AzTehsil.com


Xəbərlər / Ekspert
06 may 2020
1 297


Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”



Nadir İsrafilov: “Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

 

"Müəllimlərimizin, məktəb rəhbərlərinin, bütovlükdə təhsil işçilərinin əzmkarlığı və fədakarlığı təqdirəlayiq, dövlətimizin apardığı ardıcıl və məqsədəyönlü siyasətə dəstəyi qürurvericidir”.

Bunu  Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. O, Şuranın ilk onlayn iclasında müzakirə edilən məsələləri də diqqətə çatdırıb.

"Hər şeydən əvvəl onu qeyd edim ki, ölkədəki epidemioloji vəziyyətin təhlili Təhsil naziri Ceyhun Bayramovun Nazirlər Kabineti yanında Operativ Qərargahın son mətbuat konfransında kifayət qədər öz əksini tapıb. Ehtiyac olarsa, növbəti aylarda da onlayn rejimdə dərslərin davam etdirilməsi imtahanların keçirilməsi, qiymətləndirmənin hansı üsulla aparılacağı, vəziyyətlə bağlı hansı dəstəkləyici amillərdən istifadə ediləcəyi, karantin rejimindən çıxış barədə hansı növbəti qərarlar qəbul olunacağı, tədris prosesinin bərpa olunması üçün hansı müvafiq addımlar atılacağı geniş şərh olunub.

Sadəcə təsdiqləyə bilərəm ki, texnologiya gələcək nəsillərin yetişdirilməsində əsas rol oynamaqda davam edəcək.

Koronavirus pandemiyası bir çox gerçəklikləri, o cümlədən, təhsilə baxışda yeni yanaşma sisteminin yaradılması zərurətini ortaya çıxardı. Sektorun yenidən gözdən keçirilməsi üçün düşünmək imkanı verdi, post- pandemiya dövründə yüksək texnolgiyaların gələcək nəsillərin yetişdirilməsində əsas rol oynadığını bizə xatırlatdı. Yeni müzakirələrin və polemikaların başlanmasına yol açdı.

Bu baxımdan "teams.microsoft.com” platforması üzərindən Təhsil Nazirliyi yanında İctimai Şuranın ilk onlayn iclasında pandemiyası ilə əlaqədar yaranmış reallığa müvafiq olaraq məsafədən müzakirənin təşkil edilməsini və cəmiyyəti narahat edən təhsil məsələləri ilə bağlı İŞ-in mövqeyini ictimaiyyətə çatdırmağın vacibliyini qeyd edib. Yaranmış vəziyyətlə bağlı Şura üzvləri bir sıra təkliflərlə çıxış edib, təhsil ictimaiyyətini maraqlandıran, xüsusilə də narahat edən bir sıra məqamlara aydınlıq gətirməyə çalışıblar.

Düzdür, məsafədən müzakirənin təşkil edilməsi, Şura tərəfindən ilk addım olduğundan və müəyyən obyektiv və subyektiv səbəblərdən bütün üzvlərin müzakirəyə qatılmaq imkanı olmayıb. Bununla belə, yumşalma addımlarına müvafiq olaraq, İctimai Şura öz fəaliyyətini daha da genişləndirmək, proseslərdə daha yaxından və fəal iştirak etmək əzmindədir”.

"Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Şura üzvü dövrün aktual çağırışlarından olan distant təhsilin reallaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib.

" Bu elə məsələdir ki, hətta YUNESKO-nu təhsil məqsədlərinə yenidən baxmaq zərurəti qarşısında qoyub, keyfiyyətli təhsil proqramının parametrlərini və məqsədlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bizdə isə, ölkə üzrə görülən bu və digər tədbirlər, texnologiya əsrinin aktual çağırışlarından olan məsafədən təhsil modelinin reallaşması istiqamətində görülən operativ işlər, yaranmış çətin vəziyyətdən qısa zamanda çıxmağa, sabitləşməyə doğru keçid etməyə imkan yaradıb. Bunu hər kəs nəzərə almalı və layiqincə qiymətləndirməlidir. Əsas vəzifə isə pandemiyanın dərslərindən lazımı nəticə çıxarmaq, istənilən fövqaladə vəziyyətlərə hazır olmaqdır”.

"Yeri gəlmişkən, bu günlər hamının müvəqqəti sınağa çəkildiyi ağır dövrdə böyük zəhmət hesabına görülən işlərə sevinmək əvəzinə, əldə edilənlərə şübhə ilə baxanlara, qısqanclıqla yanaşanlara, kölgə salmağa cəhd edənlərə sözüm budur ki, münəccimlik xəyallarına düşüb, zamanı qabaqlamasınlar, əsassız proqnozlar verərək maraqlı tərəfləri, bütövlükdə geniş ictimaiyyəti çaşdırmasınlar. Hadisələrin gedişi dövlətin tam nəzarətindədir, lazım olan nə olacaqsa, bunu buna səlahiyyəti olanlar deyəcək”-deyə sədr müavini N. İsrafilov insanları səhv məlumatlar yaymaqdan çəkinməyə çağırıb.AzEdu.az 



Загрузка...
Həmçinin oxuyun:
“Lazım olan nə varsa – bunu, buna səlahiyyəti olanlar edib, bundan sonra da edəcək…”

“Lazım olan nə varsa – bunu, buna səlahiyyəti olanlar edib, bundan sonra da edəcək…”

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

Hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha düzgün olar.

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

Dərslər açılacaq? - Təhsil naziri: “Ehtiyac olarsa, yay aylarında...”

Dərslər açılacaq? - Təhsil naziri: “Ehtiyac olarsa, yay aylarında...”

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimayyətinə müraciət edib

Reallıqlara uyğun olaraq imtahanların keçirilməsi planları hazırlanır

Reallıqlara uyğun olaraq imtahanların keçirilməsi planları hazırlanır

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Şagirdlər üçün teledərslər

Şagirdlər üçün teledərslər

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

Lənkəranda İctimai Şura üzvləri ilə görüş

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir.

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb