabları

TEST Azərbaycan Respublikasında təhsilin hansı hansı formaları tətbiq edilir?

Maddə 1. Əsas anlayışlar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Kolleclərdə tələbələrin köçürülməsi, xaric edilməsi qaydaları təsdiqlənib Böyüt

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Magistr və doktorantlara möhlət hüququ verildi